“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


04.04.2019  11:46 

“Maygülü”nün adı dəyişdirildi





A+  A-

Azərbaycan Milli Elmlər Akademiyasının iclasında müzakirəyə çıxarılmış 20 quş növünün adı oriontoloqlar tərəfindən dəyişdirilib.
XəzərNews.az xəbər verir ki, Zooloji Muzeyin direktoru Səbinə Bünyatova AzərTac-a açıqlamasında bildirib ki, maygülü adlandırılan quş növünün adı dəyişdirilərək batağan kimi qəbul olunub. Çünki bu quş suyun dərinliklərinə baş vurmaq xüsusiyyətinə malikdir.

Lələk örtüyünün xallı naxışa malik olması əsas götürülərək böyük qartalça və ya çığırğan qartalça növünə böyük xallı qartal adı verilib. Ördəktutan qızılquş və ya ördəktutan kimi tanıdığımız quş növünün adının bu növün bioloji xüsusiyyətlərini tam əks etdirmədiyini və ölçücə kiçik olan bu quşun təbiətdə ördək ovlanması faktının yanlış olduğunu əsas götürərək sərçəkimilərə aid kiçik quşlarla qidalanan qızlıquş növünün adı sərçəçalan kimi dəyişdirilib.

Qəşəng durna növünün adı isə telli durna kimi qəbul edilib. Çünki bu növün baş hissəsində tel formasında uzanan lələk topası olur. Dovdaqlar fəsiləsinə aid olan müxtəlif ədəbiyyatlarda cek, gözəl cek, qəşəng baladovdaq kimi yazılan növün adı qəşəng dovdaq olub.

Kölgəlik yarpaqgüdəni əvəzinə sin-sin yarpaqgüdəni qəbul edilib, çünki növ bu cür səs çıxarır, lakin “tenkovka” adı rus dilindən səhvən “kölgə” kimi tərcümə edilib.

Həmçinin alman və rus mənşəli bir sıra adlar milli adlarla dəyişdirilib: trinqa – otluq cüllütü, bekas – meşə cüllütü, sterna – sümrü, sitta – fitçi, tixodrom – qaya quşu və s.

Xəbər 1556 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +