ABŞ İraqdan üzr istədi
Soçi aeroportu təcili boşaldılıb
Borca görə axtarılan 7 nəfər saxlanıldı
ABŞ-da atışma, yaralılar var
Koçaryan azadlığa buraxıldı
Poroşenko Zelenskiyə bir neçə məsləhət verdi
Dilənçilik edən 19 nəfər saxlanıldı
“Nar TV” istifadəçilərinin sayı 117% artıb
Bu il 3972 nəfər boşanıb
Sabah hava necə olacaq?


17.05.2019  11:43 

Altı nəfərlik oğru dəstəsi tutuldu





A+  A-

Xaçmaz rayon ərazisində yerləşən fərdi yaşayış evlərindən, kafe və restoranlardan silsilə oğurluqlar edən altı nəfərdən ibarət oğru dəstəsi saxlanılıb.
XəzərNews.az DİN-ə istinadən xəbər verir ki, Xaçmaz RPŞ-nin keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayətləri törətməkdə şübhəli bilinən Xaçmaz rayon sakinləri Mirbaba Ağayev, Zöhrab Şıxıyev, Zaur Mustafayev, Tərxan Məmmədov, Əmrah Zülfüqarov və əvvəllər məhkum olunmuş Allahverdi Sadıxov tutulub.

Dindirilmə zamanı həmin şəxslər törətdikləri oğurluq hadisələrini etiraf ediblər. Dəstə üzvləri ondan çox evə, eləcə də gecə vaxtı bağlı olan kafe və restoranlara qanunsuz daxil olaraq, oradan pul, xalçalar, televizorlar, paltaryuyan, təsərrüfat malları və digər məişətdə istifadə olunan avadanlıqları oğurlayıblar. Oğurladıqları qənimətləri Əmrah Zülfüqarova məxsus nəqliyyat vasitəsi ilə hadisə yerindən aparan dəstə üzvləri, həmin əşyaların bir qismini dəyərindən ucuz qiymətə satıblar. Satışdan əldə olunan pullar isə dəstə üzvləri arasında bölünüb.

Oğurluq yolu ilə əldə edilmiş əşyaların xeyli hissəsi isə polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülərək istintaqa təqdim olunub.

Xəbər 217 dəfə oxunub.




19.05.2019  17:52 

ABŞ İraqdan üzr istədi

18.05.2019  18:43 

ABŞ-da atışma, yaralılar var

18.05.2019  17:52 

Koçaryan azadlığa buraxıldı

18.05.2019  13:18 

Bu il 3972 nəfər boşanıb

18.05.2019  12:43 

Sabah hava necə olacaq?

18.05.2019  11:05 

Eyni saatda 2 ölkə silkələndi

18.05.2019  10:21 

Azərbaycan nefti bahalaşıb

18.05.2019  10:08 

Gündə 3 xurma yeməyin FAYDALARI


BÜTÜN XƏBƏRLƏR +