Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
İlham Əliyev Banqladeşin Müstəqillik Günü ilə bağlı təbrik məktubu ünvanlayıb


11.01.2019  15:31 

Şennakın üzünə açılan qapı: AŞ PA niyə şantaj maşınına çevrildi?





A+  A-

Adı bir qədər böyük səslənir – Avropa Şurası. Hə, illər öncə bu “böyüklüyü” şərtləndirən nələrsə gözə dəyə bilərdi. Hətta ola bilər ki, həmin o nələrsə arabir göz qamaşdırıcı səviyyəyə də yüksəlib. Amma indi o böyüklükdə qurumun qərb dünyasının əlində “göz çıxarmaq” üçün istifadə olunan şantaj maşınına çevrildiyini dərin bir təəssüf hissi ilə müşahidə etməkdəyik.
Əvvəlcə zaftasını əlindən aldılar. Sonra tədricən urvatsız hala gətirib “Xoxan” cildinə saldılar. Düşdüyü vəziyyət üzücüdür: Avropa Şurası dünyanın altından girib üstündən çıxan, manyakal iştahla qanı su yerinə başına çəkib, “demokratiya bombaları” ilə şəhərləri, kəndləri xəritədən silən həşəmətli ölkələrin, “sözə baxmayan”, “maraqları təmin etməyən”, “tabe olmayan”ları yola gətirmək üçün istifadə etdiyi “сəza aparatı” mahiyyətinə qədər aşağılanıb…

Niyə Avropa Şurasından söz açdım? Səbirli olun, təsadüfi deyil.

Ağlı başında olan adamlar yaxşı bilirlər ki, bu gün dünyanın maraq dairəsi tamam alayı nəsnələri əhatə edir. Dünya indi maraqların bəzən rəqs etdiyi, bəzən də toqquşduğu meydana çevrilib. “Demokratiya”, “Söz azadlığı” kimi gəlişigözəl kəlmələr indi ancaq orta statistik düşüncəni uyuşdurmaq məqsədi ilə istifadə olunur. Hə, bu da ondandır – “Опиум для народ(ов)а». Camal Qaşıqçı kimi jurnalistin tikə-tikə doğranmasına “üzüntünün” növbətçi bəyanatlarla ifadə olunduğu bir dövrdə, hansı demokratiyadan, hansı ədalətdən danışaq? Ortada Səudiyyə Ərəbistanı ilə ilişgilər, silah-sursat alveri, neftin qiyməti ətrafında qurulan ortaq oyunlar varkən, jurnalistin parça-parça doğranması, kimi yandıra, kimi təsirləndirə bilər ki?.. Yox, gedişat tərsinə olsaydı, onda Camal Qaşıqçını “Vaşinqton Post”un manşetindən düşürməyəcək, bədəninin hər bir hissəsinin hesabını ayrı-ayrılıqda soracaqdılar. Dünyanın gerçəkliyi budur. Baş vermiş hadisə əsas deyil, əsas olan hadisənin baş verdiyi ölkəyə dünyanın başına ağa kəsilənlərin münasibətidir. Əgər tabe olmaq, maraqları təmin etmək, “Fatı qalx, Fatı otur” vəziyyətinə düşmək kimi aqibəti özünə rəva biləcəksənsə, bu halda, məsələn, Mehman Hüseynovun qanını da sənə halal edəcəklər. Əks halda, yəni əgər qamətini əyilməz saxlamaq, müstəqil ölkə kimi öz hədəflərinə doğru addımlamaq istəyəcəksənsə, bax, onda diplomatiyanın şivən janrı ilə qarşılaşacaqsan. Hazırda məhz bu prosesi yaşayırıq. Buna misal kimi AŞ PA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennakın dediklərini göstərmək olar. Bu adam “Azadlıq Radiosu”na verdiyi müsahibədə mandatını ayağının altına alaraq, siyasi leksikondan uzaq ifadələr işlədib, qeyri-etik tərz nümayiş etdirib. Mövzi yəqin ki, aydındır – Mehman. Stefan Şennak deyib ki, Mehmana işgəncə verilib və bu, 70-80-ci illərdə Cənubi Amerikada hərbi rejimlərdəki işgəncələrə bənzəyən formada olub. Həmməruzəçinin dedikləri qərəzli münasibətə açıq işarədir, başqa bir şey deyil. Argentinalı general Хоrхе Videla sağ olsaydı Stefan Şennaka deyərdi ki, adamın Allahı olar, mən məhbusların ayağını kəsdirib qol yerinə, qolunu kəsdirib ayaq yerinə tikdirirdim. Sonra onları vertolyota qoyub göyə qaldırır, oradan da aşağı tullayırdım. Hətta məhbusların cinsiyyət orqanından elektrik naqilləri keçirib, cərəyan buraxmasından da danışardı… İndi cənab Şennakdan soruşuruq, siz Azərbaycanın hansı təcridxanasında belə bir işgəncə metodları ilə rastlaşmısız ki, Mehmanın da cənubi amerikalıların aqibətilə üzləşdiyini iddia edirsiz? Azərbaycanla bağlı əvvəlki müsahibələrinizlə də tanışıq. Bu da sizin dediyinizdir: “Hansı məhbuslarla görüşmək istədiyimizi deyirik və gedib onlarla görüşürük. Heç bir məhdudiyyət yoxdur – bu, bir yenilikdir”. İndi cavab verin: “70-80-ci illərdə Cənubi Amerikadakı hərbi rejimlərin tətbiq etdiyi işgəncə metodlarından yararlanan ölkədə” sizi təcridxanaların həndəvərinə yaxın buraxardılarmı? İstədiyiniz vaxt, istədiyiniz məhbusla görüşmək imkanınız olardımı? Mehmanın azadlıqda olmasını istəyirsinizsə, bunu elə belə də deyə, mandatınızın elementi olan tövsiyyə vermək kimi hüququnuzdan istifadə edə bilərsiniz. Amma sizin ağzınıza gələni danışmaq kimi komfortunuz ola bilməz. Deyirsiz ki, İlham Əliyev rejimi “simasını itirib”. Təkcə bu ifadəniz göstərir ki, yeriniz səhv düşüb, avropalı parlamentari belə bir ritorikadan istifadə edəcək qədər qanacaqsız biri olmamalıdır.

Cənab Şennak, bəlkə simasız elə özünüzsüz? Bir neçə ay öncə demişdiz ki, İlham Əliyev təhqiqatlarınızı aparmaq üçün bütün qapıları üzünüzə açıb. İndi bu sürüşkən və dəyişkən mövqeyinizi simasızlığın göstəricisi kimi qiymətləndirəkmi? Azərbaycanda keçirilən Referendum zamanı dedikləriniz də yadınızdadırmı? Unutmusuzsa, xatırladım: “Referendumun şəffaf və demokratik keçirilməsi üçün çox iş görülüb. Səsvermə prosesi normal gedir. İnsanlar sərbəst seçim edirlər. Səsverməni xeyli sayda müşahidəçi izləyir. Bütün bunlar səsvermənin şəffaf və demokratik keçməsini şərtləndirən amillərdir”. Bəlkə buna da balaca bir izah verəsiz ki, şəffaf və ədalətli seçki prosesi təşkil etdiyinə görə təqdir etdiyiniz ölkədə Cənubi Amerikadakı hərbi rejimlərin tətbiq etdiyi işgəncə metodlarından istifadə olunduğunu haradan və kimdən eşitmisiz? Biz də bilirik ki, Mehman sizə az maraqlıdır. Avropa Şurası hazırkı “statusuna” uyğun olaraq kimlərinsə sözünü “Mehmana azadlıq” şəklində çatdırır. Olsun, amma siz də çərçivəni aşmayın – bu dövlətlə istədiyiniz tərzdə danışa bilməzsiz.

P.S. Avstriyanın Federal kansleri Sebastyan Kurts ötən ilin sentyabr ayında Rusiyanın aqressiv davranışlarını sərt şəkildə tənqid edib, hamını Moskvaya eriraz etməyə səsləmişdi. İlin sonunda, yəni 3 aydan sonra isə Sebastyan Kurts Rusiya ilə əməkdaşlığın vacibliyindən danışdı. Dedi ki, biz Rusiyaya qarşı yox, onunla bir yerdə olmalıyıq. Təəccüblü heç nə yoxdur. Avstriyalı həmməruzəçi Stefan Şennakı maraqlar danışdırdığı kimi, onun kanslerini 3 ayın içində iki fərqli bəyanatlar verməyə məcbur edən də məhz maraqlardır. İndi bunun simasızlığa nə qədər yaxın gəldiyini qoy elə cənab Şennak müəyyənləşdirsin.


Nicat DAĞLAR

Xəbər 1041 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.03.2024  14:38 

“3 manatlıq supa görə...”

28.03.2024  14:34 

Bakıda hansı evlər bahalaşıb?

28.03.2024  12:19 

Sabahın havası açıqlanıb

28.03.2024  11:19 

Direktor işdən çıxarıldı

28.03.2024  10:53 

Eldar Əfəndiyev vəfat edib

28.03.2024  09:44 

Bu rayonlarda qaz olmayacaq

28.03.2024  09:03 

Peruda zəlzələ olub

28.03.2024  01:25 

Oleq Babuyev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +