Polkovnik ailəsi qəzaya düşdü, qızı öldü
Moskva dron zərbələrinə tuş gəlib
Pul hər şeyi həll edir, iki arvadım var - Şərurlu İsfəndiyar
Bakının mərkəzində təhlükə...-VİDEO
Qobustanda yollar buz bağladı: Zəncirvari qəza
Şəhid Mehti Şıxəliyevin atası vəfat etdi
Tahir İmanov başçını parodiya etdi - VİDEO
Müdafiə Nazirliyi məlumat yaydı - Video
Fabrikdə güclü yanğın...
Sürücülərə xəbərdarlıq: Bu yollar...


30.05.2019  14:43 

Hesablama Palatasının səlahiyyətləri artırıldı





A+  A-

Milli Məclisin bu gün keçirilən plenar iclasında Vergi Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə layihə müzakirəyə çıxarılıb.
XəzərNews.az xəbər verir ki, qanunun 547-ci maddəsində Hesablama Palatası haqqında qanunvericiliyin pozulmasına görə cərimələr müəyyən edilib.

Belə ki, aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması, dövlətə dəyən zərərin ödənilməsi və şəxslərin məsuliyyətə cəlb edilməsi məqsədi ilə kənar dövlət maliyyə nəzarətinin obyektlərinə və nəzarət tədbirinin predmeti ilə əlaqədar aidiyyəti tərəflərə göndərilmiş Hesablama Palatasının qərarlarının əsassız icra edilməməsinə görə - vəzifəli şəxslər üç yüz manatdan min manatadək məbləğdə cərimə edilir.

Hesablama Palatasının qərarları kənar dövlət maliyyə nəzarətinin obyekti tərəfindən əsassız icra edilmədikdə həmin obyektin xəzinə və bank hesabları üzrə (müdafiə olunan xərc maddələri istisna olmaqla) əməliyyatlarının dayandırılması barədə Hesablama Palatasının təqdimatının xəzinə orqanları və müvəkkil banklar tərəfindən icra edilməməsinə görə vəzifəli şəxslər üç yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

Kənar dövlət maliyyə nəzarəti tədbirləri ilə əlaqədar Hesablama Palatasının fəaliyyətinə mane olma, yəni:

- Hesablama Palatasının əməkdaşlarının kənar dövlət maliyyə nəzarəti obyektlərinə daxil olmasına, kənar dövlət maliyyə nəzarəti tədbirinin aparılmasına maneçilik törədilməsinə;

- elektron informasiya sistemlərinə çıxış imkanlarının yaradılmamasına və ya buna maneçilik törədilməsinə;

- kənar dövlət maliyyə nəzarəti obyektləri tərəfindən Hesablama Palatasının sorğularının tələb olunan qaydada cavablandırılmamasına, zəruri məlumatların və sənədlərin, habelə "Hesablama Palatası haqqında" qanun ilə müəyyən edilmiş vəzifələrin həyata keçirilməsi məqsədi ilə kənar dövlət maliyyə nəzarətinin predmetinə aid olan kommersiya, vergi və bank sirrini təşkil sənəd və məlumatların, fərdi məlumatların vaxtında və tələb olunan səviyyədə təqdim edilməməsinə və ya gecikdirilməsinə, yalan və ya dürüst olmayan məlumatların təqdim edilməsinə;

- dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının büdcələrinin icrası ilə bağlı hesabat və məlumatların, habelə maliyyə, mühasibat, vergi və statistik uçot hesabatlarının vaxtında təqdim edilməməsinə, hesabatlarda informasiya və göstəricilərin tam və ya düzgün əks etdirilməməsinə görə vəzifəli şəxslər dörd yüz manatdan yeddi yüz manatadək, hüquqi şəxslər min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul olunub.

Xəbər 2830 dəfə oxunub.



14.12.2025  14:56 

Fabrikdə güclü yanğın...

14.12.2025  01:54 

Qazaxda yol qəzası: Yaralılar var

14.12.2025  01:47 

Rusiyada hava limanları bağlandı

14.12.2025  01:23 

Mehdiyev iki nazirdən çəkinirdi

14.12.2025  00:53 

“Rekord.az” 15 YAŞINDA

14.12.2025  00:35 

Biləsuvarda ağır yol qəzası

14.12.2025  00:33 

Elbəyi Kərimli vəfat etdi

14.12.2025  00:23 

Aİ-dan Rusiya ilə bağlı qərar

13.12.2025  18:52 

Rusiyada təyyarə qəzaya uğrayıb


BÜTÜN XƏBƏRLƏR +