Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
İlham Əliyev Banqladeşin Müstəqillik Günü ilə bağlı təbrik məktubu ünvanlayıb


29.07.2019  11:06 

3 min 800-dən çox abituriyent üçün bədbin PROQNOZ





A+  A-

“III ixtisas qrupunda 200 baldan çox bal toplayıb imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan və bütün müsabiqə şərtini ödəyən 15074 abituriyent var. Amma imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olan amma 150 ballıq ixtisas seçiminə icazə verilən 2391 abituriyent var. Ümumilikdə 150 baldan yuxarı III ixtisas qrupunda 17465 abituriyent ixtisas seçiminə buraxılıb.
Amma III ixtisas qrupu üzrə bu il qəbul plan yeri cəmi 11271 (2018-ci ildə 10601-idi) yerdir. Bu o deməkdir ki, III ixtisas qrupu üzrə istənilən halda ümumi 6194 müsabiqə şərtini ödəmiş (200 baldan çox bal toplayan abituriyent 3.803 abituriyent) ali məktəbə qəbul ola bilməyəcək, yəni el dilində desək, kəsiləcək. Bura düzgün ixtisas seçimi edə bilməyənləri də əlavə etsək, bu rəqəm arta bilər”.

XəzərNews.az xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov bildirib.

Ekspert 350-dən az bal toplayan abituriyentlərin daha diqqətli olmasını xüsusi qeyd edib:

“Onlar öz ballarından yuxarı yerləri yazmasınlar. Çünki plan yerinin 11.271 olduğunu nəzərə alsaq və bu sayda abituriyentin 280-290 ballıq arada tamamlandığını düşünsək, onların vəziyyətinin çətin olduğunu görərik.
Amma III qrupda 500 və daha çox bal toplayanların imkanları keçən illə müqayisədə yaxşıdır.

Bu il ödənişsiz plan yerlərinin III ixtisas qrupunda 1607 yer artaraq 3782 yer olması (2108-ci ildə ödənişsiz plan yeri 2175 idi) onların ödənişsiz ixtisaslara qəbul olma imkanını artırıb.

III ixtisas qrupunda 2018-ci ildə yüksək ballı (580-630 bal arası) ixtisaslarda 30-50 bal enmə olacaq, amma aşağı ballı, ödənişsiz ixtisaslarda azı 30-50 bal artım ola bilər”.

Kamran Əsədov bildirib ki, digər ixtisas qruplarında, xüsusilə II ixtisas qrupunda isə istər ödənişli, istərsə də ödənişsiz ixtisaslarda çox ciddi, hətta 60-70 bal enmə olacaq:

“Çünki II ixtisas qrupunda 200 baldan çox bal toplayıb imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan və bütün müsabiqə şərtini ödəyən 8170 abituriyent var.

Amma imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olan amma 150 ballıq ixtisas seçiminə icazə verilən 1996 abituriyent var. Ümumilikdə 150 baldan yuxarı II ixtisas qrupunda 10166 abituriyent ixtisas seçiminə buraxılıb. Amma II ixtisas qrupu üzrə bu il qəbul plan yeri cəmi 14181 (2018-ci ildə 13395-idi) yerdir. Bu o deməkdir ki, II ixtisas qrupu üzrə istənilən halda müsabiqə şərtini ödəmiş bütün abituriyentlər tələbə adını qazanacaq və hətta 4015 plan yeri də boş qalacaq ki, bu da subbakalavrların şansını bu ixtisas qrupunda artırır”.

Xəbər 1541 dəfə oxunub.



28.03.2024  14:38 

“3 manatlıq supa görə...”

28.03.2024  14:34 

Bakıda hansı evlər bahalaşıb?

28.03.2024  12:19 

Sabahın havası açıqlanıb

28.03.2024  11:19 

Direktor işdən çıxarıldı

28.03.2024  10:53 

Eldar Əfəndiyev vəfat edib

28.03.2024  09:44 

Bu rayonlarda qaz olmayacaq

28.03.2024  09:03 

Peruda zəlzələ olub

28.03.2024  01:25 

Oleq Babuyev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +