Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?


23.05.2019  12:31 

Gənc jurnalistlər Sosial şəbəkələrdə milli maraqların qorunması yollarını müzakirə edib





A+  A-

Danılmaz faktdır ki, sosial şəbəkələrin ən çox istifadəçisi gənc nəsildir. Onlar şəbəkələrin müsbət tərəfləri ilə yanaşı, mənfi təsirlərinə də məruz qalırlar. Bir çox insan sosial şəbəkələrdən, bütün internet resurlarından öz kiçik bizneslərini qurmaq üçün, lazımi məlumat, materialı əldə etmək və digər məqsədlər üçün istifadə edir. Bununla yanaşı, sosial şəbəkələrin mənfi təsirlərinə məruz qalan şəxslər də az deyil. Müxtəlif qruplaşmalara qoşulan, təxribat, yalan xarakterli məlumatlar yayan, yaxud müəyyən şəbəkələrin təsir dairəsinə düşərək cinayətkar şəbəkələrə qoşulan gənclər də az deyil. Bu cür gənclərlə hər zaman maarifləndirmə işi aparılmalı, onların ətrafında olan insanlar bu cür şəxsləri ziyanverici dəstələrdən uzaqlaşdırmalıdır.
“Sosial şəbəkələrdə milli maraqların qorunması” layihəsi çərçivəsində keçirilən ilk seminarda məhz bu məsələlər qabardılıb.
XəzərNews.az xəbər verir ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə baş tutan seminarda jurnalistika fakültəsinin tələbələri iştirak edib. Layihə rəhbəri Aynur Nəsirova hər gün inkişaf edən və həyatımıza sirayət edən texnologiyaların müsbət və mənfi təsirlərindən danışıb. Bildirilib ki, texnologiyanın inkişafı özü ilə birlikdə bir çox yeniliklər gətirir, eyni zamanda internetden istifadənin miqyası genişlənir. Layihə rəhbəri sosial şəbəkələrin ölkənin milli maraqlarının müdafiə edilməsi baxımından əhəmiyyətinə də toxunub. Qeyd edilib ki, ictimai əhəmiyyət kəsb edən bir çox mövzu sosial şəbəkələrdə müzakirə olunur və ictimai rəyin formalaşmasına təsir edir. Eyni zamanda vurğulanıb ki, paylaşılan məlumatlar və yazılan rəylər ölkə əhəmiyyətli hadisələrə reaksiya, gizlin məlumatların qarşı tərəfə ötürülməsi baxımından da əhəmiyyət kəsb edir. 2016-cı ilin aprel hadisələri zamanı sosial şəbəkələrin, burada paylaşılan məlumatların əhəmiyyətinə toxunulub. Dəqiqləşdirilməmiş və təsdiq olunmamış informasiyanı yayan sosial şəbəkə istifadəçilərinin insanlar arasında çaşqınlıq yaratdığı, düşmənin bu məlumatlardan öz xeyrinə istifadə etdiyi misal kimi çəkilib. Bütün bu məsələləri nəzərə alaraq sosial şəbəkələrin mənfi təsirlərindən qorunmağın vacibliyi diqqətə çatdırılıb.
Daha sonra BDU-nun Tədris Studiyasının müdiri Ramin Rzayev çıxış edib. O da çıxışında sosial şəbəkələr vasitəsi ilə yayılan məlumatların auditoriyaya təsir imkanlarından danışıb. Bildirilib ki, internet resurslarından istifadə etməklə dövlət əhəmiyyətli mövzunu bir anda ictimailəşdirmək, onun müsbət həlli üçün mühüm rol oynamaq mümkündür. Nümunə kimi bu günlərdə İçərişəhər tarix memarlıq qoruğunda aparılan təmir işlərinin sosial şəbəkələrdə yayımlanması və əhalinin reaksiyası, bu işin nəzarətə götürülməsi və dövlət səviyyəsində müsbət həlli göstərilib. Müzakirələr zamanı “Keşikçi dağ” monastr kompleksi ətrafında baş verənlərə də toxunulub. Azərbaycan- Gürcüstan münasibətlərinin pozulmasına xidmət edən bir sıra paylaşımlar barədə danışılıb. Diqqətə çatdırılıb ki, sosial şəbəkələrdəki paylaşımlar ölkələrarası münasibətlərə xələl gətirməməli, milli maraqlar nəzərə alınmalıdır. Müxtəli kateqoiyalarından olan insanların məlumatları sosial şəbəkələr vasitəsilə əldə etməsi, məlumat mübadiləsində bu internet resurslarının rolunu nəzərə alaraq paylaşılan məlumatların məsuliyyəti xüsusi vurğulanıb. Daha sonra seminarda iştirak edən tələbələr çıxış edib, onların sualları cavablandırlıb. Seminar müzakirələrlə davam edib.

Xəbər 937 dəfə oxunub.




01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +