“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur


20.12.2018  16:39 

“Qardaşı nazir idi deyə, şikayət etməyə qorxurdum...” - MƏHKƏMƏ





A+  A-

«Əvəz Əhmədovun qardaşı Əhməd Əhmədov Naxçıvanın daxili işlər naziri idi. O, vəzifəsindən çıxarılandan sonra şikayətlər yazmağa başladım. Çünki ondan əvvəl qorxurdum, mənə hədə-qorxu gəlmişdilər. Həm də əvvəl kimə şikayət edəcəkdim? «Qorotdel»ə? Elə həmin «qorotdel» (Bakı Şəhər Baş Polis İdarəsi-red.) deyildimi Əvəzə görə mənə hədə-qorxu gələn...».
XəzərNews.az “Azadlıq” radiosuna istinadən xəbər verir ki, bu, keçmiş nazirin qardaşından şikayətçi olan Rəşad Tahirovun məhkəmədə dedikləridir.

O, dekabrın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində dindirilib. R.Tahirov Əvəz Əhmədovun haqqındakı cinayət işi üzrə iki zərərçəkəndən biridir. İkinci zərərçəkən də R.Tahirovun qohumudur - həyat yoldaşının əmisi oğlu Hörmət Əsgərovdur.

Gömrük, sərhəd xidməti və başqa dövlət orqanlarında çalışmış Ə.Əhmədov CM-nin 145.1 (qanunsuz azadlıqdan məhrum etmə) və 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham olunur.

İttihamda yazılıb ki, təqsirləndirilən sabiq məmur 2016-cı ilin iyununda polkovnik H.Əsgərova sələmlə 100 min dollar pul verib. H.Əsgərov pulu və faizini qaytara bilməyib. Buna görə də Ə.Əhmədov onu öz ofisinə çağırıb, döyüb, deyib ki, pul qaytarılana qədər burada girov qalacaq. Haradansa öyrənib ki, H.Əsgərovun Rəşad adlı qohumu onun əvəzinə pulu verə bilər. Çünki Hörmətin Rəşadda pulu var. Ona görə də dəfələrlə R.Tahirova zəng edib, mesaj yazaraq onu və ailə üzvlərini hədələyib. Son nəticədə R.Tahirovdan 140 min dollar pul alıb.

Prokuror bu ittihamı elan edəndən sonra Ə.Əhmədov deyib ki, orada yazılanlarla razılaşmır, özünü təqsirli bilmir.

Ona görə də məhkəmə zərərçəkənləri dindirib. R.Tahirov deyib ki, Sumqayıt Texnologiyalar Parkının satış şöbəsinin rəisidir. Həyat yoldaşı tərəfdən qohumu olan H.Əsgərovla tikinti məhsullarının satışıyla bağlı birgə bizneslə məşğul olmaqdan ötrü razılaşıblar:

«Bir həftə sonra Əvəz Əhmədov mənə zəng edib dedi ki, Hörmətin ona borcu var, həmin pulu mən verməliyəm. Guya Hörmətin məndə pulu var, ona görə. Dedim ki, onun məndə pulu yoxdur, əksinə, mənə borcu var, ona görə də heç kimə heç nə verməyəcəm. Axşam Hörmət zəng eləyib uşaq kimi ağlayırdı ki, «pulu verməsən, məni öldürəcəklər». Sonra yenə Əvəz mənə zəng elədi ki, Hörmətə zamin durum. Dedim ki, ona vaxt ver, düzəltsin. İki gün sonra kafedə Hörməti gördüm, ağlamağa başladı, üz-gözünü göstərdi, Əvəzin onu döydüyünü, onun təhlükəli adam olduğunu dedi. Əvəzin ona yazdığı SMS-ləri göstərdi. Orada Əvəz ikimizi də söyüb hədələmişdi. Bundan sonra Əvəz tez-tez mənə zəng edib söyür, hədələyir, pulu istəyirdi. Telefonu birdəfəlik söndürdüm. Bir həftə sonra açanda gördüm ki, Əvəzdən yenə hədə mesajı gəlib. O nömrəmi sındırıb tulladım...».

Zərərçəkən deyir ki, bir neçə gün sonra Bakı Şəhər Baş Polis İdarəsinin polkovniki Şövqi Əhmədov onu idarəyə çağırıb. Bir az sonra Ə.Əhmədov da idarəyə gəlib. Hər ikisi onu təhqir edib, hədələyiblər: «Şövqi Əhmədov dedi ki, ölkədən çıxışıma «Stop» qoyub həbs etdirəcək. Mən də qorxduğum üçün elə orada Əvəzin diktəsi ilə məcbur olub ona 140 min dollar verəcəyimə dair izahat yazdım. Pulu qaytarana qədər iki evimin sənədlərini Əvəzə verdim. Bir həftə ərzində 60 min dollar düzəldib qaytardım. Əvəz məbləği 220 minə qaldırmışdı. Gömrükdə birlikdə işləmiş dostum Habili də götürüb onun yanına getdik. Orada söhbət elə gətirdi ki, dostum əsəbiləşdi. Dedi, «Rəşad 1 qəpik də verməyəcək». Mən onu sakitləşdirdim. Çünki Əvəzgil haqda çox şey eşitmişdim, ailəmə görə narahat idim. Axırda 140 minə razılaşdıq. Bir ay ərzində qalan pulu düzəldib Əvəzə verdim. Ondan sonra Hörmət də Rusiyaya qaçdı».

Təqsirləndirilən Ə.Əhmədov isə bildirib ki, zərərçəkənin danışdıqları doğru deyil. O, əslində, Rəşadla biznes razılığına gəlib, ona 100 min verib həftədə 8-12 min qazanc götürməliydi. Pulu da gəlib qohumu Hörmət götürüb: «Bir müddət sonra pulumu istəyəndə yanımda Rəşada zəng elədi. Rəşad da dedi ki, «pul məndədir, verəcəyəm»».

R.Tahirov isə belə bir söz demədiyini bildirir.

H.Əsgərov da məhkəmədə ifadə verib. Deyib ki, sabiq nazirin qardaşını 1998-ci ildən tanıyır, ondan bir neçə dəfə pul götürüb qaytarıb. Sonuncu dəfə aldığı 100 mini Hətəm adlı şəxsə verib, o da yoxa çıxıb: «Bir neçə gün sonra Əvəz məni çağırdı, onun «Park Plyus» restoranında görüşdük. «Pulumu qaytarın» qışqırıb, qaynar çaydanı üstümə atdı. Sonra məni yuxarı qaldırıb, bir otağa saldı. İçəridə 4-5 nəfər də vardı. Məni döydü, dedi ki, pulu verməsən, buraxmayacağam. Telefonumu alıb bir-bir hamıya zəng edib, mənim 100 min dollar borcum olduğunu deməyə başladılar. O adamlar da əsasən mənim işçilərim idi. Sonra Rəşada zəng elədi, nə danışdıqlarını mən bilmədim. Amma danışandan sonra məni buraxdı. Oradan çıxıb hərbi hissəyə getdim».

Zərərçəkən H.Əsgərov Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin Tibb Xidməti İdarəsinin rəisi, tibb xidməti polkovniki olub.

Məhkəmə dekabrın 26-da davam etdiriləcək.

Sabiq nazirin qardaşına qarşı ittihamlardan hədə-qorxu ilə tələb etməyə görə 10 ildən 15 ilə qədər, qanunsuz azadlıqdan məhrumetməyə görə isə 1 ilədək həbs nəzərdə tutulub.

Əhməd Əhmədov 2000-2017-ci illərdə Naxçıvanın daxili işlər naziri olub. O, vəzifədən azad edildikdən sonra isə onun qardaşı Əvəz Əhmədova ittiham irəli sürülüb.

Xəbər 1451 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb

10.04.2024  16:36 

Ehsan fırtınası


BÜTÜN XƏBƏRLƏR +