ABŞ-da çimərliklər və parklar bağlanır
Bu sığorta şirkəti ləğv edilir
Bu gün 93 nəfər yoluxdu
Sabahın hava proqnozu
Maska taxmayan 35 nəfər cərimələndi
DİM abituriyentlərə güzəşt etdi
Sabah ilk qəbul imtahanı keçiriləcək
Minskdə kütləvi iğtişaşların təşkilatçıları saxlanıldı
Bərdədə kütləvi dava - 1 ölü, 3 yaralı
“Canavar” və alıcıları saxlanıldı


18.07.2019  16:53 

Deputat cəhbədəki gərginliyə görə Elmar Məmmədyarovu İTTİHAM ETDİ





A+  A-

Bir müddətdir, cəbhə xəttində sakitlik hökm sürürdü. Lakin ötən gündən etibarən düşmən tərəfi yenidən təxribatlara əl atdı. Belə ki, dünən səhər saatlarında Göygöl rayonu ərazisində təsərrüfat işləri görən traktor Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən snayper atəşinə məruz qalıb. Müdafiə Nazirliyinin məlumatına görə, cavab tədbirləri nəticəsində düşmən susdurulub, itki yoxdur.
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 25 dəfə pozub.

Ermənistanın son bir neçə gündəki təxribatları bununla bitmədi. Dövlət Sərhəd Xidməti iyulun 18 iyul 2019-cu il tarixdə saat 00:20 radələrində Ermə­nistan Silahlı Qüv­vələrinin bölmələri tərəfindən Ermənistanın No­yem­ber­yan rayonunun Zorakan kəndi istiqamətindən iri çaplı silah­lardan atəş açılmaqla atəş­kəs rejimi pozulub, Qazax rayonunun II Şıxlı kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsinin mövqeləri atəşə tutulması barədə məlumat yayıb. Cavab atəşi ilə düşmən susdurul­ub.

Hadisə zamanı Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşun­la­rının “Qa­zax” sərhəd dəstəsinin sərhəd döyüş məntəqəsində dö­yüş növbəsində xidmət aparan əsgər Ceyhun Bay­ra­mov yaralanıb. Sər­hədçi əsgərə dərhal təxi­rə­sa­lın­maz tibbi yardım göstərilib və hazırda həyatı üçün təh­lükə yoxdur.

XəzərNews.az xəbər verir ki, düşmənin fəallaşmasının səbəbləri haqqında Modern.az-a danışan deputat Aqil Abbas Xarici İşlər Nazirliyini tənqid edib. A. Abbas hesab edir ki, XİN rəhbərləri nəticəsiz görüşlər keçirməməlidirlər:

“Düşmənin cəbhə xəttində sakitləşməməsi xarici işlər nazirlərinin mənasız görüşləri və mənasız açıqlamaları ilə əlaqədardır. Gülümsəyərək şəkillər çəkdirirlər, mənasız bəyanatlar səsləndirirlər. Nə qədər ki, bütün bunlar davam edəcək, cəbhədə vəziyyət də düzəlməyəcək. Allah xarici işlər nazirimizin işini avand elədin”.

Qeyd edək ki, bu ilin iyunun 20-də Vaşinqtonda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla ermənistanlı həmkarı Zöhrab Mnatsakanyan arasında görüş keçirilib. Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri - İqor Popov, Endryu Şofer və Stefan Viskonti və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak ediblər.

Bu görüşdən sonra Qarabağ cəbhəsində nisbi sakitlik müşahidə olunurdu. Lakin Ermənistan ordusu bu “susqunluğunu” pozaraq, növbəti dəfə təxribatlara əl atdı.

Xəbər 889 dəfə oxunub.




12.08.2020  17:03 

Bu sığorta şirkəti ləğv edilir

12.08.2020  16:35 

Bu gün 93 nəfər yoluxdu

12.08.2020  14:06 

Sabahın hava proqnozu

12.08.2020  10:36 

Koronavirusa görə daha bir QADAĞA

12.08.2020  09:38 

Neft 44 dollardan satılır

12.08.2020  08:51 

Dənizdə üzməyin faydaları


BÜTÜN XƏBƏRLƏR +