“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur


13.05.2019  16:18 

Azərbaycana qarşı aparılan kampaniyaya - DTX-dən cavab





A+  A-

Dövlət Təhlükəsizlik Xidməti Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ərəfəsində İngiltərə Xarici İşlər Nazirliyinin Azərbaycana gələn vətəndaşlarına təhlükəsizliklə bağlı xəbərdarlıq etməsinə münasibət bildirib.
DTX-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Arif Babayev XəzərNews.az-a açıqlamasında bildirib ki, bu gün Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindəndir:

"Bu gün müstəqil dövlətçiliyimizin qarantı Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə regionun lider dövlətinə çevrilən Azərbaycan hərtərəfli dinamik inkişafı ilə seçilir, dünyada sabitlik və təhlükəsizlik məkanı kimi tanınır. Azərbaycan Prezidentinin yürütdüyü siyasət, müvafiq dövlət qurumlarının və hüquq-mühafizə orqanlarının birgə səmərəli fəaliyyəti, eləcə də önəmli ictimai dəstək nəticəsində respublikamızda dönməz sabitlik və təhlükəsizlik mövcuddur. Bu baxımdan, həmçinin Azərbaycanın dünyada nüfuzunun artması və beynəlxalq təhlükəsizlik sisteminin fəal iştirakçısı olması nəticəsində ölkəmizə etibar edilir, böyük investisiya qoyulur, irimiqyaslı layihələr gerçəkləşdirilir. Azərbaycan yüksək təhlükəsizlik sisteminə malik dövlət kimi mötəbər beynəlxalq tədbirlərin keçirilməsi sahəsində böyük təcrübəyə malikdir. Bundan əvvəl ölkəmizdə keçirilən bütün irimiqyaslı beynəlxalq tədbirlərdə, o cümlədən nüfuzlu idman yarışlarında çoxsaylı xarici qonaqların iştirak etməsi, Azərbaycana böyük turist axınının olması, onların rahat şəraitdə ölkəmizin qədim tarixi və zəngin mədəniyyəti ilə tanış olmaları üçün yaradılan hərtərəfli şərait və ən əsası bir daha ölkəmizə qayıtmaq istəkləri Azərbaycanda mövcud qonaqpərvərliyin və yüksək təhlükəsizliyin təminatının əyani göstəricisidir. Əlbəttə ki, bu, Prezident İlham Əliyevin həyata keçirdiyi və alternativi olmayan inkişaf və təhlükəsizlik siyasətinin parlaq nümunəsidir.

Azərbaycanda təhlükəsizliyin etibarlı təmin olunması üçün xarici dövlətlərin müvafiq strukturları ilə ikitərəfli və çoxtərəfli formatlarda qarşılıqlı faydalı əməkdaşlıq həyata keçirilir. Hətta bu gün güclü təhlükəsizlik sisteminə malik ölkələrin tərəfdaş xüsusi xidmət orqanlarının təmsilçiləri də görüşlərdə etiraf edirlər ki, Azərbaycanda mövcud sabitliyə və təhlükəsizliyə həsəd aparmaq olar. Çox qürurvericidir ki, Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə müstəqil Azərbaycanın nəinki regionun, ümumilikdə dünyanın təhlükəsizlik sisteminin formalaşmasında da böyük rolu var. Hazırda Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən digər hüquq-mühafizə orqanları ilə birlikdə Azərbaycanın milli maraqlarına və təhlükəsizliyinə mümkün təhdidlərin qarşısının alınması üçün bütün zəruri qabaqlayıcı, preventiv tədbirlər həyata keçirilir, əməliyyat şəraitinə nəzarət olunur".

Xəbər 1227 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb

10.04.2024  16:36 

Ehsan fırtınası


BÜTÜN XƏBƏRLƏR +