Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı


04.01.2019  16:04 

Azərbaycanda çörək bahalaşa bilər? – EKSPERTLƏRDƏN AÇIQLAMA





A+  A-

Bəzi Kütləvi İnformasiya Vasitələrində unun bahalaşması ilə bağlı məlumatlar yayılıb.
XəzərNews.az xəbər verir ki, unun kisəsində 2-4 manat artım olduğu bildirilir.

Qeyd edilir ki, bir müddət əvvəl 50 kiloqramlıq unun qiyməti 20 manat 60 qəpik idisə, hazırda 24 manat 60 qəpiyə təklif olunur. Bölgələrdə də unun qiymətində bahalaşma var.

Alıcıların dediyinə görə, 50 kiloqramlıq un kisəsinin qiymətində 1 manat 50 qəpik – 3 manata yaxın artım müşahidə edilir.

Satıcılar isə qiymət artımını un firmalarının üzərinə atırlar, məhsulu baha aldıqları üçün baha satmağa məcbur olduqlarını deyirlər.

Ekspertlər isə hesab edir ki, əgər unun bahalaşması davam edərsə, ölkədə çörəyin qiymətində də artımlar olacaq.

İqtisadçı ekspert Samir Əliyev BAKU.WS-ə açıqlamasında bildirib ki, unun qiymətində dəyişiklik çörəyin dəyərinə birbaşa təsir göstərir.



“Hökumət çörəyin bahalaşmasının qarşısını almaq üçün müəyyən addımlar atır. Əsas addımlardan biri də onun idxalında tətbiq edilən rüsumun götürülməsidir. Təbii ki, bu müvəqqəti xarakter daşıyır.

Əgər un bahalaşırsa, təbii ki, çörəyin qiymətinin də artacağı istisna deyil”, - deyə ekspert bildirib.

Samir Əliyevin sözlərinə görə, unun bahalaşması ilk öncə kiçik çörək sexlərinin məhsulları bahalaşdırmasına səbəb olacaq:

“Unun bahalaşması əsasən kiçik çörək sexlərinə təsir edəcək. Böyük çörək zavodları var ki, unun bu məbləğdə bahalaşması onlara bir o qədər də təsir etməyəcək.

Düşünürəm ki, onlar rəqabətə tab gətirmək üçün çörəyin qiymətini qaldırmaya bilərlər. Unun qiymətinin artması ilk növbədə kiçik sahibkarlara təsir edəcək. Onların istehsal etdiyi çörək və çörək məhsulllarının qiyməti arta bilər”.

S.Əliyev deyir ki, artıq çörəyin qiyməti psixoloji həddi aşıb:

“Əvvəllər çörəyi 20 qəpiyə alırdıq, indi isə 40-50 qəpiyə satılır. Artıq psixoloji hədd aradan qalxıb. Sabah çörək 55-60 qəpiyə olsa, insanlar yenə də alacaq. Ola bilər ilkin vaxtlar, çörəyin qiyməti aartmaya bilər, lakin onun çəkisini azaldacaqlar.

Bu da qısa müddət üçün keçərlidir. Çox təəssüf ki, biz yuvarlaq rəqəmlərə meyilliyik. Məsələn, indi unun bahalaşmasından sonra çörək 40 yox, 42 qəpiyə satılsa, marketlərdə problem yaranacaq.

Ən yaxşı hallarda bu supermarketlərdə problem yaratmaya bilər. Kiçik dükanlarda isə nağd ödəniş zamanı çörəyin 2-3 qəpik bahalaşması problem yaradacaq. Nağdsız ödənişlər zamanı isə istehlakçılar bu problemi yaşamayacaqlar”.

İqtisadçı ekspert Vüqar Bayramov açıqlamasında bildirib ki, unun bahalaması çörək və un məmulatlarının qiymətinə birbaşa təsir göstərir:



“Hazırda unun bahalaşması ilə bağlı rəsmi açıqlamalar yoxdur. Sadəcə informasiya portallarında qiymət artımı göstərir. Bizim isə araşdırmalar da göstərir ki, son dövrlər ölkəyə idxal olunan unun xərcində artımlar var. Bu da təbii ki, məhsulun qiymətinin artımına səbəb olub”, - deyə ekspert bildirib.

V.Bayramov deyir ki, çörəyin qiymətinin psixoloji təsirləri var:

“Çörəyin bahalaşması digər ərzaq məhsullarının qiymətlərinə də birbaşa təsir göstərir. Nəticə etibarı ilə çörəyin qiymətindəki artımlar psixoloji təsirə malikdir.

İcra qurumları çalışır ki, çörəyin qiymətində artımlar müşahidə olunmasın. Lakin əvvəlki praktikaya nəzər saldıqda görərik ki, unun qiyməti artan zaman iş adamları çörəyin çəkisini azaldıb, qiyməti stabil saxlamağa çalışırlar.

Bu da nəticə etibarilə çörəyin çəkisinin azalmasına səbəb olur. İndiki halda çörəyin qiymətinin necə dəyişəcəyini müəyyən etmək çox çətindir. Əgər unun qiymətindəki artımlar qalarsa, nəticə etibarilə digər un məmulatlarının, o cümlədən şirniyyatın qiymətinə təsir göstərəcək”.

Xəbər 830 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +