İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


02.04.2019  11:39 

AKP-nin məğlubiyyətə bərabər qələbəsi - SƏBƏBLƏR





A+  A-

Türkiyədə 31 mart bələdiyyə seçkilərinin nəticələri məlum olub.
Şəhər merlərini, rayon başçılarını, yerli şuralarını üzvlərini müəyyən edən seçkilər bir çox özəllikləri ilə yadda qaldı.

2002-ci ildən bəri iştirak etdiyi bütün seçkilərdə qələbə qazanan hakim Ədalət və İnkişaf Partiyası (AKP) məğlubiyyətə bərabər qələbə qazandı. Millətçi Hərəkat Partiyası ilə birləşərək “Cümhur İttifaqı” adı ilə seçkilərə qatılan iqtidar partiyası sayılan 99,81% səslərin 44,32%-ni qazanaraq qələbə qazandı. AKP-nin müttəfiqi MHP isə yalnız 7,45% səs yığaraq yeni yaranmış İYİ Partiyadan da (7,31%) az səs topladı. İYİ Partiyanın müttəfiqi olan aparıcı müxalifət partiyası CHP isə 30,01% səs yığaraq ikinci pillədə qərarlaşıb. Digər diqqətçəkən məqam partiyalardan kürd icmasını təmsil edən HDP 4,24% səs yığması olub.

Göründüyü kimi, səslərin cəmi AKP ilə müttəfiqi MHP-nin üstünlüyünü tamamlasa da, xüsusi önəm kəsb edən iri şəhərlərdə AKP öz yerini CHP-yə verməli olub.

AKP 7 ənənəvi “qala”sını CHP-yə təhvil verdi

İstanbulda AKP-dən olan namizəd Binəli Yıldırımla CHP-nin namizədi Əkrəm İmamoğlu arasında kəskin rəqabət sonda CHP-li namizədin 28 min artıq səslə İstanbul meri seçilməsi ilə nəticələndi. Ölkənin paytaxtı və ikinci ən böyük şəhəri Ankarada isə CHP-li Mənsur Savaş AKP-li rəqibi Məhmət Özhaseki inamlı şəkildə məğlub edərək, mer seçilib.

AKP-nin seçkilərdə itirdiyi qalalardan biri Antalya olub. 2014-cü ildən AKP namizədi Menderes Mehmet Tevfik Türelin rəhbərlik etdiyi şəhər son seçkilərdən sonra 50,63% səs toplayan CHP-li Mühittin Böcekə uduzub. Ölkənin 5 ən böyük şəhəri sırasında olan Adana və İzmirdə CHP namizədləri qələbəni bayram etdiyi halda, Bursada AKP öz üstünlüyünü qoruyub saxlaya bilib.

31 mart seçkiləri bir neçə baxımdan AKP və partiyanın lideri Rəcəb Tayyip Ərdoğan üçün əhəmiyyətli idi. 2018-ci ilin iyununda sonuncu konstitusiya dəyişiklikləri qüvvəyə mindikdən sonra prezidentlik səlahiyyətləri genişlənən, məhkəmə və hökumət üzərində fövqəladə səlahiyyət qazanan siyasətçi ilk seçki sınağına çıxmışdı. Amma cəmiyyətdən alınan mesajlar heç də Ərdoğanın lehinə olmadı.

İqtisadi situasiyanın seçkilərə təsiri

İqtisadi böhran İstanbul, Ankara və s. iri şəhərlərdə hakim partiyanın maraqlarına zidd olan amillərdir. Ölkədə inflyasiya 20%-ə, işsizlik isə 11%-ə çatıb.

Xüsusən gənclər arasında işsizlik, onların hər 5-dən 1-nin işsiz qalması narazılığı körükləyən amillərdən sayılır. Türkiyə Statistika İdarəsi son 1 il ərzində ərzaq məhsullarının 30%-ə qədər bahalaşdığını elan edib. Bu situasiya ölkə başçısını ərzaq inflyasiyasına müharibə elan etməyə və ucuzlaşmaya nail olmaq üçün qeyri-ənənəvi addımlar atmağa məcbur etdi.

Seçiöncəsi türk lirəsinin likvidliyini qorumaq barədə hökumətin banklara verdiyi tapşırıq indekslərin 5%-dən çox ucuzlaşmasına daha bir səbəb olmuşdu.

Görünən odur ki, iqtisadi problemlər, ABŞ-la gərginləşən münasibətlər, lirənin dəyərini itirməsi və işsizlik AKP-nin son seçkilərdə ciddi elektorat itkisi ilə üzləşməsinə səbəb olub. Bu fonda Ərdoğanın vaxtilə mer olduğu İstanbul şəhərində partiyasının məğlubiyyəti xüsusilə simvolik hadisə sayılmalıdır. (modern.az)

Xəbər 1012 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +