İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


24.12.2018  15:18 

Bakıda ŞOK OLAY: Məmur pul yığmaq üçün saxta toy edib





A+  A-

Bir sıra məhkəmələrdə icra məmuru, ardınca Binəqədi Rayon Polis İdarəsində müstəntiq köməkçisi işləmiş, hazırda isə dələduzluq suçlamasıyla hakim önünə çıxarılan Asif Məmmədov pul yığmaqdan ötrü özünə saxta toy eləməkdə günahlandırılır. Ona qarşı bu ittihamı səsləndirən isə vaxtilə ailəvi gediş-gəlişləri olan Nailə Piriyevadır.
XəzərNews.az xəbər verir ki, “Azadlıq” radisounun məlumatına görə, Asif Məmmədov N.Piriyevanın oğlunu İqtisadiyyat Nazirliyinə işə düzəltmək adıyla pul alıb onu aldatmaqda günahlandırılaraq, haqqında CM-nin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

Dekabrın 24-də keçirilən məhkəmədə yenə təqsirləndirilən şəxslə zərərçəkən qadın arasında mübahisə yaranıb, hətta tərəflər bir-birini təhqir ediblər.

A.Məmmədov deyir ki, zərərçəkən qadın yalan danışır: «Dəfələrlə fərqli ifadə verib. Gah deyir, oğlunu Maliyyə Nazirliyinə, gah İqtisadiyyat Nazirliyinə, gah da Prezident Administrasiyasına işə düzəldəcəyimi demişəm. Mən ondan sadəcə, borca pul almışam. Başqa nə deyirsə, yalandır».

N.Piriyeva isə iddia edib ki, A.Məmmədov puldan ötrü ağlagəlməz üsullara əl atan adam idi. Məsələn, ailə qurmadığı halda özünə toy eləmişdi ki, pul qazansın: «Mənim bununla münasibətim yaxşı idi. Anası Mirvari xanımla da tanış olmuşduq, səmimi münasibətimiz var idi. Bir gün anası mənə dedi ki, qız tapım, yalandan toy edib pul yığmaq istəyirlər. Mən də belə bir adam tapa bilməyəcəyimi dedim. Amma məsləhət verdim ki, gəlinsiz də toy eləmək olar. Dini toy adı ilə qızın iştirakı olmadan məclis təşkil eləmək olar. Ağıllarına batdı və razılaşdılar. Asif Ədliyyə Nazirliyində, polisdə tanıdığı kim varsa, hamını toya çağırmışdı. Restoranda ancaq kişilər idi. Anası, mən və daha altı nəfər qadın yaxınları da orada idik. Amma biz restoranın ikinci mərtəbəsində oturmuşduq. Onlar toy edib pul yığdılar...».

Bundan sonra tərəflər arasında yenidən mübahisə yaranıb.

Məhkəmə prosesi davam edir.

Cinayət işinin materiallarına görə, zərərçəkənlər sırasında N.Piriyevadan başqa bir nəfər də var - Ələkbər Zeynalov. Ondan da işə düzəltmək adıyla pul alındığı iddia olunur.

N.Piriyeva deyir ki, təqsirləndirilən şəxslə o, Binəqədi polisində işlədiyi vaxt tanış olublar: «Samirə adlı qadın mənə qarşı dələduzluq etmişdi. Biz də Binəqədi Rayon Polis İdarəsinə şikayət vermişdik. Bizim şikayətimizi araşdırmaq üçün Asif Məmmədova verdilər. Asif dedi ki, müstəntiq köməkçisidir. Sağ olsun, o, işi düzgün araşdırdı, sonda da razı qaldıq. Amma Asifin özü sonradan mənə qarşı dələduzluq etdi».

A.Məmmədova CM-in 34, 312 (rüşvətə təhrik etmə), 178.2.2 (dələduzluq-təkrar törədildikdə) və 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə ittiham irəli sürülüb.

Qanunda xeyli miqdarda ziyan vurmaqla və təkrar dələduzluğa görə 4 min manatdan 7 min manata qədər cərimə, 3 ilədək azadlığın məhdudlaşdırılması və ya 2 ildən 5 ilə qədər həbs nəzərdə tutulub.



Xəbər 1353 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +