“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur


28.12.2018  22:19 

Prezident milli məkanlarla bağlı fərman imzaladı





A+  A-

Azərbaycanda “Milli məkan məlumatlarının formalaşdırılması və inteqrasiyası Qaydaları” təsdiq edilib.
XəzərNews.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Fərmanla Əmlak Məsələləri Dövlət Komitəsinə milli məkan məlumatlarının formalaşdırılmasının, daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin, o cümlədən metaməlumatların formalaşdırılmasının təmin edilməsi məqsədilə “Milli Məkan Məlumatları” informasiya sistemini yaratmaq və həmin sistemin Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyası üçün zəruri tədbirlər görmək tapşırığı verilib.

Mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslər:

1. milli məkan məlumatlarını bu fərmanla təsdiq edilmiş “Milli məkan məlumatlarının formalaşdırılması və inteqrasiyası qaydalarına” və standartlara müvafiq olaraq elektron qaydada formalaşdırılmasını təmin etsinlər,

2. milli məkan məlumatlarının saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi məqsədilə sahibi və ya operatoru olduqları dövlət informasiya sistemlərinin və ehtiyatlarının Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyasını təşkil etsinlər.

Nazirlər Kabinetinə milli məkan məlumatlarının siyahısını və təsnifatını iki ay müddətində Azərbaycan Prezidenti ilə razılaşdırmaqla müəyyən etmək, milli məkan məlumatlarının aero, peyk və ya digər vasitələrlə təsdiq edilməsi ilə bağlı monitorinq keçirilməsi qaydasını üç ay müddətində Azərbaycan Prezidenti ilə razılaşdırmaqla müəyyən etmək, “Milli Məkan Məlumatları” informasiya sistemi haqqında Əsasnamənin layihəsini beş ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək tapşırığı verilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə milli məkan məlumatlarının ilkin mənbəyini və onları formalaşdıran aidiyyəti dövlət qurumlarının siyahısını müəyyən etmək tapşırılıb.

Xəbər 902 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb

10.04.2024  16:36 

Ehsan fırtınası


BÜTÜN XƏBƏRLƏR +