Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur
“Nə komitədən, nə də səfirlikdən heç bir dəstək görməmişik...” – Diaspor rəhbəri


04.07.2019  10:32 

“Layihəyə 18000 manat ayırmaqdansa...”





A+  A-

Ekspert Kamran Əsədov Təhsil Nazirliyi tərəfindən elan olunan təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin nəticələrinə münasibət bildirib.
XəzərNews.az xəbər verir ki, ekspertin sözlərinə görə, fərdi 115 layihəyə 427438 manat, 53 təhsil müəssisəsinin layihələrinə isə 650025 manat vəsait ayrılıb ki, bu da o deməkdir ki, III qrant müsabiqəsi büdcəyə 1.077.463 manata başa gəlib:

“Bu qrant müsabiqəsinin keçirilməsində başlıca məqsəd təhsil müəssisələrində, təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir. Qrant layihəsi həyata keçirilir, bu lazımdır, amma burada hesabatlılıq və monitorinq, qiymətləndirmə olmalıdır. Yəni hansısa bir özəl qurum, QHT bu layihələri yoxlamalı, monitorinq aparılmalıdır ki, həqiqətən də dövlət büdcəsindən ayrılan vəsaitlər düzgün istifadə olunur. Daha layihədə şişirdilmiş rəqəmlər və kağız üzərində olan fəaliyyət olmasın. Qrant layihəsi çərçivəsində qəbul edilmiş bəzi layihələr məktəb üçün deyil və ona ehtiyac yoxdur. Məsələn, Şamaxıdan qəbul edilmiş “Riyaziyyat fənni üzrə istedadlı uşaqlarla işin təşkili” layihəsi. Bunun üçün ayrıca layihəyə ehtiyac var?

Bildiyimiz kimi, Azərbaycan Prezidentinin 17 aprel 2006-cı il tarixli 1414 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı” xüsusi əhəmiyyətə malik tarixi bir sənəddir. Yəni dövlət proqramı çərçivəsində həll olunan məsələlərin qrant müsabiqəsində iştirak etməsini doğru hesab etmirəm. Bu kimi qalib olmuş layihə onlarladır. İkincisi, bir-birini təkrarlayan, əvvəlki qrant müsabiqəsində olan, indi cüzi adı dəyişmiş layihələr var. Məsələn, “Oxumadan öyrənək!” və “Oynayaraq öyrənirik” və ya “Öyrənərək öyrədək” və ya “Dinlə və öyrən” və ya “Öyrətmək yenidən öyrənməkdir” adlı layihələr bir-birini təkrarlayır və hər 3 qrant müsabiqəsində istifadə olunur.

Hələ də bunlar öyrətməyin və öyrənməyin yolunu, mümkünlüyünü müəyyən edə bilməyib?! Bundan başqa, kifayət qədər böyük vəsait ayrılmış, əslində isə hazır özəl qurumlardan, ən pis halda Dövlət İmtahan Mərkəzini cəlb etməklə həyata keçirilməsi mümkün və keyfiyyətli olacaq layihələrin yenidən məktəbdə təşkil edilməsi düzgün deyil. Misal üçün, “Elektron sınaq qiymətləndirmə” (8680 manat ayrılıb), “Formativ qiymətləndirmə sistemi” (14550 manat ayrılıb), “Qəbul imtahanları modelinə uyğun sınaq qiymətləndirmə sistemi” (13100 manat ayrılıb) kimi bir-birinə yaxın layihələrin həyata keçirilməsi üçün yenidən Amerikanı kəşf etməyə ehtiyac yoxdur. Ən azı bu layihələr DİM tərəfindən həyata keçirilsə, şagirdlər üçün daha effektiv olardı.

Bəzi layihələrin qiymətləndirilməsi zamanı xərclər düşünürəm ki, süni şəkildə şişirdilib. Misal üçün, “Məktəb idarəediciləri üçün məlumat əsaslı qərarvermə” layihəsinə 18000 min manat, Oxu və riyaziyyatın tədrisi metodikasında yeni yanaşmalar layihəsinə 25550 manat, Fizika və riyaziyyat fənlərinin tədrisi metodikası üzrə videoçarxların hazırlanmasına 16320 manat ayrılıb. Bu qədər vəsaitə “Oskar” mükafatı almağa təqdim olunacaq kino çəkmək olar, nəinki video çarx hazırlamaq. Məktəb idarəediciləri üçün məlumat əsaslı qərarvermə layihəsinə 18000 manat ayırmaq yerinə, 180 direktorun maşına 100 manat əlavə etsən, onlar daha əsaslı qərar qəbul edər.

Bir də onlara bərabər olan və 10152 manat ayrılan “Məktəbdaxili idarəetməyə dəstək” layihəsi var. Yəni adı fərqli, məqsədi eyni olan, əslində isə ehtiyac olmayan layihələr. Çünki bu kompensasiyalar olmalı idi. Digər 3 layihə var ki, ayrılan vəsait tamamilə boş və mənasızdır. Yəni, bunları ayrı-ayrı etməyin heç bir əhəmiyyəti yoxdur. Məsələn, 23050 manat ayrılan ““Həmkardan həmkara dəstək”, 11000 manat ayrılan “Gənc müəllimlərin peşəkar inkişafı”, 6505 manat ayrılan ““Peşəkar inkişaf” – gənc müəllimlərə dəstək” kimi eyni məqsədə nail olmaq olan layihələri birləşdirmək və daha effektiv etmək olardı. Bir də ki, bu kimi layihələrə ümumiyyətlə ehtiyac yoxdur və effektiv deyil. Ümid edirəm ki, bundan sonra ayrılmış vəsaitlər monitorinq olunacaq və bundan sonra daha çox ehtiyac duyulan istiqamətlərə vəsait ayrılacaq”.

K. Əsədov qeyd edib ki, III qrant müsabiqəsində qaliblər sırasına düşən özəl liseylərə də vəsait ayrılıb: “Özəl sektorun inkişafı lazımdır, amma etiraf edək ki, onların gəlirləri kifayət qədər çoxdur. Hazırda illik təhsil haqqı bir şagird üçün 10-15 min manat olan liseylər var və onların istənilən layihəni maliyyələşdirmək üçün büdcələri var. Həqiqətən də özəl liseylərin layihələri vacib, ehtiyac olan layihələrdirsə, elə öz liseylərində, öz vəsaitləri hesabına bunu etsinlər”.

Xəbər 1672 dəfə oxunub.




12.04.2024  18:39 

Sabahın havası açıqlanıb

10.04.2024  16:36 

Ehsan fırtınası


BÜTÜN XƏBƏRLƏR +