Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
İlham Əliyev Banqladeşin Müstəqillik Günü ilə bağlı təbrik məktubu ünvanlayıb
“Çin Azərbaycanın mühüm ticarət tərəfdaşıdır“


25.02.2019  17:24 

Qüdrət Həsənquliyev “blokada“ya alınır?





A+  A-

BAXCP sədri Qüdrət Həsənquliyevin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov haqda səsləndirdiyi ittihamlara qarşı tərəfin cavabları gəlməkdə davam edir.
XəzərNews.az “Yeni Sabah”a istinadən xəbər verir ki, son 24 saat müddətində MR-nın informasiya agentliyi olan “Nuhçıxan” bu mövzuda 3 cavab yazısı yayımlayıb.

Sara Əzimovanın müəllifi olduğu yazı “Naxçıvandakı inkişafı görməmək nankorluq və mənəvi korluqdur” başlığı ilə dərc olunub. Müəllif “Naxçıvanla bağlı qərəzli şəkildə dərc olunan müsahibələri oxuyanda insanın inanmağı gəlmir ki, belə sərsəmləməni ağlı başında olan bir “siyasətçi” yaza bilər” deyə qeyd edir. “Axı bu qədər nadanlıq olmaz! Hələ bu azmış kimi yazılar utanmazcasına sosial şəbəkələrdə də paylaşılır. Və ömründə Naxçıvana ayaq basmayan və şərşamata yaxmağa meylli olan bəzi kəslər də belə yazılara dəstək verir, guya “müsahibə verən” şəxsin haqlı olduğunu bildirirək alqışlayırlar. Bütün bunlar bu gün sosial şəbəkələrdə söz savaşında, mübarizəsində həssas və diqqətcil oxucuya hörmətsizlikdir”.

Müəllif daha sonra qeyd edir: “Görən bu insan öz kəndində hansı bir yaralı barmağa bir dərman sürtüb? Naxçıvanın soyuğundan, istisindən uzaqda oturub Naxçıvan haqqında belə bir müsahibə verəndə vicdanınız sızladımı? Təkrar xatırlatmaq istəyirəm: biz blokada şəraitində yaşayırıq, düşmənlə sərhəddəyik. Siz isə düşmənlərə yem verirsiniz, onların dəyirmanına su tökürsünüz. Bunu adı isə XƏYANƏTdir”.

***

“Yaxşıya yaman demək…” başlıqlı yazının müəllifi isə Ülvi Hüseynlidir. O, yazır ki, çoxdanışan, lağlağı, boşboğaz, yanşaq, naqqal adamlara el arasında gəvəzə deyirlər: “Onların işi-gücü özünü göstərmək, yaxşıya yaman demək, fürsət güdüb öz aləmlərində aranı qızışdırmaqdır. İş görmək, hünər, cəsarət göstərmək vaxtı gələndə isə başlayırlar kölgə axtarmağa. Ətəkdən tutub körpü keçirlər. Səs-səmirləri kəsilir. Çəkilirlər qınlarına”.

Müəllif qeyd edir ki, belə adamların ən əsas “xüsusiyyətləri”ndən biri də başlarından yekə işlərə qol qoymaqlarıdır. Əməlləri dilçəklərinə uyğun gəldi-gəlmədi hər zaddan nəsə danışmaq, fikir yürütmək istəyirlər. Məqsədləri də özlərini, ya “gözə soxmaqdır”, ya da “mən də varam” deməkdir. Böyük ədib Cəlil Məmmədquluzadə hələ ötən əsrin əvvələrində bu tip adamlara gözəl ad qoymuşdu – ZIRRAMA”.

Yazının müəllifi qeyd edir ki, xalqın gözü ən ədalətli tərəzidir və onun mizanı hər kəsi öz ağırlığı qədər çəkir.

***

Sonuncu məqalənin müəllifi isə tarix üzrə fəlsəfə doktoru, dosent Elman Cəfərlidir. “Naxçıvanın muxtariyyət statusu Azərbaycan Respublikasının unitar dövlətçilik prinsipi ilə ziddiyyət təşkil edirmi?” başlıqlı yazıda Naxçıvan MR-nın haqda tarixi haqda yazıb.

“Dəfələrlə mənfur düşmənlərimiz və müəyyən antiazərbaycan dairələr həmin müqavilələrin ləğvi ilə bağlı iddialar səsləndirmişlər və bu iddiaların reallaşması həmin qüvvələr üçün bu gün də aktualdır. Ən son 2016-cı ilin aprel döyüşlərindən sonra Rusiyada bəzi ermənipərəst və bu ölkənin ictimai-siyasi elitasında kifayət qədər mövqeyi olan dairələrin cidd-cəhdlə Moskva və Qars müqavilələrin ləğvi ilə bağlı apardığı geniş kampaniya nə tez unuduldu bəs?!

İddia olunur ki, guya Rusiyadakı “milli muxtar respublikaların” əvvəllər “prezident” adlanan başçıları indi “qubernator” adlandırılır və niyəsə Naxçıvan Muxtar Respublikasında “Ali vəzifəli şəxs” institutunun olması şübhəli narahatlıq doğurur. Beləliklə, daha bir savadsızlıq nümunəsi ilə oxucu auditoriyasına yanlış təsir göstərilmə cəhdi edilir.

Əvvəla, RF Konstitusiyasına (maddə 65) görə, bu ölkənin tərkibindəki milli qurumlar rəsmi olaraq “Respublika” adlandırılır və “muxtar” sözü işlədilmir. İkincisi, ölkə Konstitusiyasında həmin respublikaların başçılarının necə adlandırılmasına dair müddəa yoxdur və bu, müvafiq respublikanın öz konstitusiyası ilə müəyyənləşdirilir”.

Yazıda çoxsaylı nümunələr təqdim edən E. Cəfərli yazır: “Bu qədər nümunə kifayət edir ki, Naxçıvan Muxtar Respublikasında Konstitusiya səviyyəsində Ali vəzifəli şəxsin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olmasından duyulan qəribə “narahatlığın” fərdi təfəkkürün məhsulu olduğu aydın olsun.

Daha bir sərsəm iddiaya görə, muxtar respublikada effektiv idarəçiliyi həyata keçirmək üçün yaradılmış hansısa mərkəzi icra hakimiyyəti orqanlarının mövcudluğu guya Azərbaycanda dövlət unitarizmini pozur. Bu, ölkə parlamentində təsdqilənmiş muxtariyyətin Konstitusiyası (5-ci maddənin 2-ci və 6-cı bəndləri) ilə Naxçıvan Muxtar Respublikasına tanınmış hüquqdur. Cəmi 50 maddəlik həmin Konstitusiya isə başdan-ayağa Azərbaycanın ərazi bütövlüyünü və vahid dövlətçiliyini möhkəmləndirən müddəalarla zəngindir. Naxçıvanın ayrıca ordusu yoxdur, Azərbaycan Respublikası Silahlı Qüvvvələrinin tərkib hissəsi olan Əlahiddə Ümumqoşun Ordusu vardır. İrad tutulan digər strukturlar isə coğrafi baxımdan ölkəmizin əsas hissəsindən ayrı düşmüş, 3 xarici dövlətin əhatəsində olan Naxçıvanda icra hakimiyyətinin daha effektiv, daha səmərəli və optimal təşkilini təmin edir və qanunvericiliyə tamamilə əməl edilməklə yaradılmışdır. Guya iddia etmək ki, müəyyən “qurumlar sabah yenidən Azərbaycanın tərkibinə qayıdacağı təqdirdə Dağlıq Qarabağ ermənilərini də eyni səlahiyyətləri tələb etməyə şirnikləşdirə bilər”, o zaman Naxçıvanın coğrafi mövqeyini bir daha xatırladıram – Naxçıvan unikal eksklav muxtariyyətdir, Dağlıq Qarabağ isə gələcəkdə yalnız anklav muxtariyyət ola bilər ki, bu da bugünkü demoqogiyanın əsas məqsədinin heç də ümummilli məsələ zəminində “narahatlıqdan” deyil, hansısa dar mənafedən doğduğuna şübhə yeri qoymur.

İndi buyurun, Naxçıvanda separatizm meyili ilə bağlı tək bir fakt ortaya qoyun. Siyasi demoqogiya və məhdud dünyagörüşdən doğan əsassız iddialarla geniş xalq kütlələrində yanlış təsəvvürlər formalaşdırmağa çalışmayın. Çünki hər kəs düşündüyünüz və arzuladığınız qədər savadsız və korafəhm deyil”.

Xəbər 1150 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.03.2024  12:19 

Sabahın havası açıqlanıb

28.03.2024  11:19 

Direktor işdən çıxarıldı

28.03.2024  10:53 

Eldar Əfəndiyev vəfat edib

28.03.2024  09:44 

Bu rayonlarda qaz olmayacaq

28.03.2024  09:03 

Peruda zəlzələ olub

28.03.2024  01:25 

Oleq Babuyev vəfat edib

28.03.2024  00:05 

Namiq Abbasov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +