Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


24.05.2019  14:43 

“Nar”dan aztəminatlı ailələrin uşaqlarına dəstək





A+  A-

“Nar”-ın dəstəyilə kimsəsiz və aztəminatlı ailələrdən olan uşaqlar üçün təşkil edilən peşəkar boks təlimləri davam edir. Artıq dördüncü ildir ki, keçirilən bu layihədə 200-dən çox tələbə iştirak edib.
Şirkətin mətbuat xidmətindən XəzərNews.az-a daxil olan məlumata görə, təlimlər Azərbaycanın aparıcı boks klubu “Baku Fight Lab”-in dünya və Avropa çempionları tərəfindən keçirilir. Təlimlərdə iştirak edən gənc boksçuların və müəllimlərin peşəkar idman ləvazimatları “Nar” tərəfindən təşkil edilir.

Yeni mərhələnin başlaması münasibətilə keçirilən tədbir zamanı “Baku Fight Lab” klubunun İcraçı direktoru Fərhad Acalov “Nar”-a minnətdarlığını bildirib və gənclərin asudə vaxtının səmərəli keçirilməsində layihənin əhəmiyyətini vurğulayıb. Daha öncə layihədə iştirak edən tələbələrin qısa zaman ərzində respublika səviyyəsində fərqləndiyini qeyd edən F.Acalov təlimlərə yeni qatılan gənclərə uğurlar arzulayıb.

“Nar” gənclərə və idmana yönəlik korporativ sosial məsuliyyət (KSM) strategiyasına uyğun olaraq, artıq dördüncü ildir ki, boks təlimlərini davam etdirir. Layihənin əsas məqsədi kimsəsiz və aztəminatlı ailələrdən olan uşaqların asudə vaxtını səmərəli təşkil etmək və cəmiyyətə sağlam ruhlu fərdlər qazandırmaqdır.

Qeyd edək ki, “Nar” mobil operatoru “Baku Fight Lab” klubunun rəsmi tərəfdaşıdır.

“Azerfon” MMC (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7500-dən artıq baza stansiyası ilə 2,2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

Xəbər 1025 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +