Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


22.04.2019  13:05 

Bağlanan banklarda krediti olanların nəzərinə - Pulunuzu belə alın





A+  A-

““Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyət olaraq biz bank olmayan kredit təşkilatlarının və bağlanan bankların problemli müştərilərinin kompensasiyalarının ödənilməsi istiqamətində artıq ilk addımlarımızı atmışıq. Belə ki, bu gündən etibarən müştərilər 500 manatdan aşağı olan nağd kompensasiyanı "Azərpoçt" MMC-nin respublika üzrə 1497 poçt şöbəsinə yaxınlaşıb ala bilərlər”.
XəzərNews.az xəbər verir ki, bunu “Azərpoçt” MMC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Gözəlova fed.az saytının sosial şəbəkədəki canlı yayımında bildirib. O qeyd edib ki, mayın 1-dən isə 500 manatdan yuxarı olan kompensasiyaları müştərilər “Azərpoçt” tərəfindən emissiya olunmuş kartlar vasitəsilə ala biləcəklər: “Vətəndaşlardan kart üçün heç bir ödəniş tələb olunmur. Eyni zamanda, kartlardan pulu nağdlaşdıranda da komissiya tutulmur. Vətəndaş pullarını istədiyi vaxt ala bilərlər”.

G. Gözəlova deyib ki, fərmanla 121 min nəfərə yaxın vətəndaşa kompensasiyaların ödənilməsi “Azərpoçt”un öhdəliyinə düşür: “Bunlardan 76 min 836 nəfəri 500 manatdan aşağı olan məbləğdir. Eyni zamanda, qurumun rəsmi saytında da həmin şəxslərin problemli kreditlərinə dair bölmə açılıb. Vətəndaşların şəxsiyyət vəsiqəsinin seriyasını və fin kodunu daxil etməklə onlara ayrılan kompensasiyanın məbləğini və bu kompensasiyasını alacaq poçt şöbəsinin ünvanını dəqiqliklə öyrənə bilərlər. Ancaq müştərilər mütləq şəxsiyyət vəsiqəsini və ya onun sürətini təqdim etməlidirlər. Kompensasiyaların təqdim olunması istiqamətində göstərilən bütün xidmətlər pulsuzdur. Bundan əlavə, müştərilərə 1 illik kartlar təqdim olunur. Əgər vətəndaş hər hansı səbəbdən özünə aid bu kartları itirərsə və ya zədələyərsə o zaman növbəti dəfə müştəri müraciət edən zaman kartın emissiya rüsumu ödənilməlidir. Kart vasitəsilə kompensasiyanı alacaq müştərilər respublika üzrə “Azərpoçt” un 77 poçt şöbəsinə yaxınlaşıb öz kartlarını və fin kodlarını əldə edə biləcəklər.

Qeyd edim ki, müştərilərin koordinatları “Azərpoçt”a Palata tərəfindən ötürülüb. Ola bilər ki, bu və ya digər səbəbdən hansısa müştəriyə sms getməyib. Bu vətəndaşın aktiv telefon nömrəsini artıq işlətmədiyi halda olacaq. Bizə təqdim olunan nömrələrə sms göndəririk. Başqa hallarda isə sms- ləri hər hansı müştərilər görməzsə, vətəndaş məmnuniyyəti üçün “Azərpoçt” un rəsmi saytında ayrıca bir bölmə yaratmışıq. Ora daxil olmaqla məlumatları əldə edə bilərlər”.

Xəbər 1133 dəfə oxunub.




24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +