Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı


01.02.2019  15:56 

Xəzər dənizi daha çox tullantı suları ilə çirklənir





A+  A-

"Xəzər dənizi daha çox tullantı suları ilə çirklənməyə məruz qalır".
XəzərNews.az xəbər verirr ki, bu barədə bu gün keçirilən mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Mirsalam Qənbərov deyib.

O qeyd edib ki, bəzi müəssisələr tullantı sularını təmizləmədən birbaşa Xəzər dənizinə atmaqda davam edirlər:

"Əslində tullantı suları təmizləyici qurğulara yönəldilməli və təmizləndikdən, zərərsizləşdirildikdən sonra dənizə axıdılmalıdır. Lakin bəzi müəssisələrdə müvafiq standartlara cavab verməyən, primitiv üsulla düzəldilmiş sistemlərdən istifadə edirlər və bunu təmizləyici qurğu adlandırırlar. Hazırda tullantı sularının təmizlənməsi üçün çox sadə və asan idarə olunan texnologiyalar, təmizləyici qurğular mövcuddur. Ölkəmizdə də bəzi müəssisələrdə bu texnologiyalardan istifadə olunur".

Şöbə müdiri deyib ki, Xəzər dənizinin çirklənməsinin qarşısını almaq üçün müəssisələri tez bir zamanda tullantı sularının təmizlənməsi üçün çox sadə, müasir standartlara cavab verən, quraşdırılması və idarə olunması asan olan, eyni zamanda maliyyə cəhətdən sərfəli modul və stasionar qurğular quraşdırmağa çağırırıq:

"Mütəxəssislərimiz tərəfindən tullantı sularının idarə olunmasının icra prosesinə nəzarət ediləcək. Bu gün KİV vasitəsilə çirkləndiricilərə bir daha çağırış və tövsiyə edirik ki, tezliklə bu qurğulardan quraşdırsınlar. Sonra deməsinlər ki, eşitmədik, bilmədik. Hər bir fiziki və hüquqi şəxs problemin vacibliyini və aktuallığını başa düşməli, Nazirlik tərəfindən verilən xəbərdarlığın müddəti başa çatanadək tədbir görməlidir".

"Xəzərə atılan tullantılar ona özünü bərpa etməyə imkan vermir".

Bunu isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.

O qeyd edib ki, Xəzər dənizini çirklənmədən qorumaq üçün hər bir vətəndaş səy göstərməlidir:

"Xəzər hamımızındır. Hər birimiz onun təmiz olması üçün məsuliyyət daşıyırıq və onu çirklənmədən birgə qorumalıyıq. Bunun üçün hər kəs özündən başlamalıdır.

Xəzər müəyyən qədər özünü bərpa etmək gücünə malik olsa da, bizim ona vurduğumuz zərər, atdığımız tullantılar buna imkan vermir.

Bu da dənizin ekosisteminin tədricən məhvinə səbəb olur. Məqsədimiz Xəzər dənizini çirklənmədən qorumaq və ekoloji durumunu sağlamlaşdırmaqdır. Bu məqsədlə də təbliğat və maarifləndirməyə üstünlük veririk. Ümid edirik ki, hər bir fiziki və hüquqi şəxs bizim çağırışımıza cavab olaraq öz üzərinə düşən vəzifəni yerinə yetirəcək, sahibkarlar müasir texnologiyalara üstünlük verərək standartlara cavab verən təmizləyici qurğular quraşdıracaq”.

Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Ərəstun Həsənov da bildirib ki, bu gün Xəzər dənizinin ekosisteminə mənfi təsir aradan qaldırılmasa, gələcəkdə ağır nəticələrə gətirib çıxara bilər:

"Bu səbəbdən Ekologiya və Təbii Sərvətlər Nazirliyi dənizin ətraf mühit və təbii ehtiyatlarının mühafizəsini daim diqqət mərkəzində saxlayır və mütəmadi dənizdə, onun sahil zolağında monitorinqlər keçirir.

Ötən ilin yay mövsümündən başladığımız monitorinqlər zamanı dənizin sahil zolağında fəaliyyət göstərən istirahət mərkəzlərində, müəssisə və təşkilatlarda məişət və tullantı sularının düzgün idarə olunmadığı aşkar olunub. Monitorinqlərin nəticəsi olaraq müəssisə və təşkilatların rəhbərlərinə istehsalat sahəsinə uyğun təmizləyici qurğuların quraşdırılması istiqamətində çağırışlar edilib və müvafiq tövsiyələr verilib, müvafiq məktublar göndərilib. Təəssüflər olsun ki, bu günə kimi çox az sayda müəssisə və təşkilat bizim bu çağırış və tövsiyələrimizə reaksiya verib. Lakin, onu da qeyd edək ki, bir sıra sahibkar tərəfindən müasir təmizləyici qurğuların quraşdırılması və formalaşan tullantı sularının idarə olunması istiqamətində işlər görülüb".

İdarə rəisi deyib ki, nazirlik hüquqi və fiziki şəxslərə bir daha çağırış edir ki, qısa müddət ərzində müasir təmizləyici qurğular quraşdırsınlar:

"Qarşıdan yaz-yay istirahət mövsümünün gəldiyini nəzərə alaraq, ötən illərdə olduğu kimi, bu il də ekoloji gərgin vəziyyət yaranmasın. Məqsədimiz Xəzər dənizinin ekoloji mühitinin mühafizəsinə nail olmaqdır.
Xəzər dənizinin qorunması ilə bağlı regional və beynəlxalq səviyyədə üzərimizə götürdüyümüz öhdəliklər, tərəfdaş olduğumuz konvensiyaların müddəaları da bu sahəni daim diqqət mərkəzində saxlamağı bizdən tələb edir. Bu sahədə mütəxəssislərimiz tərəfindən monitorinqlər davam etdirilir".

Xəbər 1041 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +