Neft 38 dollardan satılır
Bu ay 10 gün qeyri-iş günü var
Qurban bayramının vaxtı AÇIQLANDI
Mehman Hüseynov xərçəngə tutuldu
Ukrayna iyunun 15-dən aviauçuşları bərpa edir
AFFA mövsümü dayandırdı
Peskovdan Putinlə bağlı açıqlama
Netanyahu yenə ölümlə təhdid olundu
Sabah yağış yağacaq
“Bu cür fikirlərlə əhalinin evini yıxırıq”


20.12.2018  10:57 

Nazir prioritetləri açıqladı





A+  A-

“Hazırda bizim əsas səylərimiz icbari təhsili, yəni 9-cu sinfi bitirən şagirdlərə yönəlib. Biz onları peşə təhsilinə cəlb etməyə çalışırıq”.
XəzərNews.az Trend-ə istinadən xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov Azərbaycanda insan kapitalı üzrə forumda çıxışı zamanı bildirib. Onun sözlərinə görə, hazırda işçi ehtiyatlarının əmək bacarıqları aşağıdır. Bu da ölkə iqtisadiyyatı üçün problemlər yaradır. Nazir məhz buna görə ölkədə hazırda müasir texniki peşə təhsilinin qurulmasına bu qədər önəm verildiyini söyləyib.

C.Bayramov bildirib ki, erkən uşaq təhsili təhsilin sonrakı pillələrində daha yüksək nəticələrin əldə edilməsinə imkan yaradır: "Biz bunu aydın olaraq beynəlxalq qiymətləndirmə tədqiqatlarında müşahidə edirik. Təhsil Nazirliyi olaraq iki təşəbbüsü həyata keçiririk. İlk növbədə 5-6 yaşlı uşaqlar üçün məktəbhazırlıq proqramı və icma əsaslı məktəbəqədər qrupları yaradılıb. Hər iki təşəbbüsün icrasında mövcud təhsil infrastrukturundan istifadə edilib".

C.Bayramov əlavə edib ki, görülən tədbirlərin nəticəsi olaraq, qısa müddətdə məktəbəhazırlıq təhsili ilə əhatə səviyyəsi 24 faizdən 75 faizə yüksəlib.

Nazir qeyd edib ki, son bir necə ildə peşə təhsili alanların sayı əhəmiyyətli dərəcədə artıb.

Təhsil naziri həmçinin Azərbaycanın xarici ölkələrin ali məktəbləri ilə birgə ikili diplom proqramlarının həyata keçirəcəyini söyləyib. O, əsas prioritetlərin kənd təsərrüfatı, informasiya texnologiyaları, səhiyyə olacağını da bildirib.

Xəbər 768 dəfə oxunub.



02.06.2020  11:09 

Neft 38 dollardan satılır

02.06.2020  10:17 

Bu ay 10 gün qeyri-iş günü var

02.06.2020  09:54 

Bu ölkə də sərhədlərini açır

01.06.2020  19:46 

AFFA mövsümü dayandırdı

01.06.2020  15:49 

Sabah yağış yağacaq


BÜTÜN XƏBƏRLƏR +