2600 manatlıq birdəfəlik müavinət kimlərə veriləcək?
Karantin rejiminin müddəti uzadıldı - Azərbaycanda
Ukrayna Krıma zərbə endirdi: 3 ölü, 16 yaralı
QHT Agentliyi qrant müsabiqəsi elan etdi
Bir ev, bir ailə — dörd şübhəli - Oğuzda əməliyyat
“Alkagesta”nın arxasındakı gizli əl Adnan Əhmədzadə olub?
Həmkəndlisini döyə-döyə öldürüb
Bu ölkələrə yardım ediləcək -Donald Tramp
İran Prezidenti ABŞ-a səfər edəcək
CHP-də yenidən sədr seçilib


16.07.2019  15:28 

Azərbaycan diasporu “Sila i Çest” Partiyası ilə əməkdaşlığa başlayır





A+  A-

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədr müavini Murad Cəfərov “Sila i Çest” Partiyasının sədr müavini Vladimir Timoşenko ilə görüşüb.
XəzərNews.az xəbər verir ki, görüş “Sila i çest” Partiyasının qərərgahında baş tutub.

M.Cəfərov Ukrayna fəaliyyət gösrərən Azərbaycan diasporu, təmsil olunduğu təşkilatın strukturu haqqında məlumat verib: “Ukraynada Azərbaycan diasporunun tarixi çox qədimdir. Bu ölkədə yaşayan azərbaycanlılar Ukraynanın ictimai-siyasi və elmi-mədəni həyatında aktiv iştirak edirlər”.



M.Cəfərov bildirib ki, Ukraynada qeydiyyatda olan azərbaycanlıların sayı kifayət qədərdir: “Onlar Ukraynada keçirilən bütün seçkilərdə seçici kimi çox fəal iştirak edirlər. Həmvətənlərimiz həm də Ukraynada aktiv fəaliyyət göstərən ayrı-ayrı ictimai-siyasi təşkilatlara dəstək verir, onların fəal tərəfdarıdırlar. Biz istəyirik ki, azərbaycanlılar həm də müxtəlif partiyaların namizədləri sırasında özlərini təsdiq etmiş olsunlar”.

V.Timoşenko partiya sədri İgor Smeşkonun salamlarını çatdırıb. O, Ukraynada yaşayan və icma halında formalaşan Azərbaycan diasporu ilə əməkdaşlığı müsbət qarşılayıb. Qeyd edib ki, Azərbaycan diasporunun başqa elektorata təsir gücünü nəzərə alaraq ümumi seçicilərin 05-07% faizni təşkil edir.

V.Timoşenko əlavə edib ki, Radaya siyahılar bağlanıb, səsverməyə sayılı günlər qalıb, növbəti seçkilərdə partiyamızın siyahısında Azərbaycan diaspor nümayəndələrinin də iştirakını nəzərə alacağıq: “Qarşıdan gələn seçkilərdə partiyamızın siyahısındakı 3-cü şəxs Krım-Tatar Məclisinin sədri Refat Çubarovdur. Ukraynada yaşayan azərbaycanlıları bizim partiyanın namizədlərinə səs verməyə çağırırıq. Seçkilərdə qalib gəlsək azərbaycanlıların hökümətdə təmsil olunmaq imkanları olacaq, həmçinin qarşıda gələn şəhər, vilayət seçkilərində Azərbaycan diasporunun nümayəndələrinə də yer verməyə hazırıq”.

V.Timoşenko əlavə edib ki, Ukraynada yaşayan hər millət ukraynalıdır: “Bizim partiyanın əsas xətlərindən biri də tolerantlıq və multikulturalizmdir”.



Xəbər 3470 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

21.09.2025  19:29 

CHP-də yenidən sədr seçilib

21.09.2025  19:06 

Tərtərdə qandonduran HADİSƏ

20.09.2025  20:32 

Papoyan ABŞ-a səfər edəcək

20.09.2025  19:47 

Tovuzda kişi meyiti TAPILIB


BÜTÜN XƏBƏRLƏR +