Pensiya və müavinətlər artırıla bilər?
Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?


04.03.2019  11:21 

Rövnəq Abdullayev milli komandanın uğursuzluğundan DANIŞDI





A+  A-

“Azərbaycan Prezidenti İlham Əliyevin Avropa Liqasının finalının keçirilməsi barədə imzaladığı sərəncam oyunun yüksək səviyyədə təşkilinə zəmin yaradır”.
XəzərNews.az Qol.az-a istinadən xəbər verir ki, bu sözləri AFFA-nın prezidenti Rövnəq Abdullayev qurumun bu gün keçirilən Hesabat Konfransında deyib.

O, daha sonra klublarımızın arokuboklardakı çıxışına toxunub, həmçinin, yığma komandamızın Millətlər Liqasında uğursuz nəticə əldə etdiyini də bildirib: "Qarabağ" bu il növbəti dəfə Avropa Liqasının qrup mərhələsində iştirak etdi. Bu, bizim üçün sevindirici məqam oldu. Təəssüf ki, milli komandamız Millətlər Liqasında uğursuz çıxış etdi. Milli komandamızın yeni baş məşqçisi Nikola Yurçeviçə uğurlar arzulayıram".

Toplantıda AFFA-nın baş katibi Elxan Məmmədov da çıxış edib:

"Ötən il Millətlər Liqasında ümidlərimiz çox idi. Bəzi oyunlarda şans, bəzilərində isə əzmkarlıq çatmadı. Nəticədə qrupda ikinci yeri tutduq. Ancaq ruhdan düşmək olmaz. Milli komandamız çalışmalıdı ki, azarkeşləri sevindirsin".

O, uşaq futboluna diqqət artırıldığını və bu sahədə inkişaf getdiyini bildirib: "Rəsmi liqaların, milli komandaların oyunlarının sayı ildən-ilə artır. Futbol ayrı bir dünyadır, 11 nəfərdən ibarət idman növü deyil. Ötən ilin əsas priotitetlərimizdən biri yaratdığımız liqaları sabit səviyyədə saxlamaq idi. Tez-tez deyirdilər ki, Azərbaycanda uşaq futbolu yoxdur. Bunu deyənlər futboldan uzaq insanlardı. Ancaq həftəlik 245 oyun təşkil edilir. Bu liqaları təşkil etməklə sosial məsuliyyət daşıyırıq. Sağlam həyat tərzinin geniş vüsət almasına şərait yaradırıq. Problemlər var və bunu hər dəfə kollektiv şəkildə müzakirə edirik. Bu, böyük futboldur. Bütün problemləri həll etmək nə asandır, nə də mümkün. Aşağı yaş qruplarında ümidverici futbolumuz var. U-17, U-19 yığmalarımız iki ildən bir elit-raunda vəsiqə qazanır. Lakin futbolçu 18 yaşa çatanda peşəkar müqavilə imzalayan kimi, futbola az məsuliyyətlə yanaşırlar. Burda məşqçilərin öhdəsinə böyük iş düşür. Onlar uşağa futbol etikasını, davranışı öyrətməlidir. Buna görə də, son 11 ildə məşqçilər üçün 83 kurs təşkil etmişik. UEFA ilə birlikdə yaratdığımız təhsil proqramı yararlıdır. Məşqçilərimiz dayanmamalı, çalışmalıdılar".

E.Məmmədov Premyer Liqada komanda sayının az olmasına da da toxunub: "Bu məsələ hər dəfə müzakirə olunur. Biz də 10 komandanın olmasını istəyirik. Bu gün 8 komandalı çempionat gedir, autsayder liderdən xal ala bilir. "Qarabağ" hər mövsüm avrokubokların qrup mərhələsində iştirak edir. Biz də istəyirik ki, 10 komanda olsun. Amma güclü, maliyyə mənbəyi yüksək olsun. Klublarımızla sıx əməkdaşlıq edirik və tələb edirik ki, AFFA kimi maliyyə hesabatları şəffaf olsun. Bu gün Premyer Liqada iştirak üçün 2 milyon manat lazımdır. Bunun 25 faizi zəmanət olmalıdır. Bununla Azərbaycan futbolunu sığortalayırıq. Əvvəlki illərdə klublarımızın maliyyə problemi olub. Amma zəmanət məşqçilərin, futbolçuların maaşlarını sığortalayır".

E.Məmmədov Avropa Liqasının Bakıda keçiriləcək finalı barədə də danışıb: "Bütün dövlət orqanları ilə əməkdaşlıq edilir. Böyük oyun olacaq. 3 gündən sonra biletlərin satışı UEFA tərəfindən başlayacaq. Dekabrda UEFA 1500 VİP bilet satışa çıxardı. Onların qiyməti 890 avrodu ki, təxminən 1700 manat edir. Həmin biletlər iki həftə ərzində satıldı. Azərbaycan daxilində cəmi 19 bilet alındı. Gözləntimiz odu ki, 20 min azarkeş xarici ölkələrdən gələcək. Azarkeşlərə demək istəyirəm ki, martın 7-dən biletləri ala bilərlər. Dünən də gözəl futbol şousu təşki olundu və orda ölkə başçısı İlham Əliyevə Avropa Liqasının kuboku təqdim edildi".

Elxan Məmmədovun çıxışından sonra Portuqaliyanın əfsanəvi futbolçusu Deko Avropa Liqasının kubokunu zala gətirib.

Xəbər 982 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.03.2024  11:23 

Kimlər hakim ola biləcək?

29.03.2024  11:00 

Lavrov Paşinyanı ittiham edib

29.03.2024  10:37 

Ombudsman bəyanat yayıb

29.03.2024  10:28 

Tanınmış jurnalist vəfat edib

28.03.2024  23:50 

Yevlaxda yol qəzası baş verib

28.03.2024  19:08 

Bişkekdə güclü fırtına

28.03.2024  18:58 

Sabah bu rayonda qaz olmayacaq

28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +