“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


28.02.2019  10:38 

Hava limanında “Bakı Taksi Xidməti” fəaliyyətə başladı





A+  A-

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Bakı Taksi Xidməti” MMC Bakı şəhəri və Abşeron yarımadası ilə yanaşı, Heydər Əliyev Beynəlxalq Aeroportundan şəhərin istənilən nöqtəsinə təhlükəsiz, komfortlu və taksometrlə təyin edilən standart qiymətlərlə sərnişin daşıma xidməti təşkil edir.
XəzərNews.az xəbər verir ki, Xidmət keyfiyyətinin yüksəldilməsi və təhlükəsizliyin təmin edilməsi üçün aparılan bir sıra islahatların nəticəsi olaraq Hava Limanı ərazisində yerli sakinlərə və turistlərə yalnız “Bakı Taksi Xidməti” MMC taksi fəaliyyəti göstərəcək.

Müştərilərin sifarişinin rahat qəbul olunması üçün Aeroport daxilində məlumat stendi quraşdırlıb.

Taksilərin fəaliyyətinə nəzarət daha da gücləndirilib. “Taxometer” cihazı vasitəsilə müştəri yalnız qət etdiyi məsafəyə uyğun ödəniş edir. Taksi xidməti sahəsində ilk dəfə olaraq “Bakı Taksi Xidməti” MMC-nin sürücüləri xüsusi uniforma ilə təmin olunub. Eyni zamanda, işə xüsusi təlim keçmiş və əcnəbi qonaqlarla rahat ünsiyyət qurmaq üçün dil bilgisi olan şəxslər qəbul olunur.

Yeni fəaliyyətə başlayan “1848” Çağrı mərkəzi taksi xidmətindən istifadəni daha da rahatlaşacaq.

Xəbər 1528 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +