Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
İlham Əliyev Banqladeşin Müstəqillik Günü ilə bağlı təbrik məktubu ünvanlayıb


30.12.2018  10:12 

“Azər Xudiyev hamını bir araya gətirməyi bacarmır“ - Eldar İsmayıl





A+  A-

“İnanıram ki, Fuad Muradov bu sahədə böyük nəticələr əldə edəcək” “Səfir diaspor təşkilatlarına şəxsi prizmasından deyil, dövlətin maraqlarından yanaşmalıdır”
“Dədə Qorqud Fondu bütün layihlərini "Azərbaycan Dünyası" Beynəlxalq jurnalı ilə birgə həyata keçirir. 2018-ci il üçün çox ağır fəaliyyət proqramımız var idi. Açığı mən o qədər də inanmırdım ki, nəzərdə tutduğumuz bütün işlərin öhdəsindən gələ biləcəyik. Amma gərgin əmək nəticəsində layihələrimizin hamısını uğurla başa çatdıra bildik”.

XəzərNews.az xəbər verir ki, bunu Azərfaks-a Dədə Qorqud Fondunun və beynəlxalq “Azərbaycan Dünyası” jurnalının rəhbəri Eldar İsmayıl, başa vurduğumuz il ərzində həyata keçirilmiş layihələr və 2018-ci ilin yekunları barədə açıqlama verərkən deyib. Fond rəhbəri qeyd edib ki, bu il Qazaxıstan, Türkiyə, Moldova, Ukrayna və İsveçdə səfərdə olublar: “Bundan başqa, Rusiyanın 7 şəhərinə də səfər etmişik. Biz beynəlxalq jurnalımız vasitəsilə Azərbaycanı tanıdır, dəyərlərimizi, atributlarımızı təbliğ edir, Fondun vasitəsi ilə isə Azərbaycana böyük hörməti olan, ölkələr arasında mədəni əlaqələrin inkişafına töhfələr verən, öz sahəsində aktiv fəaliyyəti ilə fərqlənən və ciddi nəticələr göstərən insanları və qurumları mükafatlandırırıq. Bizim xarici ölkələrdə də nümayəndəliklərimiz var. Dövlət orqanları, ictimai qurumlar, elmi və adəbi dairələrlə əməkdaşlıq edirik. Mükafatları həm soydaşlarımıza, həm də xarici ölkə təmsilçilərinə veririk. Fond tərəfindən “Vətən övladı”, “Ulutürk”, “Bakı – Qəhrəman şəhər”, “Qızıl ürək”, “General Həzi Aslanov” və “Mehriban Ana” kimi ordenlər təsis olunub. Bu mükafatları alanlar sırasında, görkəmli dövlət və mədəniyyət xadimləri, ictimai-siyasi xadimlər, alimlərimiz, hörmətli ziyalılarımız, fəal diaspor təşkilatlarının rəhbərləri, çalışdığı sahədə öz sözünü demiş ləyaqətli və vətənpərvər xanımlar var. Bizim əsas işimiz türk dünyası ilə bağlıdır. Dədə Qorqud türk dünyasının simvoludur. Fond türk dünyasına xidmət edənləri diqqətdən kənarda qoymur. Biz Azərbaycanla dost olan ölkələrə jurnalımızın nömrələrini həsr edrik. Məsələn, Dağıstana 4 nömrə həsr etmişik. Ümumiyyətlə, beynəlxalq əlaqələrimizi ildən-ilə genişləndiririk. Bizi müxtəlif ölkələrdə keçirilən tədbirlərə dəvət edirlər. Gedirik, ölkəmizi təbliğ edir, hörmətli Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbacanın necə sürətlə inkişaf etməsindən danışır və bu yöndə geniş müzakirələr aparırıq. Jurnalımızda və jurmalın saytında Qarabağ problemi, ərazilərimizin işğal faktı və erməni yalanları ilə bağlı müxtəlif materiallar veririk. Bir sözlə, xalqımıza, dövlətimizə xidmət etməyə çalışırıq”.



"İlham Əliyev olduqca mürəkkəb bir dövrdə Azərbaycanın maraqlarının beynəlxalq müstəvidə təmin olunması istiqamətində olduqca prinsipial addımlar atır"

2019-cu il üçün nəzərdə tutulan işlərdən danışan E.İsmayıl, qarşıda bir çox layihələrin olduğunu deyib: “Növbəti il jurnalımızın 20 illiyidir. Bu qədər uzun müddət ərzində jurnalın ayaqda qalması nadir haldır. Jurnalların ömrü adətən uzun olmur. Amma “Azərbaycan Dünyası” jurnalı 20 ildir xalqımıza, dövlətimizə xidmət edir. İnşallar 2019-cu ildə jurnalın 20 illik yubiley tədbirlərini keçirəcəyik. Başqa böyük planlarımız, layihələrimiz var. Çalışacağıq ki, qarşıdakı il ərzində də Azərbaycanımızı xarici ölklərdə layiqincə təmsil edək, ölkəmizin təbliğatı məqsədi daşıyan işləri daha da genişləndirək. Bilirsiz ki, dövlətimizin başçısı bu qədər işlər görür, Azərbaycanın mövqelərini möhkəmləndirmək, iqtisadi potensialını daha da gücləndimək üçün yorulmadan çalışır. İlham Əliyev olduqca mürəkkəb bir dövrdə Azərbaycanın maraqlarının beynəlxalq müstəvidə təmin olunması istiqamətində olduqca prinsipial addımlar atır. Ölkə daxilində sosial yönümlü layihələr, tikinti-quruculuq işləri getdikcə daha böyük maştab alır. Biz də özümüzə borc bilirik ki, bu işləri təbliğ edək, məkirli qüvvələrin ökəmizə qarşı apardığı qarayaxma kampaniyasını ifşa edərək, əsl reallıqları göstərək, əsl həqiqətlərdən danışaq”.

"Heydər Əliyev Fondunun xarici ölkələrdə həyata keçirdiyi geniş miqyaslı layihələr ölkəmizin şöhrətinə şöhrət qatır"

E.İsmayıl mədəni irsimizin təbliğ olunması və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması kimi vacib fəaliyyət istiqamətlərindən danışarkən, bu yöndə Heydər Əliyev Fondunun gördüyü işlərin misilsiz olduğunu vurğulayıb: “Fondun prezidenti, hörmətli Mehriban xanım Əliyeva bu işlərə ürəyini qoyur. O, Azərbaycan mədəniyyətinin bütün sahələrinə xüsusi həssaslıqla yanaşır. Xarici ölkələrdə həyata keçirdiyi geniş miqyaslı layihələr ölkəmizin şöhrətinə şöhrət qatır, dünya ictimaiyyətində Azərbaycanın gözəlliyi, insanlarının qonaqpərvərliyi, zəngin mədəniyyəti və bugünkü müasir vəziyyəti barədə aydın təsəvvürlər yaradır. Biz Heydər Əliyev Fondunun fəaliyyətini yüksək qiymətləndiririk”.

"Onun məqsədi dövlət maraqlarını təmin etmək, cənab Prezidentin göstərdiyi istiqamətlərdə uğurlu nəticələrə nail olmaqdır”

Rəhbərlik etdiyi fondun diaspor təşkilatları ilə də sıx əlaqədə olduğunu qeyd edən həmsöhbətimiz, diasporla iş sahəsində ötən illər ərzində ciddi problemlərin olduğunu, hazırda isə bu sahədə ürəkaçan mənzərənin yarandığını deyib: “Hansı ölkədə hansı vəziyyət hökm sürür, bunu azdan-çoxdan bilirik. Təəssüflə qeyd etməliyəm ki, ötən illər ərzində Nazim İbrahimov diaspor hərəkatına çox ciddi zərbələr vurdu. Ancaq şəxsi münasibətləri və maraqları əsas götürdü. Təşkilatlar arasında ayrıseçkilik yarandı. Nazim İbrahimov iş görüntüsü yaratmaqla dövləti aldatmağa çalışırdı. İnsanlar onun qəbuluna düşə bilmir, narazılıqlarını və təkliflərini deyə bilmirdilər. Hansı diaspor təşkilatı onun şəxsi maraqlarına cavab vermirdisə, dərhal həmin təşkilata alternativ yaradırdı. Bununla da soydaşlarımız arasında ikitirəliyin yaranmasında səbəbkar olurdu. Onun yaratdığı problemləri qısa zamanda aradan qaldırmaq mümkün olmayacaq. Nazim İbrahimov elə minalar basdırıb ki, onları təmizləmək elə də asan deyil. Lakin böyük ümidlərimiz var. Cənab Prezidentin Diasporla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə Fuad Muradovu təyin etməsi və onun az vaxt ərzində ortaya müsbət nəticələr qoyması bizi sevindirir. Fuad Muradov kifayət qədər enerjili, intellektli və vətənpərvər gəncdir. Düzdür, çətin olacaq, amma diasporu orduya çevirəcəyinə inanıram. Məlumatım var ki, diaspor təşkilatları ilə sıx əlaqədədir. Onun yaratdığı mühit diaspor nümayəndələrimiz üçün yenidir. Onlar belə isti münasibəti, qayğıleşliyi əvvəllər görməyiblər. Onun bir-birinin ardınca koordinasiya mərkəzlərini yaratması, toplantılarda şəxsən iştirak edib, hamını birgə fəaliyyətə səsləməsi, diaspor nümayəndələri ilə fərdi qaydada söhbət edərək, problemlərin aradan qaldırıması yollarını axtarması, onu göstərir ki, komitə sədrinin məqsədi ancaq dövlət maraqlarını təmin etmək, cənab Prezidentin göstərdiyi istiqamətlərdə uğurlu nəticələrə nail olmaqdır”.

"Deməli, nəsə var, deməli, haradasa nəsə düz qurulmayıb"

E.İsmayıl səfirlik-diaspor münasibətlərindən də danışıb. O qeyd edib ki, səfirliklər diaspor təşkilatlarına dəstək verməlidirlər: “Çox təəssüf ki, bəzən səfirliklə diaspor arasında xoşagəlməz halların yaşandığını müşahidə edirik. Məsələn, Ukraynadakı vəziyyət məni də narahat edir. Səfirliklə diaspor təşkilatları arasında gərginlik yaranırsa, bundan dövlətimiz ziyan çəkir. Əsas hədəflərdən, dövlətin vacib bildiyi istiqamətlərdən diqqət yayınır. Hesab edirəm ki, səfir diaspor təşkilatları ilə münasibətləri tənzimləməyi, hansısa narazılıq varsa, bunu aradan qaldırmağı bacarmalıdır. İnsanlarla ünsiyyət qurmaq, onları narahat edən məsələlərlə tanış olmaq, intriqaların dərinləşməsinə deyil, bunu yaradan amillərin ortadan qaldırılmasına çalışmaq lazımdır. Görünən odur ki, Ukraynadakı səfir Azər Xudiyev bunun öhdəsindən gələ bilmir. Əgər kimsə narazılığını ifadə edib, tənqidi ruhda nəsə danışırsa, bunu birmənalı şəkildə qərəz göstəricisi kimi qiymətləndimək olmaz. Yaxşı, bir məlumat qərəzlidir, iki məlumat qərəzlidir. Bu qədər yazılar, müsahiblər, tənqidi fikirlər yayılır, bunları ucdan tuma hamısını qərəzçilik nümunəsi kimi qələmə vermək olmaz axı. Adama deyərlər ki, əvvəlki səfir Eynulla Mədətli barədə niyə yazmırdılar? Deməli, nəsə var, deməli haradasa nəsə düz qurulmayıb və səhvə yol verilib ki, bu gün Ukraynadakı vəziyyətlə bağlı bu qədər yazılar yazılır. Yaxşı, söz deyənlərin, yazı yazanların hamısını düşmən elan etsinlər, bununla nəyə nail olacaqlar? Problem haradadır? Narazılıqlar nədən qaynaqlanır? Harada səhvlər buraxılır? Bax, bütün bu kimi suallara cavab tapmaq lazımdır. Baxıram, izləyirəm, mətbuatda nəsə yazılan kimi, o saat səfirlik bunu kampaniya kimi qiymətləndirir. Belə olmaz axı. Hamı bilir ki, orada problemlər var . Yenə deyirəm, kənardan görünən odur ki, Azər Xudiyev hamını bir araya gətirmək kimi məsələlərin öhdəsindən gəlməyi bacarmır. Dövlətimizə, cənab Prezidentə güclü diaspor lazımdır. Diasporun güclənməsinə isə həm də səfirlik dəstək verməlidir. Verilmirsə, mütəşəkkil diaspor ordusunun formalaşmasına maraq göstərilmirsə, intriqalar, narazılıqlar artırsa, deməli, bu gedişat son nəticədə dövlət maraqlarımıza zərbə vuracaq. Buna imkan vermək olmaz. Mən Ukraynada tez-tez oluram. Oradakı soydaşlarımız səfirlik barədə fikirlərini açıqlayarkən AzTV-nin oradakı müxbirinin özünə aid olmayan məsələlərə müdaxilə etməsindən, özünü diplomatik missiyanın təmsilçisi kimi aparmasından gileylənirlər. Deyirlər ki, o, dövlət televiziyasının yaratdığı imkanlardan öz maraqları üçün istifadə edir, söz aparıb, söz gətirir, süni intriqaların yaranmasında rol oynayır. Hətta deyilənə görə, səfirlik adından müəyyən adamlarla görüşlər keçirir, müzakirələr aparır. Ona kim verib bu səlahiyyəti? Bu adam uzun illərdir ki, oradadır. Barəsində müxtəlif yazılara rast gəlinib. Hamısına da eyni münasibət göstərib. Sanki bu, imam övladıdır, barəsində yazanlar isə düşmənlərdir. Ayıbdlr vallah. Uzun illərdir ki, oradadır. Diaspor fəalları üçün maraqlıdır, onu niyə geri qaytarmırlar? Yeni dövrün tələblərinə cavab verməyən bir adamı dövlət televiziyasının Ukrayna kimi ölkədə təmsilçi kimi saxlamağın nə mənası var? Daha müasir düşüncəli, hamı ilə eyni bərabərdə ünsiyyət saxlamaq qabiliyyətində olan gənclərə yol açmaq lazımdır. Möhsüm Aslanov kimi adamları orada saxlamaq olmaz. Onlar orada qaldıqca, dövlət komitəsi üçün də çətinliklər yaranacaq”.

Xəbər 921 dəfə oxunub.



28.03.2024  14:38 

“3 manatlıq supa görə...”

28.03.2024  14:34 

Bakıda hansı evlər bahalaşıb?

28.03.2024  12:19 

Sabahın havası açıqlanıb

28.03.2024  11:19 

Direktor işdən çıxarıldı

28.03.2024  10:53 

Eldar Əfəndiyev vəfat edib

28.03.2024  09:44 

Bu rayonlarda qaz olmayacaq

28.03.2024  09:03 

Peruda zəlzələ olub

28.03.2024  01:25 

Oleq Babuyev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +