“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur


27.03.2019  09:26 

Bakı meriyası bəzi məmurları ciddi cəzalandırdı





A+  A-

Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın və rayonların təsərrüfat və digər xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə şəhərin və onun rayonlarının sanitar təmizlik vəziyyətinə həsr olunmuş xüsusi müşavirə keçirilib.
XəzərNews.az-ın məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətinin rəhbəri İsrafil Kərimov bildirib ki, müşavirədə bu günlərdə şəhərin müxtəlif rayon və qəsəbələrinin sanitar təmizlik vəziyyətinin yoxlanılması ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən xüsusi komissiya yaradıldığı qeyd olunub.

Komissiyanın keçirdiyi reydlər nəticəsində ümumi vəziyyətin qənaətbəxş olduğu qeyd olunub, lakin bəzi ərazilərdə, xüsusilə də bir sıra qəsəbələrdə narahatlıq doğuran problemlərin, o cümlədən kortəbii zibilliklərin mövcud olduğu bildirilib. Müşavirə zamanı mövcud nöqsanları əks etdirən foto materiallar nümayiş etdirilib, çatışmazlıqlar müzakirə olunaraq onların aradan qaldırılması üçün əlaqədar təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verilib və məsələ ciddi nəzarətə götürülüb.

Cavabdeh ərazilərin sanitar-təmizliyinin qənaətbəxş olmadığı üçün, Yasamal Rayon MKTB-nın rəisi Rüfət Əhmədova ciddi xəbərdarlıq edilib, Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Zığ qəsəbəsi üzrə nümayəndəsi Səfa İmanova töhmət verilib, onun vəzifədə qalıb-qalmaması məsələsinə baxılması Suraxanı Rayon İcra Hakimiyyətinə tövsiyə olunub. Eyni zamanda Bakı Şəhər və Qaradağ Rayon İcra Hakimiyyətlərinin birgə yoxlamalarının nəticəsi olaraq işdə yol verdiyi nöqsanlara görə Qaradağ MKTB-nin rəisi Rasim Əhmədov tutduğu vəzifədən azad edilib. Müşavirədə bir sıra digər vəzifəli şəxslərə xəbərdarlıq edilərək, nöqsanların tam aradan qaldırılması üçün 1 ay vaxt verilib.

Müşavirədə həmçinin qeyd olunub ki, Şəhər İcra Hakimiyyətinin sifarişinə əsasən Böyük Britaniyanın tanınmış Mott MacDonald şirkəti tərəfindən Bakı şəhərində məişət tullantılarının daşınması və idarə olunması konsepsiyası hazırlanır. Bu sahədə böyük təcrübəsi olan Böyük Britaniya şirkətinin rəhbərliyinin bildirdiyinə görə Bakı mürəkkəb landşafta, küləkli hava şəraitinə və böyük əraziyə malik olmasına baxmayaraq şəhərin sanitar təmizliyi əsasən qənaətbəxş səviyyədədir. Lakin bu vəziyyət Bakı Şəhər İcra Hakimiyyətini tam qane etmədiyindən bu sahəyə diqqət və nəzarətin daha da artırılacağı bildirilib.

Qeyd olunub ki, Bakı şəhərində məişət tullantıları üçün yeni konteynerlərin qoyulması davam edir, paytaxtda tullantıların daşınması və idarə olunması ilə bağlı islahatların həyata keçirilməsinin ilkin mərhələsi avqust-sentyabr aylarında başa çatacaq.

Müşavirədə Bakı şəhərində təmizlik aylığının keçirilməsi elan olunub.

Xəbər 1345 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb

10.04.2024  16:36 

Ehsan fırtınası


BÜTÜN XƏBƏRLƏR +