İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


09.07.2019  11:43 

Müstəntiq DİN və Baş Prokurorluğu TƏKZİB EDİR





A+  A-

Abşeron rayonunun polis müstəntiqi Xəyyam Rüstəmovun Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun təsdiqlədiyi faktın üstünü örtməyə və piyadanın ölümünə səbəb olan şəxsi cinayət məsuliyyətindən yayındırmağa çalışdığı iddia olunur.
XəzərNews.az-ın Bakupost.az-a istinadən məlumatına görə, belə ki, bu il aprelin 6-da baş verən yol-nəqliyyat hadisəsindən bir gün sonra DİN rəsmi məlumat yayaraq bildirib ki, Faiq Həsənov adlı Masazır sakini Xırdalan şəhərinin ərazisində naməlum sürücü tərəfindən vurulub və hadisə yerində dünyasını dəyişib. Xəbərdə qeyd edilib ki, sürücü Müşfiq Həsənov hadisə yerindən yayınıb.

Baş Prokurorluğun yaydığı rəsmi məlumatda da hadisə zamanı sürücü Müşfiq Həsənovun hadisəni törətdikdən sonra hadisə yerindən qaçdığı, yalnız növbəti gün polis əməkdaşları tərəfindən tutulduğu öz əksini tapıb. Lakin işin istintaqını həyata keçirən müstəntiq X.Rüstəmov qəzanı törədib hadisə yerindən qaçdığı rəsmi məlumatlarla təsdiqini tapan sürücü Müşfiq Həsənova verilmiş hadisə yerindən qaçmaq ittihamını götürüb və işi yalnız bir maddə ilə - Cinayət Məcəlləsinin 263.2 (nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə məhkəməyə göndərib. Buna əsasən, iddia olunur ki, müstəntiq 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddəni təqsirləndirilən şəxsin üzərindən götürməklə onun uzun müddətli həbsdən yayınmasına və işdən yüngül cəza almasına çalışır.

Məsələ ilə bağlı kiçik araşdırma apardıqda məlum olur ki, doğrudan da aprelin 7-də DİN (https://www.mia.gov.az/?/az/pressreliz/view/61454), 4 gün sonra isə Baş Prokurorluğun yaydığı rəsmi məlumatda (http://genprosecutor.gov.az/news/5/20074/hadise-yerinden-qacan-surucu-hebs-edilmisdir) sürücünün hadisə yerindən yayındığı bildirilib.

Göründüyü kimi, iki dövlət qurumunun yaydığı rəsmi xəbərlərdə həqiqətən də sürücü Müşfiq Həsənovun hadisə yerindən qaçması ilə bağlı ona əlavə maddə verilib. Lakin işin istintaqı dövründə nə baş veribsə, müstəntiq X.Rüstəmov bu qərara gəlir ki, DİN və Baş Prokurorluğun yaydığı rəsmi məlumatlarda yanlışlıq var və sürücü M.Həsənov əslində hadisə yerindən qaçmayıbmış.

Məsələ ilə bağlı açıqlama verən Abşeron rayon prokuroru Rahib Seyidov deyib ki, iş hazırda məhkəmə baxışında olduğu üçün bu barədə əlavə məlumat verə bilməz: “Mən bu məsələni araşdıracam, ancaq onu deyə bilərəm ki, iş hazırda məhkəmə baxışındadırsa, məhkəmə bu işi araşdıracaq və əgər əlavə hallar mövcuddursa, təqsirləndirilən şəxsə yeni maddə ilə ittiham veriləcək”.

Rayon prokuroru onu da əlavə edib ki, bu cür presedentlər əvvələr də mövcud olub: “İlkin araşdırma zamanı sürücünün hadisə yerindən qaçması barədə şübhələr yarana bilər. Lakin bu da mümkündür ki, istintaqın gedişində əslində sürücünün hadisə yerindən qaçmadığı üzə çıxa bilər. Yenə deyirəm, əgər belə hal mövcuddursa, məhkəmə araşdırması zamanı, bu ortaya çıxarılacaq”.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə müdiri Orxan Mansurzadə də deyib ki, əgər istintaqın gedişində hansısa yanlışlığa yol verilibsə və iş hazırda məhkəmə baxışındadırsa, yanlışlıq məhkəmədə ortaya çıxarıla, təqsirləndirilən şəxsə əlavə ittiham verilə bilər: “Ancaq əvvələr də yol qəzalarının istintaqı zamanı belə presedentlər olduğu üçün müstəntiqin bu məsələdə qərəzli olduğunu, təqsirləndirilən şəxsi cəzadan yayındırmağa çalışdığını iddia etmək doğru olmaz. İş hazırda məhkəmə araşdırmasında olduğu üçün məhkəmənin yekun qərarını gözləməyi tövsiyə edirəm”.

Müstəntiq Xəyyam Rüstəmov isə iddialarla bağlı danışmaq istəməyib.

Xəbər 1588 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +