Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?


29.07.2019  16:25 

“Mənə qarşı əməliyyat keçirilsə, hökuməti devirərəm” - Adnan Oktar





A+  A-

Adnan Oktarın başçılıq etdiyi silahlı cinayətkar qrupla bağlı hazırlanan iddianamədə şok bir detal üzə çıxıb. İddianamə çərçivəsində “təsirli peşmanlıq” maddəsindən faydalanmaq istəyən şübhəli B.K. açıqlamalarında A.Oktarın həddini necə aşdığını danışıb.
XəzərNews.az Musavat.com-a istinadən xəbər verir ki, B.K. təşkilat rəhbəri Adnan Oktarın onlara qarşı təşkil edilə biləcək mümkün əməliyyat barədə “Əgər bizə qarşı əməliyyat qurarlarsa, biz də hökuməti yıxarıq” dediyini etiraf edib. Bundan başqa, Oktarın FETÖ tərəfindən gerçəkləşdirilən 15 iyul qanlı çevriliş cəhdindən sonra “Tayyip Ərdoğanın taleyi mənim əlimdədir” deyərək, təhdidlər səsləndirdiyi də etiraflar sırasındadır.

Şübhəli B.K açıqlamalarında bildirib ki, amerikalı əsgər və xəfiyyələrin iki ay öncə əməliyyatla bağlı xəbərdarlığının ardınca təşkilat içərisində əməliyyat aparılacağı ilə bağlı mövzu çox müzakirə olunub. İddianamədə yer alan ifadəsində şübhəli B.K. bildirib ki, təşkilatın siyasətə cavabdeh olan rəhbəri Aylin Atmaca hər gün A.Oktarın yanına gəlib, onlara qarşı əməliyyat təşkil olunacağı xəbərdarlığını edirdi. Etirafçı B.K. A.Atmacanın Ankarada yaşadığını və 11 iyul 2018-ci ildə A.Oktarın təşkilatına yönəlmiş əməliyyatın xəbərini öncədən təşkilata çatdırdığını etiraf edib.

Şübhəli B.K. ifadəsində bildirib ki, 2018-ci ilin iyun ayında, yəni, əməliyyatdan 1 ay əvvəl bir nəfər gələrək, A.Oktara “Sizə qarşı əməliyyat həyata keçiriləcək, məlumatınız olsun” deyib. A.Oktar da həmin şəxsə “Əgər bizə qarşı əməliyyat hazırlansa, biz də hökuməti devirərərik” cavabını verib.

15 İYULLA BAĞLI QALMAQALLI SÖZLƏR

Prezidentlik sisteminin gündəmə gəldiyi vaxtlarda Oktarın hökumət və prezident Rəcəb Tayyib Ərdoğan haqqında təhdidlər yağdırdığını deyən B.K. onun aşağıdakıları dediyini vurğuladı: “Ərdoğan 15 iyul hadisəsini də prezidentlik sistemini Türkiyəyə gətirmək üçün özəl olaraq planlaşdıraraq edib. Ərdoğanın dövlət düşməni olub-olmadığını öyrənmək üçün məndən fətva gözləyirlər. Əslində Ərdoğanın taleyi mənim əlimdə, əgər bizim əleyhimizə bir hərəkət etsə, bunun da mütləq qarşılığı olacaq”.

ƏMƏLİYYAT XƏBƏRDARLIĞININ ARDINCA RƏQƏMSAL TƏMİZLİK

Şübhəli B.K. ifadəsində əməliyyat keçiriləcəyi məlumatının əldə edilməsinin ardınca rəqəmsal bir təmizlik həyata keçirildiyi, bu təlimatın da təşkilata Didem Ürer tərəfindən verildiyini deyib. Bundan başqa, D.Ürerin koordinasiyasında Serap Akınçıoğlunun texniki məlumatları ilə birlikdə təşkilatdakı bütün rəqəmsal materialların keçmişinə yönəlik təmizliyin Deniz Tarık tərəfindən həyata keçirildiyi və cinayətkar qruplaşma əleyhinə dəlil yarada bilməsi mümkün olan bütün hissələrin silindiyini də bildirib.

Xəbər 1300 dəfə oxunub.




28.03.2024  23:50 

Yevlaxda yol qəzası baş verib

28.03.2024  19:08 

Bişkekdə güclü fırtına

28.03.2024  18:58 

Sabah bu rayonda qaz olmayacaq

28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib

28.03.2024  17:10 

Larri Lloyd vəfat edib

28.03.2024  17:05 

Krişjanis Karinş istefa verib

28.03.2024  16:57 

Marutyan tezliklə partiya yaradacaq

28.03.2024  15:04 

Ərdoğan Qarabağdan danışıb

28.03.2024  14:38 

“3 manatlıq supa görə...”


BÜTÜN XƏBƏRLƏR +