Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı


18.04.2019  15:27 

“Azərbaycanda pensiya və əməkhaqqı yenə artırılacaq” – İlham Əliyev





A+  A-

“Ölkədə minumum əməkhaqqının və minumum pensiyanın təxminən 40 faiz qaldırılması önəmli addımdır. Ancaq onu da deməliyəm ki, bu artım böyük olsa da, bizi qane edə bilməz”
XəzərNews.az xəbər verir ki, bunu prezident İlham Əliyev Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində əsaslı şəkildə yenidən qurulan Neftçilər parkı ilə tanış olarkən sakinlərlə söhbətində bildirib.

Prezident vurğulayıb ki, Azərbaycanda maaşlar və pensiyalar bundan sonra da qaldırılacaq: “Müvafiq göstərişlər verildi. İndi hökumətdə iş aparılır. Bizim indi maliyyə imkanlarımız artır. Ölkəmizdə aparılan ciddi iqtisadi islahatlar bizə əlavə gəlirlər gətirir. Bu ilin əvvəlindən kifayət qədər böyük bir rəqəm büdcəyə daxil oldu. Mənim göstərişimlə əlavə yığılan büdcə gəlirləri ilk növbədə, vətəndaşların sosial müdafiəsinə, o cümlədən maaşların, pensiyaların artırılmasına istiqamətləndirilməlidir. Baxmayaraq ki, biz mart ayında bu qərarı qəbul etdik. Aprelin əvvəlindən sosial müavinətlərin artımı qüvvəyə mindi. Burada da orta hesabla 2 dəfə sosial müavinətlər artırılıb. 600 minə yaxın insan bu proqramla əhatə olunub. Bu istiqamətdə işlər davam etdiriləcək. Minumum əməkhaqqı, minumum pensiya Azərbaycanda bundan sonra da qaldırılacaq ki, vətəndaşlar daha da yaxşı yaşasınlar”.

Prezident həmçinin söhbətində problemli kreditlər ilə bağlı qəbul olunan fərmandan da danışıb. O, qeyd edib ki, Azərbaycanda bu məsələ elə səviyyədə həll olundu ki, bunun dünyada bənzəri yoxdur: “Bilirsiniz ki, bir çox ölkələrdə bu problem mövcuddur. Ölkələr və ölkə rəhbərləri çalışırdılar ki, bu problemi həll etsinlər.

Bəzi hallarda qərarlar qəbul edildi, ancaq icra edilmədi. Bəzi hallarda hələ də müzakirələr gedir. Ancaq biz çox ciddi qərar qəbul etdik. Bu qərar maksimum vətəndaşların maraqlarını nəzərə alan qərar oldu. 800 minə yaxın insan bu fərmandan yararlanacaq”.

Xəbər 928 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +