Müharibə veteranları üçün yeni güzəşt müəyyənləşir
Pensiya və müavinətlər artırıla bilər?
Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək


27.03.2019  10:08 

Tanınmış təhsil eksperti Xəzər Universiteti mifini alt-üst etdi - TƏHLİL





A+  A-

Xəzər Universitetinin sahibi Hamlet İsaxanlı həmin Universitetin müəllimi Mail Yaquba 160 manat əməkhaqqı verdiyinə görə adı çəkilən müəllim istefa vermişdir. Onun istefasını İsaxanlı ikrah doğuracaq, rektora xas olmayan formada şərh etmişdir. Özəl ali məktəblər içərisində yüksək təhsil haqqı ilə seçilən “Xəzər” universitetinin Oteli üzə çıxdıqdan sonra isə Hamlet müəllim bəyan etdi ki, Otel onun deyil, universitetindir. Universitetin Otelinin olmasının zəruriliyini vurğulayanlar oldu. Mən də buna etiraz etmirəm. Ancaq bundan əvvəl Universitetin yaxşı laboratoriyaları, auditoriyaları, yüksək səviyyəli professor-müəllim heyəti, kampusu, yataqxanası olmalıdır. “Xəzər” universitetini ölkədə analoqu olmayan Universitet kimi təqdim edirlər, ətrafında mif yaradırlar. Doğurdanmı belədir? Bəs Əlahəzrət fakt nə deyir. “Abituriyent” juranalını 12-ci sayında göstərilir: 2017/18 tədris ilində bu Universitetin magistratura səviyyəsinə 214 plan yerinə cəmi 81 nəfər (37,8%) qəbul olunub. 81 məzunun cəmi 9 nəfəri (11,1 faizi) bu ali məktəbin bakalavr pilləsini bitirənlərdir. Müqayisə: Odlar Yurdu Universitetinin magistratura pilləsinə daxil olan 165 tələbənin 11 nəfəri öz məzunu, Bakı Biznes Universitetinə daxil olan 55 magistrin 18 nəfəri öz məzunudur. “Xəzər” Universiteti Tələbə yataxnasında hər tələbəyə ayda 150 manat pul alır. Əslində bu məbləğ ödənilən təhsil haqqına aid edilməli idi. İkinci soyğunçuluq da budur. Universitetlərin yaranma tarixindən bəllidir ki, Universitet yaradıcıları bu işə qol qoyanda şəxsi qazancı göz önünə gətirmirlər. İsaxanlı nümunəsində Universitet şəxsi qazanc yeridir və sanki bu belə də olmalıdır.
Bu Universitetin Xaricdən müəllim dəvət etmək adı ilə cəlb etdiyi müəllimlərin əsas kontingentini iranlılar təşkil edir. Bunun əks effekti də olur. Məsələn, Hamlet İsaxanlı iranlı Nüsrətullanın biabırçılıqla qovulmasının səbəbini deyə bilərmi? Birmənalı olaraq iranlıları və magistrləri dərs prosesinə ucuz işçi qüvvəsi kimi cəlb edirlər. Başqa sözlə tələbə başı qatırlar! Bu Universtetdə müəllimlərin böyük əksəriyyəti saathesabı çalışırlar. Şəxsi qazanc gözlərini elə tutub ki, ştata müəllim götürməyi ciblərinə ziyan vurmaq kimi başa düşürlər. Universitetlərin Dünya reytinqlərində ştatda olan müəllimlərin sayı göstəricisi də mühüm rol oynayır. Hamlet müəllim deyə bilərmi ki, qazanılan milyonlar hesabına indiyə qədər Təbiət elmləri və mühəndislik fakültəsində neçə müasir laboratoriya qurulub? Bunu biz təhsil ekspertləri və media nümayəndələrinə göstərə bilərmi? Universitetin müəllim heyəti ilə İctimaiyyəti tanış edə bilərmi? Son illərdə Universitetin 7-8 tanınmış müəllimi hansı səbəbdən Universiteti tərk edib? Bunun izahını verə bilərmi? Tanınmış müəllimlərdən biri Yay məzuniyyətinin pulu ödənilmədiyi üçün Universiteti tərk edib, bəs qalanları? Təhlillərimiz göstərir ki, “Xəzər”Universitetin Pedaqoji ixtisaslar üzrə məzunlarının Təhsil nazirliyinin keçirdiyi müəllimlərin işə qəbulu imtahanlarındakı nəticələri də çox aşağı səviyyədədir.

Dövlət Qulluğuna keçirilən İmtahanlarda "Xəzər" Universitetinin 20 məzunundan 6 nəfər (30 faiz) tələb olunan balı toplayıb.
Hamlet müəllim! Sonuncu sualıma necə, cavab verə bilərsinizmi? Həyat yoldaşınızın rəhbərlik etdiyi “Dünya” məktəbinə indiyə qədər 10.000 manatı olmayan neçə istedadlı uşaq qəbul edibsiniz?

Yenə Abituriyent jurnalına müraciət edək: 600-dən yuxarı bal toplayan şagirdlərin sayına görə 81 Orta ümumtəhsil məktəbi və liseylərin içərisndə Xəzər Universitetinin “Dünya” məktəbinin adı yoxdur. Soruşmaq ayıb olmasın, orada nə işlə məşğul olurlar? Yaxud necə istedadlı tələbəyə cüzi də olsa maddi yardım göstərilib?

Bütün bunlar bir yana... Məktəbin reklamında göstərirlər ki, DÜNYA Məktəbi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2012-2013 – cü tədris ilində “İlin ən yaxşı məktəbi” adına layiq görülmüşdür. Prezident İlham Əliyev ayrıca hansısa məkəbə “İlin ən yaxşı məktəbi” adını vermir. Bu müsabiqə əsasında müəyyənləşir və həmin tədris ilində 50 məktəb içərisinə bu məktəbi də daxil ediblər və siyahıda 29-cu yerdədir.

P.S. Universitetdə pul işinə baxan, tələbələrin qənimi, şəhid övladına belə çox cüzi məbləği güzəştə getməyən qardaşınız İsaxan İsaxanlının əməllərindən də xəbərdarsınız?

Etibar Əliyev
Təhsil məsələləri üzrə ekspert


Xəbər 1231 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.03.2024  13:05 

Sabahın hava proqnozu açıqlanıb

29.03.2024  11:23 

Kimlər hakim ola biləcək?

29.03.2024  11:00 

Lavrov Paşinyanı ittiham edib

29.03.2024  10:37 

Ombudsman bəyanat yayıb

29.03.2024  10:28 

Tanınmış jurnalist vəfat edib

28.03.2024  23:50 

Yevlaxda yol qəzası baş verib


BÜTÜN XƏBƏRLƏR +