İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


09.01.2019  17:56 

“Nar” Naftalanda 4G şəbəkəsi qurdu





A+  A-

Ölkənin ən gənc mobil operatoru olan “Nar” yüksəkkeyfiyyətli 4G şəbəkəsini bütün ölkə ərazisində artırmağa davam edir. 4G şəbəkəsinin istismara verildiyi növbəti region mərkəzi Naftalan oldu. Bununla da Naftalan sakinləri keyfiyyətli və yüksək sürətli mobil rabitə xidmətləri ilə təmin edilir.
XəzərNews.az-a şirkətdən verilən məlumata görə, ölkənin ən gənc mobil operatoru olan “Nar” son 3 ayda 340-a yaxın 4G, 26-ya yaxın 3G texnologiyası ilə təmin olunmuş mobil baza stansiyasını istifadəyə verib. Bölgələrə xüsusi diqqətilə seçilən mobil operator, 4G xidmətini təkcə Bakı və Abşeron ərazisində deyil, bölgələrdə, şəhər və rayon mərkəzlərində də təqdim edir. “Nar” 4G istifadəçilərinin 72%-i paytaxt Bakının, 28%-i isə regionların payına düşür. Son 3 ayda 4G şəbəkəsi aşağıdakı region mərkəzlərində quraşdırılıb: Ağdaş, Ağcabədi, Ağstafa, Ağsu, Astara, Bərdə, Beyləqan, Biləsuvar, Cəlilabad, Daşkəsən, Gədəbəy, Gəncə, Göygöl, Hacıqabul, İmişli, İsmayıllı, Kürdəmir, Lənkəran, Lerik, Masallı, Mingəçevir, Naftalan, Neftçala, Oğuz, Qax, Qazax, Qəbələ, Saatlı, Sabirabad, Şəki, Şamaxı, Şirvan, Şəmkir, Tərtər, Tovuz, Yardımlı, Yevlax. Bununla da, “Nar” 4G şəbəkəsinin əhatə olunduğu regionların sayı 45-dən çox olub.

Qeyd edək ki, aparılan şəbəkə işlərinin nəticəsi olaraq, mobil operator 2018-ci il ərzində 790-a yaxın 4G, 160-a yaxın isə 3G texnologiyası ilə təmin olunmuş mobil baza stansiyasını istifadəyə verib. Təkmilləşdirmə işlərinin nəticəsi olaraq hazırda ölkə ərazisində 4G baza stansiyalarının sayı 1720-ni, 3G baza stansiyalarının sayı isə 2670-i ötüb.

Mobil operatorun şəbəkəsi haqqında ətraflı məlumatı nar.az saytından əldə edə bilərsiniz.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7400-dən artıq baza stansiyası ilə 2,2 milyona yaxın abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan “P3 Communications” keçirib və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanıb.

Xəbər 941 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +