Ermənilər iriçaplı pulemyotlardan istifadə edir
“İranda aksiya liderləri edam olunacaqlar”
Oqtay Gülalıyev başqa xəstəxanaya köçürüldü
Əli Əsədov İbrahim Məmmədova vəzifə verdi
Hava 3 gün narahatlıq yaradacaq
ABŞ üç ölkəyə qarşı sanksiya tətbiq etdi
Atəşkəs snayperlərlə pozulub
Bu gün Beynəlxalq Kişilər Günüdür
Tbilisidə polis aksiyanı dağıtmağa başladı
20 il torpaqla qidalanan insan - VİDEO


29.05.2019  13:27 

Deputatlar da bugünkü finaldan DANIŞDILAR: “Allaha yalvarıram ki...”





A+  A-

Bu gün Bakıda UEFA Avropa Liqasının final oyunu keçiriləcək. Bakı Olimpiya Stadionunda qitənin ikinci dərəcəli klub turnirinin finalı ingilis komandalarının dueli olacaq.
Belə ki, həlledici qarşılaşmada "Çelsi" və "Arsenal" üz-üzə gələcəklər.

"Çelsi" - "Arsenal" oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

XəzərNews.az xəbər verir ki, Milli Məclisin deputatları Azərbaycanın ev sahibliyi edəcəyi bugünkü oyunla bağli fikirlərini Modern.az-la bölüşüblər.

Milli Məclisin komitə sədri Eldar İbrahimov xaricdə olsa da, oyunla bağlı yüksək düşüncədə olduğunu deyib:

“Neçə vaxtdır ki, "Çelsi" - "Arsenal" oyunu barədə hamı danışır. Belə bir oyuna ev sahibliyi etdiyimizə görə çox çox sevincliyəm. Futbol təkcə oyun deyil, həm də fərqli insanları bir araya gətirməyi bacarır. Belə bir yarışına Bakının ev sahibliyi etməsi əlamətdar hadisədir. Bu, təkcə idman bayramı deyil, eyni zamanda Azərbaycanın, Bakının dünyada tanınması deməkdir. Bütün dünyanın nəzərlərinin Bakıya yönəlməsindən qürur duymamaq olmur”.

Milli Məclisin deputatı Aqil Abbas "Çelsi" - "Arsenal" oyununu evdən izləyəcəyini bildirib:

“Finalın Bakıya salınmasını yüksək qiymətləndirirəm. Bu, Azərbaycanda keçiriləcək ilk beynəlxalq tədbir deyil. Bundan əvvəl I Avropa Oyunları, IV İslam Oyunları və digər yarışlar keçirilib.
Azərbaycanın ictimai-siyasi asayişi nəzərə alındığına görə Avropanın bu cür oyunlarda ölkəmizi seçməsində qeyri-adi nəsə yoxdur. Axşam keçiriləcək futbol yarışını ekran qarşısından izləyəcəm. Hansı komandaya azarkeşlik edəcəyimə gəlincə dəfələrlə belə bir söz işlətmişəm: harda bir türk oynayırsa, həmin kluba azarkeşlik edərəm. Həmişə türklərin daha çox qol vurduğunu istəmişəm. "Çelsi" - "Arsenal" oyununa gəlincə, “Arsenal”ı hər zaman üstün tutmuşam. Allaha yalvarıram ki, axşamkı oyunda “Arsenal”ın oyunçusu Məsut Özül bir top vursun”.

Deputatı Cavanşir Paşazadə əcnəbi futbol azarkeşlərinin Bakıda keçirilən oyundan ən xoş təəssüratlarla qayıdacaqlarına əminliyini vurğulayıb:

“Dünyanın nəhəng idman oyunları dəfərlərlə ölkəmizdə keçirilib. Dünya ölkələri də bilir ki, Azərbaycanda keçirilən oyunlar necə möhtəşəm olub. "Çelsi" - "Arsenal" oyununun Bakıda keçirilməsinin müsbət tərəfləri daha çoxdur. Bir neçə gündür ölkəmizə təşrif buyuran turistləri müşahidə edirəm. Dövlətimizlə, tariximizlə dərindən maraqlanırlar. Ona görə də bu cür oyunların keçirilməsinin ancaq üstün tərəfləri ola bilər. Axşam dünyanın dörd bir tərəfində yaşayan insanlar futbol həyəcanını Bakıdan izləyəcəklər. Futbol oyununun Bakıda keçirilməsi çox yaxşı haldır. Axşamkı oyunu səbirsizliklə gözləyirəm. Sevə-sevə izləyəcəm”.

Xəbər 799 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

20.11.2019  09:26 

Hitlerin evi polis bölməsi olacaq

20.11.2019  09:14 

“10 illiyin qadını” seçildi

20.11.2019  08:41 

Qarakənd faciəsindən 28 il ötür

19.11.2019  20:18 

Millimiz Qazaxıstana da uduzdu

19.11.2019  13:25 

Hava 3 gün narahatlıq yaradacaq

19.11.2019  12:10 

Bu qəsəbədə su olmayacaq


BÜTÜN XƏBƏRLƏR +