İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


29.11.2018  15:18 

Ukrayna səfirliyindəki Olqa müəmması - Gizlinlər açılır - VİDEOFAKT





A+  A-

Bir neçə gün öncə mətbuatda Azərbaycanın Ukraynadakı səfirliyində Olqa adlı ukraynalı xanımın məskunlaşdığına dair məlumat yayılmışdı. Düzdür, bu barədə aylar əvvəl də müəyyən informasiyalara rast gəlinirdi. Qeyd olunurdu ki, Olqa adlı xanım səfirlikdə hər hansı görəv tutmadığı halda, diplomatik missiyamızın binasında əsas sakinlərdən biridir və üstəlik dilomatik qeydiyyat nişanı olan avtomobil idarə edir. Məlumatlarda həmçinin Olqanın səfirliyimizdə öz övladları ilə birgə yaşadığı bildirilirdi. Onun iki qızı və David adlı azyaşlı oğlu var.
Bu məlumatlar yayılandan sonra Azərbaycanın Ukraynadakı səfirliyi Olqa adlı xanımın səfirliyə hər hansı aidiyyatı olmadığı barədə açıqlama yaydı. İddi olundu ki, məlumatlar əsassızdır və səfirlikdə Olqa adında xanım neç vaxt olmayıb. Səfirlikdən iddia etdilər ki, yayılmış xəbərlər uydurmadır, Olqa adlı xanımı tanımırlar. Səfir A.Xudiyevin özü isə “mən boş və mənasız suallara cavab vermirəm” demişdi (http://olke.az/news/detail/hikmet-cavadova-gore-bir-nece-defe-ukrayna-xarici-isler-nazirliyine-cagirilmisam-sefirle-musahibe-127362).

Bu gün XəzərNews.az-a olduqca diqqətçəkən video daxil olub. Səfirliyin həyətində çəkilmiş videoda Olqa adlı xanımın səfirliyin ərazisinə daxil olduğu, əvvəlcə uşqla birgə dayənin, sonra isə özünün binaya keçdiyi əks olunub. Görüntülərdəki avtomobil diplomatik qeydiyyat nişanı olan (DP 041006) və Olqa adlı xanım tərəfindən idarə olunan “Şkoda SitiGO”dur. Bu avtomobil bir müddət əvvəl Kiyevdə soydaşlarımızın kamerasına tuş gəlmişdi. Sükan arxasında yenə də Olqanın özü idi. Həmin görüntüləri də təqdim edirik:



Artıq təkzibolunmaz faktdır ki, Olqa adlı xanım səfirliyimizdə yaşayır və artıq heç kəs onun varlığını inkar edə bilməz. Ümid edirik ki, Azərbaycanın Ukraynadakı səfriliyi artıq Olqanın gerçək kimliyini açıqlayacaq. Hər halda, ictimaiyyət üçün maraqlıdır, bu xanıma kim səlahiyyət verib ki, heç bir rəsmi vəzifəsi olmadığı halda diplomatik nömrə ilə avromobil idarə edir? Onu səfirlikdə kim məskinlaşdırıb və hansı səbəbədən? Səfirlik bu xanımın varlığını niyə ciddi cəhdlə inkar etməyə çalışır? Gözləyək, yəqin ki, bu videodan sonra həqiqətlər tam çılpaqlığı ilə ortaya çıxacaq.

Əldə etdiyimiz son məlumata görə, qırmızı rəngli Şkoda kamerala çox tuş gəldiyindən Olqa hazırda “Chevrolet” markalı avtomobil idarə edir.





Xəbər 1392 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı


BÜTÜN XƏBƏRLƏR +