İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


10.07.2019  12:06 

Bakıda hələ də “QUL BAZARI” fəaliyyət göstərir – “Bu camaata iş yerləri açmaq lazımdır“





A+  A-


Bakıda hələ də əmək bazarları fəaliyyət göstərir. Onlar özləri üçün iş yerləri açan adamlardan ibarətdirlər. Kimisi qaynaqçıdır, kimisi fəhlədir, kimisi kondisioner ustasıdır… Hər gün yay-qış bilmədən, istidə, soyuqda körpülərin altında saatlarla dayanıb müştəri gözləyirlər ki, çörək pulu qazansınlar.

Elə ki bir maşın dayanır, üzərinə şığıyıb “O olmasın, bu olsun” filmində “Məşədi İbad”ın üstünə yüyürən hamballar kimi öz xidmətlərini təklif edirlər. Özlərinin dediyi kimi, “evə çörək aparmaq lazımdır”.

Son dövrlər daha çox “Çermet” körpüsünün altında, Əhməd Rəcəbli ilə Ziya Bünyadov prospekti kəsişməsində və Bakıxanov qəsəbəsində, Sabunçu Rayon Məhkəməsinin yaxınlığında “əmək bazarları”na rast gəlmək olur. Rəngsazlar, elektriklər, parketçilər, bənnalar, kimlər, kimlər burada müştəri gözləyir.

Əslində bizdə əmək bazarları həmişə olub. XX əsrin əvvəllərində neftlə zəngin Azərbaycanın hambal bazarları, qulxanaları var imiş.

İndi XXI əsrin ilk 20 ili geridə qalmaq üzrə olsa da, Bakının dörd bir yanında əmək bazarları görmək olar: “Xalqlar Dostluğu” körpüsünün altında, Zabratda, Bakıxanovda…

“Bizimki zülmdür e, zülm. Hər gün səhərdən axşama kimi gəl dayan burada, gözlə ki, biri ”Leksus”da yaxınlaşacaq, səni aparıb bağında, villasında işlədəcək”.

XəzərNews.az bildirir ki, mövcud vəziyyətlə bağlı “qul bazarı”nın sakinlərindən biri “Yeni Müsavat”a danışıb.

Digəri isə çəkiliş aparmağımızı qınayır: “Əşi, siz yazanda guya nə olur ki?! Bu camaata iş yerləri açmaq lazımdır.

Bu yoldan hər gün AA seriyalı xidməti maşınlar keçir. Naziri, deputatı, icra başçıları hər keçəndə bu körpünün altındakı adamları görürlər.

Biri fikirləşmir ki, bu adamlar nə çəkirlər. Heç olmasa bizi bir zavoda işə düzəltsinlər, ortabab maaş alaq”, – deyə əmək bazarının sakinlərindən biri şikayətlənir.

Onların əksəriyyəti bölgələrdən iş dalınca Bakıya axın edənlərdir. Rəsmi statistikaya görə, Azərbaycanda iqtisadi inkişaf nəticəsində işsizlik və yoxsulluq 5 faiz həddinə salınıb. Müstəqil ekspertlər isə bu rəqəmin daha böyük olduğunu bildiriblər.

Ekspertlərin sözlərinə görə, işsizliyin səviyyəsinin ölçülməsi üzrə alternativ məlumat yoxdur. Amma ölkədə qeyri-rəsmi məşğulluğun miqyasının həddən artıq böyük olduğu deyilir.

Bir müddət əvvəl Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov bazarları ləğv etməyə imkan verən alternativlərin yaradılmasını təklif etmişdi. O, “Yeni Müsavat”a bildirib ki, həmin şəxslər üçün minimum xərclə yeni məkanlar yaradıla bilər.

“Neçə illərdir kölgə iqtisadiyyatının ləğvi iqtiqamətində dövlət proqramları qəbul edilir, mexanizmlər yaradılır. Bu məsələnin həlli istiqamətlərindən biri əmək bazarı ilə bağlıdır.

Bizdə bu sahədə qeyri-rəsmi məşğulluq yüksək səviyyədədir. İqtisadi fəal əhalinin 5 milyon nəfərinin məşğul olduğu deyilir.

Lakin muzdlu, ödənişli işə cəlb olunanların sayı elektron informasiya sistemində 1 milyon 300 mindir. Təxminən bir pensiyaçıya bir işləyən düşür.

Bir neçə yüz min nəfər də mülki müqavilə ilə işləyir. Təxminən 3 milyon 200 min civarındakı məşğul insanlar qeyri-formal sektor və ya kölgə iqtisadiyyatındadır.

Onlar ödənişli əmək fəaliyyəti göstərsə də, əmək müqavilələri yoxdur, ya özünüməşğuldur, ya da ailə-fermer təsərrüfatındadır.

Kölgə iqtisadiyyatı ilə bağlı yüksək dairələrdə müzakirələr gedir. Vətəndaş cəmiyyəti olaraq biz də bu problemi aradan qaldırmaq üçün təkliflər hazırlamışıq. Onlardan biri kortəbii əmək bazarları ilə bağlıdır.

“Yanlış olaraq onların adını ”qul bazarı” qoyublar, bu bazarlarda insanlar özünü yox, əməklərini satışa çıxarır”

Yanlış olaraq onların adını “qul bazarı” qoyublar. Qul bazarında insanın özü əmtəə kimi satışa çıxarılır. Bu bazarlarda isə insanlar öz əməklərini satışa çıxarır.

Məsələnin pis tərəfi bu işin kortəbii təşkil edilməsidir. Şəhərin müxtəlif yerlərində, körpülərin altında əməyini satışa çıxaranlar üçün heç bir şərait yoxdur.

Onlar üçün nə sanitar qovşaqlar, nə çay içmək, yemək yemək, nə də yağışda daldalanmaq üçün yer var. Həmçinin müxtəlif orqanların onları incitməsi, qanunsuz olaraq pul alması ilə bağlı məlumatlar eşidirik.

Təklif edirik ki, minimal infrastrukturla şəhərin müxtəlif ərazilərində dövlət hesabına müəyyən yerlər yaradılsın. Bu ərazilərdə qeyd etdiyim həmin şərait yaradıla bilər”.




Xəbər 1742 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +