İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


04.01.2019  10:32 

Əti süni şəkildə bahalaşdırıblar - Nazirlikdən AÇIQLAMA





A+  A-

Hazırda ölkə ərazisində, xüsusilə paytaxt Bakıda quzu ətinin 14 manatadək bahalaşması müşahidə olunur. Hər il olduğu kimi, bu il də bahalaşmanın bayram ərəfəsində qeydə alınması, ekspertlər tərəfindən işbazların fürsətdən istifadəsi kimi qiymətləndirilir. Digər iddialara görə, bölgələrdə mal-qara arasında bəzi xəstəliklər səbəbindən heyvanlar tələf olur...
XəzərNews.az bildirir ki, məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini Vüqar Hüseynov Modern.az-a açıqlama verib.

V.Hüseynov bildirib ki, təmsil etdiyi qurum heç bir kənd təsərrüfatı məhsulunun qiymətinin müəyyənləşməsində iştirak etmir:

“Sərbəst bazardır, qiymətlər tələb və təklifə uyğun formalaşır. Bayramla əlaqədar tələbat artdığına görə ola bilər ki, kimlərsə qiymətləri süni şəkildə qaldırıb. Amma ölkə üzrə - istər rayonlarda, istərsə Bakıda bizim apardığımız monitorinqlər göstərir ki, bahalaşma bəzi yerlərdədir. Kimlərsə bayramda tələbatın artmağından istifadə edərək, qiymətləri bahalşadırıb. Məsələn, öz müşahidəmə əsasən deyim ki, dekabrın 31-də Gəncədə quzu ətinin kiloqramı 10 manat 50 qəpik, Şəkidə hətta 9 manata idi. Amma Bakıda quzu əti 2-3 nöqtədə fərdi sahibkarlar tərəfindən 14 manata satılırdı. Bu isə ölkə üzrə ətin bahalaşması demək deyil. Məsələn, 20-ci sahə ərazisində ilboyu quzu ətinin kiloqramı 14 manatadır”.

Nazirlik rəsmisi heyvanların baş sayının azalması iddialarına da aydınlıq gətirib:

“Ümumiyyətlə, sahibkarlar qış aylarında hava şəraiti ilə əlaqədar heyvanları bazara çıxarmırlar. Həm də heyvanların balavermə dövrüdür deyə, onları daha çox qoruyurlar. Bu səbəbdən də fərdi təsərrüfat sahibləri indiki vaxtda heyvanları satmağa maraq göstərmir. Ümumilikdə ölkəmizdə ətlə təminetmə səviyyəsi 100 faiz olmasa da, yüksəkdir. Heyvandarlığın inkişafına dair dövlət proqramı hazırlanır. Bu proqram tətbiq olunanda ölkədə özünü ətlə təminetmə səviyyəsi 100 faizə çatdırılacaq. Bu, əsas hədəflərdən biridir”.

V.Hüseynov heyvanların baş sayının azalmasına xəstəliklərin təsiri məsələsinə münasibət bildirib:

“Heyvan xəstəliklərilə bağlı illik tədbirlər planımız var. Baytarlıq Xidməti tərəfindən proqrama uyğun olaraq, mütəmadi işlər aparılır. Məsələn, fərdi təsərrüfatçı bilməlidir ki, oktyabr ayında müəyyən xəstəliklərə qarşı yoxlama aparılmalıdır. Əgər xəstəlik aşkarlanıbsa, vaksin vurulmalıdır. Biz bununla bağlı maarifləndirmə işləri aprırıq. Fərdi təsərrüfatlara xəstəliklərlə bağlı yoxlamaların vaxtı barədə məlumat veririk. Vaksinlərin bir hissəsi dövlət hesabına vurulur, digər hissə var ki, təsərrüfat sahibləri özləri müraciət edir. Bizdə nəzarət funksiyası yoxdur, biz xidmət göstəririk. Amma ümumilikdə nə Kənd Təsərrüfatı Nazirliyinin çağrı mərkəzinə, nə də Baytarlıq Xidmətinə haradasa kütləvi xəstəlik yayılması və tələfat olması barədə müraciət daxil olub. Tam əminliklə deyə bilərik ki, epizodik vəziyyət sabitdir”.

Xəbər 1020 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +