“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur


25.12.2018  13:54 

Biləcəri bələdiyyəsində nə baş verir? - Saxtalaşdırılmış sənədlər, mənimsəmə ...





A+  A-

11 iyun 2015-ci ildə Binəqədi rayon Biləcəri bələdiyyə üzvlərinin təcili iclası çağırılır və qeyri-müəyyən şəraitdə bələdiyyənin sədri - 2005-ci ildən bu vəzifədə işləyən İlham Xəlilov tutduğu vəzifədən azad edilərək heç bir idarəetmə təcrübəsi olmayan bələdiyyə üzvü Hikmət Quliyev Binəqədi rayon İH-ti Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ramiz Göyüşovun təqdimatı ilə bələdiyyənin sədri vəzifəsinə təqdim edilir.
XəzərNews.az istiqlal.az-a istinadən bildirir ki, təcrübəsizlik və səriştəsizlik elə ilk günlərdən özünü göstərir. O, uzun müddət bələdiyyə orqanlarında işləmiş savadlı və işgüzar kadrları müxtəlif vasitələrlə tutduqları vəzifələrindən uzaqlaşdıraraq, onların yerlərinə ən yaxın qohum - əqrəbalarını təyin etməyə başlayır. Həmin vaxtdan da bələdiyyədə hərc-mərcliyə rəvac verilir. Torpağın alqı - satqısına görə sənədlərin saxtalaşdırılması, vergi daxilolmalarının mənimsənilməsi, ödəyicilərə saxta qəbzlərin verilməsi, xərclənmiş vəsaitlərə görə sənədlərdə məsul işçilərin imzalarının təhrif olunması və xərc məbləğlərinin süni şəkildə şişirdilməsi, bir sıra vətəndaşların adına işçi kimi əmr verərək (hətta öz həyat yoldaşına) onların adlarına əmək haqqı kartları alaraq bankomatdan vəsaitlərin çıxarılması, aidiyyəti orqanlara maliyyə hesabatları və məlumatların saxtalaşdırılaraq verilməsi, rayon rəhbərliyinə ona tapşırılan işlərin icrası ilə bağlı yalan məlumat verərək aldadılması adi hala çevrilir.

Qeyd olunan və digər neqativ hallara görə Hikmət Quliyev 2018-ci ildə tutduğu vəzifədən azad edilir. Onun bələdiyyəyə rəhbərlik etdiyi dövrdə yol verdiyi qanun pozuntularının ciddiliyi və cinayət tərkibli olduğu nəzərə alınaraq bələdiyyənin maliyyə-təsərrüfat fəaliyyəti yoxlanılır. Hazırda yoxlama başa çatıb və məlumata görə yoxlama nəticəsində bələdiyyədə külli miqdarda mənimsəmə, sənədlərin saxtalaşdırılması, maliyyə-bank sənədlərinin yoxlamadan yayındırılması, bələdiyyənin qarşı təşkilatlara yüz min manatlarla borcun yaranması, işçilərə əmək haqqının verilməməsi faktları və digər ciddi qanun pozuntuları aşkar edilib. Məlumatda o da deyilir ki, H. Quliyevin başqa qanunsuz əməllərinə görə də Bakı şəhər Prokurorluğunda araşdırılmalar aparılır.

Sabiq sədr yenidən sədr oldu...

Biləcəri bələdiyyəsinə 04.10. 2018-ci ildə Hikmət Quliyevin yerinə bundan əvvəlki sədr İlham Xəlilovun qəflətən təyin edilməsi onu tanıyanlara sözün əsl mənasında “şok” yaşadıb. Adı Bakı şəhərinin əksər hüquq-mühafizə orqanlarında heç də yaxşı olmayan “işlərdə” çəkilən İlham Xəlilovun yenidən həmin vəzifəyə qayıtması ən azı təəccüb doğurub. Bələdiyyəni uçuruma apararaq bələdiyyə torpaqlarını necə gəldi, kimə gəldi qeyri-qanuni yollarla satan, bələdiyyəni heç vaxt ödəyə bilməyəcəyi - 5 milyon manata yaxın borca salan, bələdiyyə üzvləri, İcra aparatı işçilərinin halal əmək haqlarını mənimsəyən, vətəndaşların etibarından sui-istifadə edərək torpaq sahəsinin ayrılması, sənəd düzəltmək üçün və ya borc adına onlardan böyük məbləğlərdə pul alaraq (təkcə 3 nəfər bələdiyyə qulluqçusundan 100,0 (yüz min) manat civarında borc pul alaraq mənimsədiyi iddia olunur. Bu kimi oxşar məsələlərə görə sədrin arxasınca bələdiyyəyə gələnlərin ardı-arası kəsilmir. Buna görə sədr öz oğlunu daimi olaraq gözətçi kimi saxlayır). Müxtəlif vasitələrlə uzun müddət naməlum yerlərdə gizlənmiş İ.Xəlilov haradan peyda olaraq bələdiyyə sədri oldu? Maraqlıdır deyilmi?..

İddia olunur ki, o, sədr kreslosuna yenidən oturan andan çox hikkəli hərəkətlər etməyə başlayıb.



İ.Xəlilov rayon rəhbərliyinin ona xüsusi tapşırıq verdiyini bildirərək, onun iradəsinə qarşı çıxanlara qarşı qəti tədbirlərin görüləcəyini, qanuni-qanunsuz bütün göstərişlərinin yerinə yetirməyklə iclaslar keçirir və bu göstərişləri də rayon rəhbərliyinin adı ilə bağlayaraq başçının imicinə xələl gətirən ifadələr işlədir. O da sələfi kimi islahata kadr dəyişikliyindən başlayıb. Fəaliyyətdənlər barəsində ciddi cəzaların verilməsi ilə bağlı kollektivə hədə-qorxu gəlməə olan və bələdiyyədə uzun müddət işləyən məsul işçiləri işdən azad edərək onların yerinə heç yerdə işləməyən, müxtəlif səbəblərdən əvvəllər işdən azad olunmuş, özünün tanıdıqları adamları, ümumi şöbə, vergi şöbəsi, hüquq şöbəsinin müdirlərini, baş müsahibi qeyri-qanuni, bələdiyyə qulluğuna işə qəbul qaydalarını ciddi şəkildə pozmaqla təkbaşına qərarlar qəbul edərək vəzifələrə təyin etməyə başlayıb.

Ona irad bildirənlərə qarşı şantaj, təqib yolunu seçir, vəzifəli şəxslərin səlahiyyətlərini öz xeyrinə məhdudlaşdırır. Sədr gələn gündən kompüter, kamera və digər elektron aparatlarından məlumatlı olan oğlunu da özü ilə bələdiyyəyə gətirib və bütün iş, eləcə də yardımçı otaqların açarlarını ona verib. Oğlu işçilər işdən çıxdıqdan sonra bütün otaqlara daxil olur və orada nə işlə məşğul olduğunu bilən yoxdur?! Bələdiyyə özünü idarəetmə, yoxsa ailə idarəetmə sistemidir?

Sədr son zamanlar onun qanunsuz əməllərinə müdaxilə edən biləcək sədr müavinlərinə, şöbə müdirlərinə qarşı da şantaj xarakterli əməllərə əl atır. O işdən çıxaracağı ilə bir neçə zəif təbiətli insanları seçərək onları öyrədir və digərlərinin üzlərinə durmağa vadar edir.

Hər iki sədr öz aralarında anlaşaraq...



Bələdiyyənin maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı müəyyən edilmiş on günlük yoxlama müddəti iki aya yaxındır qəsdən uzadılır, hər iki sədr öz aralarında sözləşdirmə apararaq yoxlamanın nəticəsini hər hansı yolla saxtalaşdırmağa çalışırlar. Hər iki bələdiyyə sədrinə şərait yaradan, onların qanunsuz əməllərini ört basdır edənlər isə sabiq icra başçısı Xaləddin İsgəndərovun sadiq silahdaşları - rayon İH başçısının 1-ci müavini İlqar Süleymanov və Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ramiz Göyüşovdur. Bu vəzifəli şəxslər eyni bölgədəndirlər və yaxın qohumluq əlaqələrinə malikdirlər. Bələdiyyədə keçən dövrdə eləcə də hal-hazırda baş verənləri rayon icra başçısına təhrif olunmuş formada, özlərinə sərf edən qaydada çatdıraraq mövcud həqiqəti rayon rəhbərliyindən məqsədli şəkildə gizlədirlər.

Bələdiyyənin sabiq sədri Hikmət Quliyevin yoxlama aktında və digər sənədlərdə öz əksini tapmış cinayət əməlləri yəqin ki, hüquq - mühafizə orqanları tərəfindən araşdırılacaq və öz hüquqi qiymətini alacaq. Hazırda sədr İ.Xəlilovun qanunsuz əməlləri barədə ictimaiyyətin qədərincə məlumatı var. Bircə onu qeyd etmək kifayət edər ki, bələdiyyənin qərarına əsasən Biləcəri qəsəbəsi, Q.Süleymanov küçəsi - 1 ünvanında ölkənin ən həssas və siyasi kompaniyası olan seçkilərin keçirilməsi məqsədi ilə bələdiyyə büdcəsindən ayrılan vəsait hesabına tikilmiş iki seçki məntəqəsini saxta sənədlər tərtib etməklə bir iş adamına 75,0 (yetmiş beş) min manata satmışdır. Hal-hazırda həmin seçki məntəqələri özəl ticarət obyekti kimi fəaliyyət göstərir. Onun dövlətə sadiqliyi, ona həvalə edilmiş vəzifəni icra etməsi qeyd olunanların bariz nümunəsidir.



Səsləndirilən ittihamlara münasibət öyrənmək üçün Hikmət Quliyevə etdiyimiz davamlı zənglərə cavab vermədi.

Yeni sədr İlham Xəlilov isə bələdiyyədə yoxlama aparılması faktını təsdiqlədi. Bildirdi ki, yoxlamaların nəticəsi ilə bağlı indidən heç nə deyə bilməz: “Yoxlama başa çatandan sonra məlumat verə bilərəm.” Haqqında səsləndirilən digər ittihamlara isə İ.Xəlilov cavab vermək istəmədiyini bildirdi.

Xəbər 2241 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb

10.04.2024  16:36 

Ehsan fırtınası


BÜTÜN XƏBƏRLƏR +