İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


17.12.2018  14:25 

İcra başçısının birinci müavini səs-küylü məhkəmədə ifadə verdi





A+  A-

Bu gün Bakı Ağır Cinayətlər Məkəməsində Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin külli miqdarda dələduzluqda təqsirləndirilən sədri Səmyar Abdullayev, vəzifəli şəxsi Himmət Şükürov və Nərimanov Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin sabiq rəhbəri Niyaməddin Şıxəliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
XəzərNews.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Şahmar İbadov ifadə verib.

O bildirib ki, imtiyazlı ailələr üçün nəzərədə tutulmuş evlərin verilməsində Komisiya sədri olub: "Şəhid ailələri, gözdən əlillər icra hakimiyyətinə şikayətə gələndə Hüquq şöbəsinə sənədlərin tezləşdirilməsini xahiş edirdim. Sənədləşmə işi mənim səlahiyyətində deyildi, buna Hüquq şöbəsi baxırdı".

Hakim bildirib ki, vətəndaşların 99 faizi Nərimanov Rayon İcra Hakimiyyətinə müraciət etmədən ev növbəsinə qeydiyyata götürülüb: "Təqsirləndirilən şəxslərə qarşı 6,5 milyon manat pulu dələduzluqla ələ keçirmək ittihamı irəli sürülüb".

Ş.İbadov qeyd edib ki, bu barədə Hüquq şöbəsindən soruşmaq lazımdır: "İcra hakimiyyəti heç kəsdən pul almayıb".

Hakim söyləyib ki, zərərçəkmişlərin bir çoxu gözdən əlillər deyil: "Elə məhkəmədə əyləşən zərərçəkmişlər də normal insanlardır. Onların ali təhsilləri və həmçinin bir neçə evləri var. Lakin həmin şəxslər gözdən əllillər üçün nəzərdə tutulan mənzillərin alınması qeydiyyatına alınıb. Biz bilmək istəyirik ki, bu, hansı sənədlər əsasında belə olub?"

İcra başçısının müavini yenə də bu suala Hüquq şöbəsinin sabiq rəhbərindən soruşmaq lazəm olduğunu qeyd edib.

Sualları cavablandıran Ş.İbadov bildirib ki, icra başçısının sərəncamları 3 ildən sonra məhv edilməyib, həmin sənədlər arxivə göndərilib: "Bu hadisələr baş verən zaman cənab başçı Abdin müəllim zəng edib dedi ki, bu işlər araşdırılıb, cinayətkar tapılmalıdır. Mən Komissiya sədri olan zaman imtiyazlı ailələr evlə təmin edilib".

Daha sonra təqsirləndirilən Nərimanov Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin sabiq rəhbəri N.Şıxəliyev deyib ki, Ş.İbadov onu bu işlərə görə hədələyib: "Belə çıxır ki, İcra Hakimiyyətində bu işləri yanlız mən görmüşəm, səlahiyyətlər də yalnız məndə olub. Mən orada yalnız sənədləri aparıb-gətirən şəxs olmuşam. Bu məsələ böyüyəndə Şahmar müəllim mənə dedi ki, "get polisdə izahat yaz". Mən də gedib izahat yazdım. On bir aydır məhkəməyə gedib-gəlirəm, səhhətimdə problem yaranıb. Düzdü, bu işdə Şahmar müəllimin rolu olmayıb. Mənə göstərişləri Firdovsi müəllim verib. O deyirdi ki, "rəhbərliyin göstərişidir, işləri həll et".

Hakimin sözlərinə görə, N.Şıxəliyev ifadəsində söyləyib ki, göstərişi başqa şəxsdən alıb. O, "Şahmar müəllim mənə dedi ki, camaatı incitmə, onları yola ver, yoxsa səni işdən qovacağıq", deyib: "Niyaməddin Şıxəliyev ifadəsində söyləyib ki, bu işə onu Şahmar İbadov məcbur edib. Sənədləri də Şahmar İbadovun təziqi altında imzalayıb".

N.Şıxəliyev ifadəsini təsdiq etdiyini bildirib.

Ş.İbadov isə şikayətlər çox olduğuna görə belə söz dediyini qeyd edib: "Heç kəsi məcbur etməmişəm. Nə də ki, ona müdaxilə etməmişəm".

Proses günün ikinci yarısında davam etdiriləcək.

Qeyd edək ki, S.Abdullayev və digərləri Cinayət Məcəllləsinin 178.3.2-cü (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunur. İş üzrə 100-dən çox zərərçəkmişin olduğu qeyd edilib. Dəyən zərər isə ümumilikdə 6.5 milyon manatdır.

İttihama görə, iş üzrə zərərçəkənlərdən əlillər üçün tikiləcək binadan mənzil veriləcək adı ilə pullar alınıb. Lakin verilən sözlərə əməl edilməyib.

Xəbər 1444 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +