Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


22.03.2019  11:09 

“Boeing” şirkətinə növbəti zərbə - Milyardlıq müqavilə ləğv edildi





A+  A-

Daha bir beynəlxalq hava yolu şirkəti “Boeing”lə bağladığı müqavilədən imtina edib.
XəzərNews.az “Dunyabulteni.net”ə istinadən xəbər verir ki, İndoneziyanın “Garuda İndoneziya” şirkəti “Boeing”ə verdiyi 49 ədəd “737 MAX” təyyarəsinin sifarişini ləğv edib.

“Garuda” rəsmiləri bu barədə “Boeing”ə rəsmi məktub göndərib.

Məlumata görə, müqavilənin dəyəri milyard dollar həcmində olub.

Qeyd edək ki, son 6 ayda “Boeing 737 MAX” modelli təyyarə iki dəfə qəza keçirib. Nəticədə 346 nəfər vəfat edib. 10 martda Efiopiyada 157 nəfərin öldüyü qəzadan sonra bütün dünyada bu təyyarələrin uçuşu ləğv edilib.

Xatırladaq ki, “737 MAX” modeli “Boeing” şirkətinin tarixində ən çox satılan təyyarə idi.

Xəbər 590 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +