Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?


27.06.2019  17:02 

“Nar” bir sıra hərbi hissədə mobil danışıq nöqtəsi yaratdı





A+  A-

26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü münasibətilə “Nar” növbəti uğurlu layihəsini icra edib.
XəzərNews.az xəbər verir ki, mobil operator Müdafiə Nazirliyinin dəstəyi ilə cəbhəyani zonada yerləşən bir sıra hərbi hissələrdə “Nar” danışıq nöqtəsi yatadıb. Məqsəd əsgərlərimizin öz yaxınları, doğmaları ilə daha yaxın olmaları və mütamadi təmas qurmalarına dəstək olmaqdır. Hərbi hissələrdə yaradılan “Nar” danışıq nöqtəsində əsgərlər istədikləri qədər öz yaxınları ilə danışa biləcəklər.

Qeyd edək ki, bayram günü mobil operator vətən keşiyində duran əsgərlərimizi sevindirmək, onlara olan hörmətini bildirmək məqsədilə, cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissəyə səfər edib və Azərbaycan ordusunun əsgərləri ilə görüşüb. Bundan başqa, hərbi hissələrə əsgərlərin asudə vaxtının səmərəli təşkili üçün müxtəlif hədiyyələr də təqdim edilib.

Əsgərlərlə görüşü zamanı “Nar”-ın İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Əziz Axundov bildirib ki, artıq ikinci ildir ki, mobil operator Müdafiə Nazirliyi ilə birgə uğurlu layihəsini icra edir: “Silahlı Qüvvələr Günündə əsgərlərlə birgə olmaq bizim üçün qürurvericidir. Ötən il sərhədyanı bölgədə xidmət edən 100-ə qədər əsgərin bayramı öz valideyni ilə birgə qeyd etməsində yaxından iştirak etdik. Bu il isə 100-lərlə hərbçinin doğmaları ilə sərhədsiz ünsiyyət qurmaları üçün “Nar” danışıq nöqtələri yaratdıq. Vətənə bağlılıq kimi ümdə vəzifələrə hər zaman həssas yanaşan “Nar”, əsgərlərimizə hər hansı mənəvi dəstək göstrəməyi özünə borc bilir. Bu şərəfli yolda xidmət edən əsgərlərimizə yaxınları ilə öz sevinclərini və xoş xəbərlərini bölüşməsini arzulayırıq”.

Qeyd edək ki, “Nar” ötən ilin martında Müdafiə Nazirliyi ilə birlikdə ölkəmizin müxtəlif bölgələrindən 100-dən çox valideynin cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissədə əsgərlərlə görüşünü təşkil edilmişdi. Müdafiə Nazirliyinin dəstəyi ilə həyata keçirilən bu bayram görüşü nəticəsində valideynlər cəbhədə xidmət göstərən övladları ilə bərabər Novruz bayramını qeyd etmişdi.

Vətənə bağlılığın təşviqi Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilmiş brendimizin əsas amallarındandır.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7500-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

Xəbər 920 dəfə oxunub.




28.03.2024  19:08 

Bişkekdə güclü fırtına

28.03.2024  18:58 

Sabah bu rayonda qaz olmayacaq

28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib

28.03.2024  17:10 

Larri Lloyd vəfat edib

28.03.2024  17:05 

Krişjanis Karinş istefa verib

28.03.2024  16:57 

Marutyan tezliklə partiya yaradacaq

28.03.2024  15:04 

Ərdoğan Qarabağdan danışıb

28.03.2024  14:38 

“3 manatlıq supa görə...”

28.03.2024  14:34 

Bakıda hansı evlər bahalaşıb?

28.03.2024  12:19 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +