Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


03.03.2019  18:45 

“LAD“ Futzal Klubu yenidən Dnepr çempionu oldu





A+  A-

Dnepr Azərbaycanlıları Liqasının (Лига Азербайджанцев Днепра - LAD) formasını geyinən Futzal Klubu 7-ci dəfə şəhər çempionu olub.
XəzərNews.az xəbər verir ki, Futzal üzrə Dnepr çempionatı hər birində 8 komanda olan 10 qrupda start götürür. Yarışlar 8 komandadan ibarət super-liqada davam etdirilir.
Komandanın heyətində Dnepr şəhərindən olan tanınmış idmançılar yer alsa da, gənc azərbaycanlılar da mütəmadi olaraq kluba cəlb edilir. Azərbaycanın simvolunu döşündə gəzdirən komandanın Dnepr kimi şanlı futbol ənənələri olan şəhərdəki qələbələri, milli maraqlarımızın təbliğində böyük rol oynayır.
"LAD" klubu yarandığı gündən yüksək liqadakı yerini saxlamaqla yanaşı ardı-arası kəsilməyən qələbələrilə 2008-ci ildən bu günə qədər 7 şəhər, 5 dəfə isə vilayət çempionatının qalibi olub.
Xatırladaq ki, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Denpr təmsilçisi Sərxoş İsmayılov tərəfindən maliyyələşdirilən “LAD” Futzal Klubu 37 müxtəlif turnirin qalibi olub.

Xəbər 2890 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +