Biləcəridəki qəza: Ölənlər var
Əliyevlə şəkil çəkdirmək üçün növbəyə dururlar...
Astarada 15 nəfər zəhərləndi
Kafedə mənşəyi məlum olmayan qida aşkarlanıb
Piyadanı vuran sürücünü döydülər
Azərbaycanın neft zavodu Rusiyaya görə sanksiyaya məruz qaldı
AYNA-nın yığdığı pullar hara gedir, hara xərclənir? - Deputatdan açıqlama
Avtobuslara 15 faiz idxal gömrük rüsumu müəyyənləşib
Prezident bu yolların tikintisi ilə bağlı pul ayırdı
Rusiya Azərbaycanın ŞƏT-ə üzvlüyünü bloklayıb


17.03.2019  11:07 

Çaylarda suyun səviyyəsi dəyişdi





A+  A-

Çaylarda suyun səviyyəsi açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərNews.az-a verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 90-100, Kiçik Qafqazın çaylarında 50-150, Lənkəran-Astara bölgəsi çaylarında isə 20-60 faizini təşkil edib.
Tranzit çaylarda vəziyyətə gəlincə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm artım müşahidə olunub. Məntəqədə su sərfi 188 kub/s olmaqla ongünlük normanın 70 faizini təşkil edib. 2018-ci ildə isə bu rəqəm 290 kub/s olmaqla ongünlük normanın 109 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 1 sm azalma müşahidə olunub. Məntəqədə su sərfi 41 kub/s olmaqla, ongünlük normanın 44 faizini təşkil edib. 2018-ci ildə isə bu göstərici 106 m3/s təşkil edərək ongünlük normanın 113 faizinə bərabər olub.

Kür çayının aşağı axınında vəziyyətə gəlincə, Kür çayının aşağı axınında suyun səviyyəsində mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Şirvan məntəqəsində 8, Salyanda 23 sm artım, Surrada 2, Araz çayının Novruzlu məntəqəsində 5 sm azalma qeydə alınıb, lakin Bankə məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Surra məntəqəsində suyun səviyyəsi 312 sm (2018-ci il martın 15-də 355 sm), Şirvanda 141 sm (2018-ci il martın 15-də 221sm), Salyanda 70 (2018-ci il martın 15-də 167sm), Bankədə 167 sm (2018-ci il martın 15-də 179 sm), Araz çayının Novruzlu məntəqəsində isə 18 sm (2018-ci il martın 15-də 80 sm) təşkil edir.

Xəbər 3241 dəfə oxunub.




05.09.2025  19:02 

Astarada 15 nəfər zəhərləndi

05.09.2025  09:45 

Kamçatkada zəlzələ baş verib

04.09.2025  16:24 

Səfirimiz geri çağrıldı


BÜTÜN XƏBƏRLƏR +