İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR


11.02.2019  17:01 

Fransa və Avstraliya arasında 50 milyardlıq saziş imzalandı





A+  A-

Avstraliyanın kral donanmasına 12 ədəd sualtı gəmi hazırlanması üçün Fransanın Naval Qrup şirkəti ilə 50 milyard dollarlıq saziş imzalanıb.
XəzərNews.az xarici KİV-ə istinadən xəbər verir ki, iki ölkə arasındakı strateji əməkdaşlıq barədə açıqlama Avstraliya baş nazirliyinin rəsmi səhifəsində verilib.

Sazişə Avstraliyanın müdafiə naziri Kristofer Payn və Fransanın silahlı qüvvələr naziri Florens Perli qol çəkib. Avstraliyanın baş naziri Skot Morrison strateji müqaviləni çox cürətkar hesab etdiyini deyib.

O, bildirib ki, bu sualtı gəmilər ölkənin uzun müddət təhlükəsizlik və rifahının qorunmasına kömək edəcək, həmçinin Avstraliya ilə Fransa arasındakı əlaqələri möhkəmləndirəcək.

Məlumatda qeyd olunub ki, hazırlanan ilk sualtı gəmi 2030-cu ildə Avstraliyaya veriləcək.


Xəbər 1052 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +