“Qarabağ“ın gəncləri “Benfika“ya uduzdu
Prezidentlər Şuşa qalası önündə foto çəkdiriblər
Əməliyyatdan sonra qadın iflic oldu
Qızına qarşı cinsi zorakılıq edən şəxs 13 il iş aldı
ABŞ: “Müharibə 90 günə bitə bilər”
Tanınmış şairin səhhəti pisləşib
Zelenski Putinlə görüşməyə hazır olduğunu açıqlayıb
Vəzifəli şəxslərin həbsi tələb edildi - Azərbaycanda
Azərbaycanda faktiki hava açıqlanıb
İranın İslami strukturlarla münasibətlərində gərginlik – Açıqlama


01.07.2019  11:43 

Palata “ATEF Şirkətlər Qrupu”nu cərimələdi





A+  A-

Maliyyə Bazarlarına Nəzarət Palatası “ATEF Şirkətlər Qrupu” MMC-ni dörd inzibati protokol üzrə cərimələyib.
XəzərNews.az-ın xəbərinə görə, şirkətlər qrupu İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması) maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib.

“ATEF Şirkətlər Qrupu” un inzibati xətanın obyekti olan 40.000 avronun 25 faizi, yəni 10.000 avro, digər prorokolla isə 26250 avro vəsaitin 20 faizi miqdarında - 5.250 avro məbləğində (ödəniş anında ödəniş yerinin məzənnəsi üzrə) cərimə olunub. Digər iki protokol üzrə cərimənin məbləği isə məlum deyil.

Şirkət Suraxanı Rayon Məhkəməsinin qərarlarından apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Qeyd edək ki, ATEF Group yağ transformatorları, gәrginlik transformatorları, komplekt transformatorı, yarımstansiyalar, stabilizatorlar vә s. istehsal edən bir neçə müəssisədən ibarətdir.

Xəbər 3205 dəfə oxunub.



16.09.2025  10:29 

Bakıda intihara cəhd olub

15.09.2025  17:30 

“Vüsal 300“ həbs EDİLDİ

15.09.2025  16:09 

Nanənin verilişi bağlandı


BÜTÜN XƏBƏRLƏR +