ABŞ-da çimərliklər və parklar bağlanır
Bu sığorta şirkəti ləğv edilir
Bu gün 93 nəfər yoluxdu
Sabahın hava proqnozu
Maska taxmayan 35 nəfər cərimələndi
DİM abituriyentlərə güzəşt etdi
Sabah ilk qəbul imtahanı keçiriləcək
Minskdə kütləvi iğtişaşların təşkilatçıları saxlanıldı
Bərdədə kütləvi dava - 1 ölü, 3 yaralı
“Canavar” və alıcıları saxlanıldı


07.06.2019  12:58 

Prokuror İkram Rəhimova 6 il 6 ay cəza istədi





A+  A-

Bakı Ağır Cinayətlər Məhkəməsində reketlik fəaliyyətində təqsirləndirilən, realliq.info saytının rəhbəri İkram Rəhimova cəza istənilib.
XəzərNews.az-ın verdiyi xəbərə görə, hakim Əlövsət Abbasovun icraatında olan prosesdə dövlət ittihamçısı çıxış edərək İ. Rəhimovun 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai Əlaqələr şöbəsinin yaydığı məlumata əsasən, Rəhimov İkram Rafiq oğlunun tabeçiliyində olan şəxslərlə birlikdə “Realliq.info” və digər “reket” informasiya saytları yaradıb, həmin internet qəzetlərin jurnalistləri adı altında ayrı-ayrı vətəndaşların barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mətbu orqanlarında müntəzəm yayıb dayandırılması müqabilində pul tələb etməsi və alması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplaması barədə daxil olmuş çoxsaylı şikayətlər DTX-də araşdırılıb.

Məhkəmə qərarı əsasında aparılan əməliyyat tədbirləri ilə İ.Rəhimovun əlaqəsində olan şəxslərlə birgə göstərilən silsilə cinayət əməlləri qeydə alınıb. Bir müddət əvvəl DTX həmin cinayətin sübutu olan səs yazılarını ictimaiyyətə açıqlamışdı.

O, ötən il oktyabrın 26-da Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-cimaddələri üzrə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən hədə-qorxu ilə tələb etmə) cinayət əməllərində şübhəli şəxs kimi saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. Cinayət işində 6 zərərçəkmiş var.

Xəbər 581 dəfə oxunub.




12.08.2020  17:03 

Bu sığorta şirkəti ləğv edilir

12.08.2020  16:35 

Bu gün 93 nəfər yoluxdu

12.08.2020  14:06 

Sabahın hava proqnozu

12.08.2020  10:36 

Koronavirusa görə daha bir QADAĞA

12.08.2020  09:38 

Neft 44 dollardan satılır

12.08.2020  08:51 

Dənizdə üzməyin faydaları


BÜTÜN XƏBƏRLƏR +