Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı


06.05.2019  09:17 

Kimlərə oruc tutmaq olmaz?





A+  A-

Bu il Ramazan ayı isti aya təsadüf edir. Bu mübarək ayda oruc tutmaq istəyənlərin heç də hamısının sağlıq durumu buna imkan vermir. Bir çox insan həkim və din alimlərinin qadağalarını qulaqardına vurub, dini borcunu yerinə yetirməyə cəhd edir. Ona görə orucluqdan sonra xəstəxanalara xroniki xəstəlikləri ağırlaşanlar çox müraciət edir, təcili yardım isə gecə vəziyyəti ağırlaşan xəstələrin çağırışına gedir.
XəzərNews.az Medicina.az-a istinadən Ramazan barədə ən vacib tövsiyələri təqdim edir.

Hansı xəstələrə oruc tutmaq olmaz:

-Aşağı təzyiq və yuxarı təzyiqi olanlar
-Qanazlığı, anemiyası olanlar
-I tip diabetli xəstələr
-Mədə-bağırsaq xorası olanlar, qastrit, 12barmaq bağırsaq xorasından əziyyət çəkənlər
-Ürəyin və beynin işemik xəstəliyi olanlar, nə vaxtsa infarkt və insult keçirmiş şəxslər
-Onkoloji xəstələr
-Mədə-bağırsaq qanaması olanlar, kolit, kron xəstələri
-Ağır qan xəstəliyi olanlar
-Hamilə və südverən qadınlar
-Zob xəstələri

Bəs hansı xəstəliklərdə ac qalmaq faydalıdır?

Diabet, hepatit və mədəaltı vəz xəstəliyi olanlar barədə fikirlər haçalanır:

Bir qrup həkim şəkəri insulinlə bərpa edən, səhər və axşam insulindən istifadə edən diabet xəstələrinə orucu məqbul sayır. Çünki pəhriz, müəyyən qidalardan uzaq olmaq bu xəstələrə vacibdir.

Hepatit xəstəliyi olanların da qaraciyəri aclıq və dinclikdən fayda görəcək.
Mədəaltı vəzi də bərpa olmaq üçün acqalmanı sevir.

Bəzi xəstəlikləri yüngül formada olan, dərman qəbul etməyən insanlar qidaları elə seçməlidirlər ki, günboyu fəsadını yaşamasınlar.

Məsələn yüksək təzyiqi olanlar şəkər, şirniyyat, duz, yağlı yeməklər yeməsə, təzyiqi aşağı olanlar isə əksinə, təzyiqi qaldıran qəhvə, şokolad, şirniyyat, tutumlu yeməklər yesə, günboyu özlərini normal hiss edəcək

Orucluq əsasən aşırı piylənmədən əziyyət çəkənlər üçün faydalıdır.
Eləcə də sinir, əsəb pozğunluğu, nevrozlar, xroniki yorğunluq, müəyyən göz xəstəlikləri üçün oruc tutmaq faydalıdır.

Yaxşı olar ki, oruc tutmazdan öncə səhhətinizlə bağlı şübhəniz varsa, kiçik bir tibbi müayinədən keçib, həkim tövsiyyəsi ilə Ramazana başlayasınız.

Ramazan menyusu:

O ki, qaldı ən vacib məqam olan imsak və iftar yeməklərinə, medicina.az tövsiyyə edir ki, səhərlər bol maye, su, pendir, kərə yağı, tərəvəzlər, suda bişmiş ət, balıq, yumurta, çörək, lavaş, xurma, meyvələrdən isə banan yeyilsin.

Dərman qəbul edən şəxslər səhər ac qarına içib, daha sonra yemək yeyə bilərlər.

Axşam iftarda isə dəbdəbəli, bol çeşidli süfrə açıb, mədəni doldurmağa gərək yoxdur. Əksinə, iftarda çox az qida qəbul olunmalıdır. Şirniyyatlar, meyvələr iftarda yeməkdən 1 saat sonra qəbul edilə bilər. Axşam yatanda 1 stəkan qatıq için ki, səhərə kimi həzm prosesinə kömək etsin.

Bütün ət yeməkləri yüngül, yanında tərəvəzli olmalıdır. Yağlı düyü əvəzinə bulğur, qarabaşaq yeyin.
Həm sahurda, həm iftarda müxtəlif şorbalar içilməlidir.

İçmək üçün adi su, şəkərsiz meyvə kompotları, ayran içilməlidir.

Orucluqda soyuq, buzlu və qazlı içkilər içmək olmaz.

Xəbər 1259 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +