İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


25.03.2019  23:48 

Mail Yaqub Hamlet İsaxanlının iddialarını darmadağın etdi: “Allahsızsan...“





A+  A-

"Xəzər” Universitetinin tanınmış müəllimi, fəlsəfə doktoru Mail Yaqub müəllimlərə həddən artıq az maaş verildiyini əsas gətirərək istefa verib. Elə bu səbəbdən də tərəflər arasında gərginlik yaranıb. “Xəzər” Universitetinin təsisçisi və Direktorlar Şurasının sədri Hamlet İsaxanlı bildirib ki, "bu adam əxlaqsızlığa görə qovulub. Gərək öz ayıblarının üstünü açmayaydı. Buna dərs vermək istəməyiblər. O özü bizə yalvarıb ki, mənə bir dərs verin. Bir dərsə də nə verilməlidi ki? Onu müəllim kimi saxlamayıblar. “Xəzər” Universiteti yüksək məvacib verir. İndi əməkhaqqı rəsmi verilir, vergilərdə də yoxlatmaq olar. Onu universitetdən qovmaq haqda qərar çıxarıblar. Bütün sənədlər də var, şikayətlər, yazılmış müraciətlər. Nizam- İntizam Komisiyasının da rəyi var. Ləyaqətsiz bir hərəkət edib, ona görə də qovulub. Sadəcə o nəyə görə qovulduğunu gizlədib. Bütün olanlar sənədləşdirilib.”
Mail Yaqubun rektor Hamlet isaxanlıya cavabı çox gecikməyib.

XəzərNews.az xəbər verir ki, gənc alim Facebook sosial şəbəkəsindəki səhifəsində Hamlet İsaxanlının iddialarını darmadağın edib:

Alber Kamunun "Yad" əsərində möhtəşəm bir fraza var. Müstəntiq qatili sorğu-suala çəkir: (Qısa məzmununu yazıram)

- O adamı öldürəndə son dəfə onun gözlərinə baxdınmı?
- Baxdım.
- Ona yazığın gəlmədi?
- Yox.
- Heç yazığın gəlmədi?
- Yox.
- Sən Allaha inanmırsan?
- Yox.
- Sən necə insansan! Mən bu günə qədər sənin kimi mərhəmətsiz cani görməmişdim.

Nihilizm fəlsəfəsini bundan gözəl təsvir etmək olmaz. Böyük Kamu demək istəyir ki, Allahsızın (nihilistin) mərhəməti olmaz. Soruşuram, Allahsız insan vicdan, namus, qeyrət məhfumlarına necə baxır? Qəbul edirmi? Xeyr.
Hamlet İsaxanlı Allahsızdır. O bunu 2011-ci ildə, 4 nəfərlik xüsusi bir məclisdə özü etiraf etmişdi.

Keçək mətləbə.

2008-ci ildə 2 saatlıq gərgin fəlsəfi müsahibədən sonra Xəzər universitetində "Müasir Avropa fəlsəfəsi" fənnini tədris etməyə başladım. 2013-cü ildə Hamlet İsaxanlı ÖZ TƏKLİFİ İLƏ məni "Fəlsəfə və Sosiologiya" kafedrasının müdiri təyin etdi-500 manat maaşla. 2015-ci ilin Noyabr ayında Hamlet İsaxanlı tərəfindən rektor kimi təyin edilən Hasan Niknafs adlı bir iranlı iclasa gecikdiyim üçün bütün həmkarlarımın yanında məni iclasdan məcburi şəkildə çıxartdı. Heç kim etiraz etmədi. Mən də hörmətsizlik etmədən iclasdan çıxıdm və xaricdə səfərdə olan Hamlet İsaxanlını gözlədim. Səfərdən qayıtdıqdan dərhal sonra qəbuluna getdim və təhqir olunduğumu ona dedim. Mənə dedi: Gərək iclasdan çıxmayaydın. Get, Hasan Niknafsa (təyin edilmiş rektor) de ki səndən ÜZR İSTƏSİN. Getdim rektora bu sözü dedim. Durdu üzümə baxdı, və mən otağı tərk edib Xəzərin maliyyə (və bütün digər məsələlər üzrə) məsul şəxsi İsaxan İsaxanlının yanına getdim və kafedra müdirliyindən çıxmaq istədiyimi bildirdim. Dedim ki, mən Hasan Niknafsın sədrliyi ilə təşkil olunan iclaslarda iştirak etmək istəmirəm. O, qalmağıma israr etdi, mən qəbul etmədim və vəzifəmi tərk etdim. Prorektor Məhəmməd Nuriyev məni otağına çağırdı və dedi: Tam ştatdan çıxırsansa heç olmasa yarım ştatda qal. Qəbul etdim və etiraz edim Xəzəri tərk edənə qədər yarım ştatda idim. Yarım ştat olandan sonra hər qrupa mənə 160 manat əmək haqqı ayrıldı. Məndə maksimum 3 qrup olurdu - 470 manat pul yazılırdı. Etiraz etmədən işimə davam edirdim. Niyə etiraz etmirdim?

Birinci, mənə demişdilər ki hələ sənə ən yüksək məbləğ verilir. (Xəzərdə bu gün də 120 manat maaş alan müəllim var. Yəni bir müəllim bir qrupa dərs demək üçün ayda 8 dəfə-həftədə 2 dəfə uzaq məsafə qət edib dərsə gedir və ayın sonunda 120 manat əmək haqqı alır.)

İkinci. Pula görə kəskin etiraz edib rezonans yaratmağı özümə sığışdırmırdım, canım qədər sevdiyim gül tələbələrimdən utanırdm.
Və 2019-cu il gəldi. Fevral ayında tədris ilinin ikinci semestri başladı. Mənə 80 nəfərlik qrup verdilər. Mart ayının 7-sində kartıma oturan pula baxdım-heç nə dəyişməyib-160 manat. Artıq səbr kasam doldu. Özümü təhqir olunmuş hiss etdim. Təsəvvür edin, 80 tələbənin hər biri TƏKCƏ MƏNİM DƏRSİMƏ 400 manat universitetə pul ödəyiblər. Və 32 min manat puldan 4 ay ərzində mənə cəmi 640 manat pul çatacaq. Bu dəfə dözə bilmədim, həftənin 2-ci günü (həmin gün dərsim vardı) yeni rektor İradə Xəlilovanın qəbuluna getdim və yarım ştat üçün 800 manat əmək haqqı tələb etdim. Dedim ki, 2 qrupa dərs deməyə hazıram bu məbləğ qarşılığında. İradə xanım mənə təskinlik verdi və məsələni araşdıracağına söz verdi.

Ertəsi gün mənə zəng etdi:

- Mail müəllim, mən danışdım, dedilər ki biz bundan artıq verə bilmərik.
Siz Azərbaycanın lider universitetinin rəhbərliyinin 11 il müddətində 4 mindən artıq tələbəyə vicdanla-sədaqətlə xidmət edən, ayda ən azı 2 TV verlişində Xəzərin adını yüksək səviyyədə təbliğ edən bir müəlliminə sərgilədiyi münasibətinə baxın. Heç olmasa məni görüşə də dəvət etmədilər və şifahi şəkildə "İstəmirsə gedə bilər" dedilər.

Bu sayqsızlıq məni əməlli-başlı sarsıtdı. Özümü istifadə edilmiş dəyərsiz bir insan kimi hiss etdim. 2 gün sonra, həftənin 5-ci günü fəlsəfə və siyasi elmlər kafedrasının müdiri Elmar müəllim mənə zəng vurdu və 1-ci gün mənimlə görüşmək istədiyini xahiş etdi. 1-ci gün Elmar müəllimin qəbuluna getdim və məsələni izah etdim. Elmar müəllim məni dinlədi və HAQLI OLDUĞUMU dedi. Mənə dedi ki, Hamlet İsaxanlı bu gün xarici səfərdən qayıdıb. Sabah günortaya qədər mütləq mən onunla danışıb səni məlumatlandıracam. SabahI xəbər çıxmadı və mən həmin günün axşamı xəbər tutdum ki artıq mənim yerimə başqa bir müəllim təyin ediblər.

Ertəsi gün 2 cümləlik etiraz statusu yazdım. Yazdım ki, Xəzər universitetində mənə 160 manat məvacib verirlər, bu, müəllimi təhqir etməkdir. Ölkədə geniş islahat getdiyi bir dönəmdə Xəzər özünü sanki uzaq bir ada zənn edir. Həmin satus bir çox saytlar tərəfindən (məndən xəbərsiz) dərc edildi. Jurnalistlərdən biri məndən soruşdu: Sizcə hər il tələbələrdən yığılan milyonlarla pul hara xərclənir? Dedim, bu yaxınlarda Hamlet İsaxanlı böyük bir otelin açılışını etdi.
Vəssəlam.

Ertəsi gün Xəzərdən mənim etirazıma cavab gəlir:
- O adam əxlaqsız idi
- O adam cəhaləti təbliğ edirdi
- O adam ingilis dilində dərs demirdi deyə ona az maaş verirdik.
- O adam özünü yaxşı aparmırdı deyə BİZ ONU KAFEDRA MÜDİRLİYİNDƏN İXRAC ETDİK. Və sair.

Bütün ittihamlara dərhal cavab verdim. Dedim ki, əxlaqsızlığı, cəhaləti təbliğ edəni nə əcəb 11 il orda saxlamışdınız?
Demək, mən etiraz etməsəydim, mənə verilən dilənçi puluna göz yumub ötən illər kimi işimə davam etsəydim yaxşı müəllim olardım, hə?
Məsələ gün kimi aydın idi-şər-böhtan.

Mən məsələyə xitam verdiyim halda bu gün bizimyol.info saytı yenidən məsələni gündəmə gətirib və Hamlet İsaxanlıdan müsahibə alıb. Hamlet İsaxanlı əvvəlki ittihamları yenidən təkrarlayıb və bütün saytların manşetinə "Xəzərin müəllimi əxlaqsızlığa görə qovulub" cümləsi çıxıb. Oxdum və bir o qədər də təəccüblənmədim. Səbəbini yazının lap əvvəlində demişəm.
Mənim Hamlet İsaxanlının olduqca yüngül ittihamlarının qarşılığında indi, burda deyəcəyim bir söz yoxdu. Əslində var, amma demirəm, səviyyəmi endirmək istəmirəm. Mən sözümü məhkəmədə deyəcəm.

Mənə bu günlər ərzində dəstək verən dostlarıma, əzizlərimə, canım qədər sevdiyim tələbələrimə sonsuz minnətdarlığımı bildirirəm, onların böyüklüyünün qarşısında baş əyirəm. Və qəlbində mənimlə bir olan, lakin işini itirəcəyindən qorxan müəllim həmkarlarımdan da incikliyim yoxdu. Mən onların hamısını çox istəyirəm.
Hə, bir söz yadıma düşdü:
Hamlet İsaxanlı, danışanda təkcə özünüzü düşünməyin!. Xəzər təkcə sizin deyil, Xəzər həm də oranın çiçək tələbələrinin, fədakar müəllimlərinindir. Xəzərin müəlliminə şər-böhtan atmaq həm də bu şərəfli universitetdə çalışan və təhsil alan minlərlə insanın heysiyyətinə toxunmaqdır. Allahınız olsun!"

Xəbər 1140 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +