İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


21.01.2019  15:06 

101 dövlət əmlakı özəlləşdirilir





A+  A-

Budəfəki özəlləşdirmə hərracında iştirak etmək istəyənlərin ümumilikdə 101 dövlət əmlakı üzrə seçim etmək imkanı var.
Əmlak Məsələləri Dövlət Komitəsindən (ƏMDK) XəzərNews.az-a bildirilib ki, dövlət əmlaklarının özəlləşdirilməsi üzrə keçirilən hərraclarda sadə iştirak imkanları ilə hər kəsin vaxt itirmədən prosesə qoşulması təmin edilir. Açıq və şəffaf hərraclarda tətbiq olunan elektronlaşdırma vətəndaşların özəlləşdirmədə iştirak dinamikliyini artırır, dövlət əmlaklarının sahibkarlıq obyektlərinə çevrilməsini genişləndirir. Yaradılan imkanlar vətəndaşların seçim, sifariş və iştirak prosedurlarını olduğu yeri tərk etmədən onlayn formada həyata keçirməsinə şərait yaradır.

Komitə tərəfindən investorlar və vətəndaşlar üçün yaradılan rahat iştirak mühitində növbəti hərraclardan biri fevralın 19-da keçiriləcək. Budəfəki özəlləşdirmə hərracında iştirak etmək istəyənlərin ümumilikdə 101 dövlət əmlakı üzrə seçim etmək imkanı var.

Özəlləşdirməyə çıxarılan əmlaklar kateqoriyasına, sahəsinə, ilkin hərrac qiymətinə və aid olduğu iqtisadi sahələrə görə müxtəlifdir. Belə ki, dövlət əmlaklarından 64-ü kiçik dövlət müəssisə və obyekti, 17-si qeyri-yaşayış sahəsi, 20-si isə səhmdar cəmiyyətidir.

Hərraca çıxarılan kiçik dövlət müəssisələrinə mağazalar, restoranlar, yardımçı təsərrüfatlar, əmlak kompleksləri və digər obyektlər aiddir. Bu kateqoriyadan olan dövlət əmlaklarının ümumi faydalı sahəsi 20 kvadratmetr ilə 3813 kvadratmetr arasındadır. Fəaliyyətinin bərpası və ya başqa iqtisadi sahə üzrə yenidən qurulması ilə investora yüksək gəlir qazandıra biləcək əmlaklardan biri paytaxtın Mərdəkan qəsəbəsindəki restorandır. Adıçəkilən obyektin ümumi faydalı sahəsi 1743,9 kvadratmetrdir. Şəmkirdə yerləşən yun tədarükü məntəqəsinin ümumi faydalı sahəsi 3312 kvadratmetr, torpaq sahəsi isə 63 min kvadratmetrə yaxındır. Geniş torpaq sahəsi ilə birgə özəlləşdirməyə çıxarılması dövlət əmlakının iqtisadi potensialını artıran göstəricilərdən biridir.

Fərqli xidmət sahələri üzrə sahibkarlıq fəaliyyətinə başlamaq istəyənlər üçün uyğun imkanlar yaradan qeyri-yaşayış sahələrindən 5-i Sumqayıtda digərləri isə paytaxt rayonlarında yerləşir. Bu növ dövlət əmlaklarının ümumi faydalı sahəsi 14 kvadratmetr və 1612 kvadratmetr arasındadır. Ən yüksək ümumi faydalı sahəsi olan qeyri-yaşayış obyekti Yasamal rayonu, 613-cü məhəllə, M.Muxtarov küçəsindədir.

Dövlətə məxsus səhm paketlərinin hərraca çıxarıldığı səhmdar cəmiyyətləri quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir və digər sahələrə aiddir. Belə əmlaklar sırasında “Azinterservis”, “Sabirabad İnşaat Sənaye”, “Kürdəmir Quşçuluq” kimi səhmdar cəmiyyətləri var.

Budəfəki hərracda investorlar paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşən səhmdar cəmiyyətlərinin 30-45 faizlik səhm paketlərini özəlləşdirə bilər. Dövlət əmlakları haqqında ətraflı məlumat əldə etmək və özəlləşdirilmə hərraclarına qoşulmaq istəyən şəxslər komitənin rəsmi saytına (emdk.gov.az) və Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər.

Xəbər 930 dəfə oxunub.




24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +