Kikboksçu qadın restoranda həmcinsini niyə döyüb?
Səfirimiz geri çağrıldı
Qazaxıstanda həbslər: Nazir və iş adamı saxlanıldı
Azərbaycanda hava yağışlı keçəcək - Sabah
Gəliri bir ildə 20 milyon manat azalıb
“İş bağlanıb, hara istəyirsən şikayət elə!”
Rusiya paraflanmış sazişə nikbin yanaşır - Overçuk
Overçuk Azərbaycanda saxlanılan ruslardan danışdı
DİM yeni tələbə olanlara müraciət etdi
Astara İcra Hakimiyyətinin tenderi ləğv edilib


19.06.2019  10:56 

Dövlət qulluqçularının maaş artımı ilə bağlı - Açıqlama





A+  A-

“Dövlət qulluqçularının maaş artımı ilə bağlı imzalanmış sərəncam digərləri kimi ictimaiyyətə açıqlanmır”.
XəzərNews.az-ın məlumatına görə, bu sözləri “Qafqazinfo”ya açıqlamasında parlamentin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Tahir Mirkişili deyib. O bildirib ki, dövlət qulluqçularının maaşlarının artırılması sistemi digər maaş artımı ilə bağlı sərəncamlardan fərqlənir:

“İctimaiyyətə açıqlanan sərəncamlardan fərqli olaraq dövlət qulluqçularının maaş artımı başqa bir sxemlə verilir. Bu səbəbdən də, digər sərəncamlar kimi ictimaiyyətə bu formada açıqlanmır və dərc olunan sərəncamların içində yer almır. Həmin sistem mürəkkəb prosesdir, çünki orada tarif cədvəlləri var. Onların maaşları bir çox amil və kriteriyalardan asılıdır. Ona görə, həmin sənəd daxili sənəd sayılır.

Ancaq sosial paketdə dövlət qulluqçularının maaşlarının da 50% artımı ilə bağlı sərəncam var”.

Xəbər 3786 dəfə oxunub.



04.09.2025  16:24 

Səfirimiz geri çağrıldı

04.09.2025  10:00 

Yeniyetmə su kanalında boğulub


BÜTÜN XƏBƏRLƏR +