“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur


15.01.2019  09:27 

Ləğv edilən qurumlar haqqında - DOSYE





A+  A-

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev 14 yanvar tarixində bir neçə qurumun ləğvi yeni ictimai əsaslarla yenidən təşkili barəsində fərman imzalayıb.
XəzərNews.az xəbər verir ki, fərmana əsasən Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Prezident yanında Bilik Fondu və Prezident yanında Strateji Araşdırmalar Mərkəzi ləğv edilib.

Həmin qurumların yaranma tarixi və fəaliyyəti barədə qısa məlumatları təqdim edirik:

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi

Bu qurum ölkədə alternativ və bərpa olunan enerji sahəsində idarəetmə sisteminin təkmilləşdirilməsi məqsədi ilə 1 fevral 2013-cü ildə yaradılıb.

Agentliyin əsasnaməsinə görə Agentlik - Azərbaycanda alternativ və bərpa olunan enerji və ondan səmərəli istifadə olunması sahəsində dövlət siyasətini və tənzimlənməsini, alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətin səmərəli təşkilini, bu sahədə fəaliyyətin əlaqələndirilməsini və dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi təsis edilib.

Həmçinin enerji istehsalı, enerji istehlakı və enerji effektivliyi ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin edir, sahə üzrə dövlət uçotunu və dövlət kadastrını aparıb.

Quruma yarandığı gündən etibarən Akim Bədəlov sədrlik edib.

Prezident yanında Bilik Fondu

Fond elmi-texniki, sosial-iqtisadi, humanitar biliklərin artırılması, ekoloji təfəkkürün formalaşdırılması, ölkədə aparılan sosial-iqtisadi, mədəni quruculuq proseslərinin mahiyyətinin ictimaiyyətə çatdırılması məqsədi ilə 7 may 2014-cü ildə yaradılıb.

Fondun əsas məqsədi ölkə əhalisini maarifləndirmək olub.

Əsas vəzifələr sırasında isə əhalinin elmi-texniki, siyasi-ictimai, sosial-iqtisadi, ekoloji və humanitar biliklərini artırmaq, təbliğat xarakterli tədbirlər həyata keçirmək yer alıb.

Bundan başqa, gənclərin biliklərinin, bacarıqlarının, peşəkarlıq səviyyələrinin və dünyagörüşlərinin inkişafına dəstək göstərilməsi də öhdəliklər arasında olub.

İcraçı direktoru fəlsəfə doktoru Oqtay Səmədov idi.

Prezident yanında Strateji Araşdırmalar Mərkəzi (SAM)

Bu qurum isə 12 noyabr 2007-ci ildə yaradılıb. SAM Azərbaycanda aparılan strateji araşdırmaların koordinasiyasını və ali dövlət hakimiyyəti orqanlarının fəaliyyətinin elmi-analitik informasiya təminatını həyata keçirən dövlət qurum olub. Dövlət elmi-tədqiqat təşkilatıdır.

Əsas missiyası Azərbaycanda və yerləşdiyimiz regionda baş verən hadisələri izləmək, analiz etmək, habelə aparılmış araşdırmalar və ya verilmiş sifarişlər əsasında dövlət orqanlarına və ölkə rəhbərliyinə məsləhətlər və tövsiyələr təqdim etmək idi.

Mərkəzin direktoru fəlsəfə üzrə fəlsəfə doktoru Fərhad Məmmədov, direktor müavini isə filologiya üzrə fəlsəfə doktoru Gülşən Paşayeva idi.

Xəbər 933 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb

10.04.2024  16:36 

Ehsan fırtınası


BÜTÜN XƏBƏRLƏR +