Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı


26.02.2019  11:19 

“Böyüməyən uşaqlar” tamaşasının ərsəyə gəlməsi çox vacib idi” - Bəstəkar Türkər Qasımzadə





A+  A-

Xəbər verdiyimiz kimi, Ukraynanın paytaxtı Kiyev şəhərində Xocalı soyqırımı hadisələrini bədii üslubda çatdırmaq məqsədilə “Böyüməyən uşaqlar” tamaşası nümayiş olunub.
Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlının “Böyüməyən uşaqlar” kitabının motivləri əsasında səhnələşdirilən tamaşanın bəstəkarı Türkər Qasımzadə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədr müavini Murad Cəfərovun ideyası əsasında reallaşdırlan səhnə əsəri barədə Azadinform-a müsahibə verib:

XəzərNews.az həmin müsahibəni təqdim edir:

- Türkər bəy, Xocalı faciəsinin növbəti ildönümü münasibətilə Ukraynada nümayiş olunan “Böyüməyən uşaqlar” tamaşasının musiqisini siz bəstələmisiniz. Belə bir əsər üçün musiqi bəstələmək elə də asan olmamalıdır?

- İlk növbədə qeyd edim ki, belə bir tamaşanın ərsəyə gəlməsi çox vacib idi. İndi insanlar bu kimi hadisələri məhz belə tamaşaların gücü ilə daha aydın dərk edirlər. Əlbəttə, Xocalı həqiqətlərini dünya ölkələrində yüksək estetik meyarlarla yaymağa çalışmaq milli təəssübkeşlik məsələsidir. Güman edirəm ki, məhz tamaşada bu faciəvi mövzunun bədii həlli zamanı qarşıya qoyulmuş əsas məqsədlərdən biri də o idi ki, tamaşa hər mənada müasir teatr, dramaturgiya və musiqi dilinin qanunauyğunluqları ilə tam mənada uzlaşsın. Bu uzlaşmadan yaranan bədii həllin müasir auditoriyaya təsir qüvvəsi daha çox olur və Xocalı mövzusunun da məhz bu şəkildə təqdimatı tamaşanın uğurlu olmasında əsas həlledici məqamlardandır. Tamaşanın ideya müəllifi Ukraynada Azərbaycanlıları Birləşmiş Diasporunun sədr müavini Murad Cəfərov tamaşa üçün musiqi yazmağı mənə həvalə edəndə çox güman ki, estetik baxımdan mənim də bu müasir uzlaşmanı ərsəyə gətirə biləcək musiqi yazacağıma əmin idi.



- Tamaşanın musiqisinin yazılmasında hansı yaradıcı çətinliklə üzləşdiniz? Mümkünsə proses haqqında danışardınız?

- Musiqi yazmaq fitrətən çətindir, o ki qaldı tamaşa musiqisi ola. Burada mümkün qədər çalışmalısan ki, musiqi tamaşa mətni, onun ruhu və obrazlarla uyğun gəlsin, tamaşa ilə musiqi arasında dissonans yaranmasın. Bu tamaşanın musiqisini yazanda əsas çətinliklərdən biri məkan məsələsi idi. İş belə alınmışdı ki, mən musiqini Küveytdə yazırdım, tamaşanın məşqləri isə Kiyevdə gedirdi. Məşqlərdə özüm iştirak edə bilmədiyim üçün baş verənlər haqqında tamaşanın rejissoru Yuriy Klyatskin və ideya müəllifi Murad Cəfərovla müzakirə edir, musiqisini yazırdım. Məhz bu yaradıcı söhbətlərin və mənəvi dəstək nəticəsində aradakı məsafəni dəf edərək tamaşaya uyğun musiqi yazmağa nail oldum. Bilirsiniz, istənilən tamaşaya musiqi yazılanda rejissorun bəstəkardan dəqiq hansı formada, əhvalda musiqi istəməyini ifadə etmək qabiliyyəti çox vacib amildir. Yuriy Klyatskinin bu barədə çox dəqiq göstərişləri mənim işimi asanlaşdırdı və tamaşaya uyğun musiqi yazmağıma yol xəritəsi kimi kömək oldu. Rejissorla söhbətlərimizin birindən sizin üçün də maraqlı ola biləcək kiçik bir epizodu bölüşmək istərdim. Final səhnələr üçün musiqi yazılanda rejissor mənə rusca “Sevin və sizdə hər şey alınacaq” kimi bir açar ifadə verdi. Ümid edirəm ki, yazdığım musiqi ilə rejissorun bu sözlərinə cavab verə bildim.

- Türkər bəy, bilirsiniz ki, “Xocalıya Ədalət” kampaniyası çərçivəsində hər il fərqli layihələr ortaya qoyulur. Azərbaycandan kənarda çalışan musiqiçi kimi bundan sonrakı fəaliyyətinizdə bu mövzu nə qədər aktual olacaq?



- Xocalı soyqırımı bizim milli faciəmizdən başqa həm də böyük mənada bir insanlıq faciəsidir. Mən bir musiqiçi və vətəndaş olaraq, bütün varlığımla bu haqsızlığın yerdə qalmaması üçün milli mübarizəmizi dayanmadan gücləndirməyə çalışacağam. Əlbəttə ki, ölkədən kənarda yaşayan hər bir azərbaycanlı kimi mən də bu istiqamətdə əlimdən gələni etməyə çalışacağam.

- İstərdik ki, Azərbaycan oxucusu sizin kimi gəncləri daha yaxından tanısın. Özünüzü necə təqdim edərdiniz?

- Bəstəkarlıq üzrə bakalavr dərəcəsinə Bakı Musiqi Akademiyasında yiyələnmişəm. Professor Xəyyam Mirzəzadə, İsmayıl Hacıbəyov və Aydın Əzimovun sinfində təhsil almışam. Bundan başqa Beat Furrer, Mark Andre, Stevan Tickmayer, Gabriela Lena Frank kimi dünya şöhrətli bəstəkarlardan ustad dərsləri almışam. 2009-cu ildə Nyu Yorkda keçirilən “Jordan Berk Memorial Prize”ın, 2010-cu ildə Avstraliyanın Melburn şəhərində keçirilən “Fəzada Davamlılığın Nadir Formaları” beynəlxalq müsabiqəsinin qalibi, 2012-ci ildə ABŞ-ın Boston şəhərində keçirilən ALEAİİİ beynəlxalq bəstəkarlıq müsabiqəsinin finalisti olmuşam. 2014-cü ildə ABŞ-ın Sinsinnəti Universitetinin bəstəkarlıq üzrə doktorluq dərəcəsinə yiyələnmişəm. Bu universitetdə bəstəkarlar professor Mara Helmuth və Michael Fidayin sinfində təhsil almışam. Bəstəkarlıq üzrə magistr dərəcəsinə Nyu Yorkun Manhetten Konservatoriyasında yiyələnmişəm. Həmin ali təhsil ocağında bəstəkarlar Reiko Fueting və Nils Vigelanddan dərslər almışam. ABŞ-dakı təhsilimə Heydər Əliyev Fondu dəstək verib. Əsərlərim Fransa, İtaliya, Almaniya, İrlandiya, Bolqarıstan, Azərbaycan, Litva və İsveçrədə keçirilən bir çox beynəlxalq festivallarda ifa olunub. ABŞ-ın Sinsinnati Universiteti, ADA Universiteti, Azərbaycan Milli Konservatoriyasında dərs demişəm. Hazırda Küveytdə yerləşən Orta Şərq Amerikan Universitetində musiqi professoru vəzifəsində müəllimlik fəaliyyətimi davam etdirməkdəyəm.

Xəbər 3695 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +