XİN Dohaya hücuma dair açıqlama yaydı
Məcburi köçkün 30 il yaşadığı evi yararsız hala saldı
Valideynlərini itirən qız 15 yaşında ana oldu
Hacıqabulda 33 yaşlı kişi 10 yaşlı qıza təcavüz edib
Polşa Belarusla sərhədi bağlayacaq
Ukrayna Rusiyanın əsas neft kəmərini vurub
Nepal Prezidenti istefa verdi
Xankəndidə “Range Rover” qalmaqalı
Manaf Ağayevin oğluna vəzifə verildi
Səfərovlar və Şıxlinskini tora kim salıb? - FSB izi


01.05.2019  16:21 

Sosial şəbəkələrdə Azərbaycanın milli maraqları qorunacaq - Layihə





A+  A-

“Paradiqma” İctimai-Siyasi Tədqiqatlar İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Gənclərin internet informasiya resurslarında, o cümlədən sosial şəbəkələrdə milli maraqların müdafiəsinə cəlb edilməsi” layihəsinin icrasına başlayır.
İB-dən XəzərNews.az-a verilən məlumata görə, layihə gəncləri milli maraqların müdafiəsinə cəlb etmək, bu maraqların əhatə dairəsi barədə onları məlumatlandırmaq, internet və yeni medianın imkanlarından istifadə edərək dövlətə və millətə xeyr verə biləcək informasiyaların istehsalına dəstək olmaqdan bəhs edir.

Layihənin məqsədi internet mediada və sosial şəbəkələrdə Azərbaycanın milli maraqlarını qorumaq, müxtəlif vasitələrlə yeni nəslin də bu istiqamətdə formalaşmasına dəstək olmaqdır. Eyni zamanda Azərbaycan xalqının mədəni-tarixi irsinin və mənəvi dəyərlərinin qorunması, eləcə də ümumbəşəri dəyərlərlə zənginləşdirilməsi, dilinin, özünüdərk, vətənpərvərlik və milli iftixar hissinin, intellektual potensialının inkişaf etdirilməsidir.

Layihə çərçivəsində ilk növbədə dövlətin müstəqilliyinin və ərazi bütövlüyünün qorunması, onun beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının təmin edilməsi təşviq olunacaq. Xalqımızın vahidliyinin qorunub saxlanılması və azərbaycançılıq ideyası təbliğ ediləcək. Əhalinin təhlükəsizliyinin təminatında ictimai nəzarət funksiyasının yerinə yetirilməsi istiqamətində maarifləndirmə aparılacaq, gənclərə vətənpərvərlik və milli iftixar hissi aşılanacaq. Gənclər arasında internetdə və sosial şəbəkələrdə milli özünəməxsusluğun və həmrəyliyin gücləndirilməsinə xidmət edən informasiyaların istehsalının formalaşdırılması təşviq ediləcək. Ən nəhayət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi ilə bağlı milli maraqlarımızı ehtiva edən informasiyalar yayılacaq, dövlətin bu istiqamətdə apardığı siyasətə dəstək nümayiş etdiriləcək.

Layihə müddətində 4 Dəyirmi masa keçiriləcək.

Xəbər 2919 dəfə oxunub.




09.09.2025  20:27 

Leysan yağacaq, şimşək çaxacaq

09.09.2025  16:21 

Nepal Prezidenti istefa verdi


BÜTÜN XƏBƏRLƏR +