“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


30.03.2019  17:05 

Sərxoş sürücülər saxlanıldı - Bakıda reyd





A+  A-

Bakının mərkəzi yerləri ilə yanaşı Sabunçu, Xəzər, Xətai və Pirallahı rayonlarında ictimai təhlükəsizliyin daha da yüksək səviyyədə təmin edilməsi məqsədi profilaktik-maarifləndimə tədbirləri keçirilib.
DİN-in Mətbuat Xidmətindən XəzərNews.az-a daxil olan məlumata görə, tədbirlər zamanı sərnişindaşıma fəaliyyəti ilə məşğul olan ictimai nəqliyyat vasitələrinin sürücüləri, həmçinin avtobus dayanacağına yaxın məsafədə saxlanılan avtomobillərin sahibləri ilə də profilaktik söhbətlər aparılıb.

Onlara dayanacağa yaxın məsafədə digər nəqliyyat vasitələrinin saxlanılmasının qanunla qadağan edildiyi izah edilib.

Polis əməkdaşları tərəfindən Xəzər rayonunda keçirilən analoji tədbir zamanı sərnişin və yükdaşıma qaydalarını kobud şəkildə pozan sürücülər müəyyən edilərək saxlanılıb. Bu sürücülərlə maarifləndirici söhbətlər aparılaraq onlara yol hərəkəti qaydalarının müvafiq bəndləri barədə məlumat verilib.

Həmçinin sərxoş halda avtomobil idarə edən sürücülər də saxlanılıb. Belə sürücülər barəsində də qanunla nəzərdə tutulan qaydada inzibati protokol tərtib edilib avtomobillər isə müvəqqəti mühafizə olanan duracağa yerləşdirilib.

Xəbər 1406 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +